Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Homo heidelbergensis (heydelberq adamı) — ilk dəfə 1907-ci ildə Heidelberg yaxınlığındakı bir daş ocağında çənə sümükləri ilə kəşf edilmişdir. Tapılan çənə müas

Homo heidelbergensis

  • Ana Səhifə
  • Vikipediya
  • Homo heidelbergensis

Homo heidelbergensis (heydelberq adamı) — ilk dəfə 1907-ci ildə Heidelberg yaxınlığındakı bir daş ocağında çənə sümükləri ilə kəşf edilmişdir. Tapılan çənə müasir insanlarda olduğu kimi balaca dişli olsa da, müasir insanlarınkından fərqli olaraq çənə sümükləri çox geniş və ağır olmuşdur.

Homo heidelbergensis
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Euarxontoqlireslər
Qranddəstə:
Euarchonta
Mirdəstə:
Primatkimilər
Dəstə:
Primatlar
Yarımdəstə:
Quruburunlar
İnfradəstə:
Simiiformes
Parvdəstə:
Catarrhini
Fəsiləüstü:
Hominoidea
Fəsilə:
Hominidlər
Yarımfəsilə:
Homininae
Triba:
Homininlər
Cins:
Homo
???:
Homo heidelbergensis
Beynəlxalq elmi adı
  • Homo heidelbergensis Otto Schoetensack, 1908
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  1425170
EOL  4454115
FW  

Homo heidelbergensis növü 600.000-300.000 il əvvəl yaşamışdır, lakin Gran Dolina İspaniyadakı 800.000 illik fosillər Homo heidelbergensisə ya da Homo antisessorun fərqli bir növünə aid ola bilər.

Hal-hazırda Homo heidelbergensis olaraq bilinən fosillərin əksəriyyəti, keçmişdə Homo erectus, Homo neandertalensis ya da Archaic sapiens olaraq tanınmışdı, ancaq bu gün onların Homo heydelberqə məxsus olduqlarını bilirik.

Mündəricat

Homo heidelbergensis və təkamül

Homo heidelbergensis əvvəlcə Afrikada təkamül etmiş və sonra Avropa və Asiyaya yayılmışdır. Homo heidelbergensisin fərqli coğrafi regionlarda yaşaması, nəticədə onun iki fərqli növə çevrilməsinə səbəb olmuşdur. Avropada yaşayanlar Homo neandertalensisə, Afrikada yaşayanlar Homo Sapiensə (müasir insanlar) çevrilmişdirlər. Afrikada yaşamış və daha sonra Homo Sapiensə çevrilən Homo heidelbergensis, Homo rhodesiensis də adlandırılmışdır. Ancaq bu mövzuda fərqli bir fikir də var. Gran Dolina İspaniyada tapılan fosillərə əsaslanaraq Gran Dolinadakı qədim Homo heidelbergensis populyasiyasının fərqli bir növ olaraq seçilə biləcəyi qədər fərqli olduğu düşünülür. Bu növə Homo antisessor deyilmiş və Homo neandertalensis və Homo sapiensin atası olduğu fikri irəli sürülmüşdür.

Alət istifadəsi və ovçuluq

Homo heidelbergensis tərəfindən hazırlanmış alətlər daha çox ov və kəsmək üçün istifadə olunurdu. Homo heidelbergensis tərəfindən istifadə edilən alətlər əvvəllər Homo ergaster tərəfindən istifadə edilənlərə bənzəyir. Qrup halında və məharətli bir şəkildə ov ovlayan Homo heidelbergensis tərəfindən ən geniş şəkildə istifadə edilən alət daşdan hazırlanmış olan əl baltasıdır. Əl baltasından əlavə ucu sivri daşlardan olan taxta nizələrdən də istifadə etmişdirlər. Bunların yanında odu da idarə edə bilirdilər. Hətta ov üçün oddan istifadə etdikləri düşünülür. Həmçinin heyvan dərisindən paltar geyindiklərinə dair qəti bir dəlilin olmamasına baxmayaraq Avropanın soyuq yerlərində paltar geyinmiş ola bilərlər.

Atapuerca və Homo Heidelbergensis

Atapuercka, İspaniyanın şimalında, Burgos yaxınlığında bir çox mağaraya malik bir regiondur. İlk dəfə 1976-cı ildə kəşf edilmişdir və bu region Homo qalıqları ilə məşhurdur. Alimlər burada tapılan fosilləri əvvəlcə Homo antisessor adlandırdılar, daha sonra davam edən tədqiqatlarla əksər elm adamları fosilləri Homo heidelbergensis olaraq təsnif etdilər. Atapuerkada Homo heidelbergensis ilə əlaqədar olan kəşflər əsasən Sima de los Huesos (sümük çuxuru) adlanan mağarada baş tutmuşdur. Bu mağarada demək olar ki, tamamilə müdafiə edilmiş halda olan kəllə də daxil olmaqla 1600 Homo fosili tapılmışdır. Fosillərin tarixi 600.000 ilə 300.000 il arasındadır. Tapılan fosillərin beyin ölçüləri Homo neandertalensis və Homo sapiensə oxşayır. Eyni zamanda, tapılan fosillər, üzün orta hissəsinin çıxıntılı olması, uzun və dar qasıq sümükləri və nazik barmaqlar kimi Homo neandertalensisə məxsus xüsusiyyətləri də ehtiva edir. Ancaq yenə də Homo neandertalensisin xarakterik xüsusiyyətlərinə tam olaraq müvafiq gəlmir. Ərazi eyni zamanda 430.000 il əvvəl zədələnmiş bir kəlləyə də ev sahibliyi edir. Bu kəllə Homo cinsi arasındakı özünəməxsus fiziki zorakılığın ilk dəlilidir. Bundan əlavə, Atapuerka 2000-ci ildə UNESCO Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir.

Schöningen nizələri

Schöningen nizələri Almaniyanın Schöningen şəhərində tapılmış 8 ədəd Paleolit dövrünə məxsus olan taxta nizələrdir. 1994-1998-ci illər arasında çıxardılmış və onunla birlikdə 16000 heyvan sümüyü də tapılmışdır. 380.000-400.000 il əvvələ aid olan bu alətlər, yazıya qədərki tarixi dövrdə Avropaya məxsus ən qədim ov alətləridir. Bu nizələr Homo heidelbergensis tərəfindən istifadə edilmişdir.

Ən qədim ingilislər

26 May 1994-cü ildə Nature jurnalında çap edilmiş bir məqaləyə görə, Boxgrove regionunda Homo heidelbergensis fosilinə aid bir baldır sümüyü tapılmış və bu sümüyün sahibinə onun kəşf edən Roger Pedersen adlı şəxsin şərəfinə Roger adı verilmişdir. Roger tarixdə bilinən ən qədim ingilisdir. Bir il sonra tapılan iki diş ilə Boxgrove insanlarının Homo heidelbergensis olduğu sübut edilmişdir. Bu fərd, ehtimal ki, kişi idi və 40 yaşa kimi yaşamağı bacarmışdır. Tapıntılar onun təxminən 1.8 metr boyunda və 90 kq ağırlığında güclü bir insan olduğunu göstərir. Dişlərə gəldikdə, kəsik izləri bunun çənəsini tutmaq üçün istifadə edən sağ əlli bir şəxsə aid olduğunu göstərir. Digər tapıntılarla birlikdə Homo heidelbergensisin də digər Homo növləri kimi sağ əlli olduğunu bilirik.

Həmçinin bax

  • Azıxantrop

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Homo heidelbergensis haqqında məlumat. Homo heidelbergensis nədir? Homo heidelbergensis nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Muravey (motosikl)

  • Fevral 27, 2026

    Böyük kudu

  • Fevral 27, 2026

    Qüstav Flober

  • Fevral 28, 2026

    Pirəbədil xalçaları

  • Fevral 23, 2026

    Kopenhagen

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst