Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nazim Əsədulla oğlu Rzayev (14 fevral 1925, Bakı – 2 may 2006, Əskişəhər) — Azərbaycan dirijoru, Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin rəhbər

Nazim Rzayev

  • Ana Səhifə
  • Vikipediya
  • Nazim Rzayev

Nazim Əsədulla oğlu Rzayev (14 fevral 1925, Bakı – 2 may 2006, Əskişəhər) — Azərbaycan dirijoru, Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin rəhbəri, Azərbaycan SSR xalq artisti (1977), SSRİ (1980) və Azərbaycan (1974) Dövlət mükafatları laureatı, professor (1985).

Nazim Rzayev
Ümumi məlumatlar
Doğum tarixi 14 fevral 1925
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 2 may 2006 (81 yaşında)
Vəfat yeri Əskişəhər, Türkiyə
Atası Nüsrət Rzayev
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, konsertmeyster, pedaqoq
Janr klassik musiqi
Musiqi aləti skripka
Təhsili Moskva Dövlət Konservatoriyası (1951)
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19771977 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1958 SSRİ Dövlət mükafatı — 19801980 Azərbaycan SSR Dövlət mükafatı — 19741974
"Şərəf nişanı" ordeni — 19591959

Mündəricat

Həyat və yaradıcılığı

Nazim Rzayev 14 fevral 1925-ci ildə Bakıda anadan olmuşdur. 1951-ci ildə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasını skripka üzrə (professor Marina Kozolunovanın[rus.] sinfi) bitirmişdir. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında orkestrin konsertmeysteri və Azərbaycan Dövlət Konservatoriyasında kamera sinfi üzrə müəllim vəzifəsində işləmişdir. 1958-ci ildə ifaçılıqdan dirijorluğa keçmişdir. Bir il sonra Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün hazırlanmasında fəal iştirak etmişdir.

Nazim Rzayev 1961–1963-cü illərdə SSRİ xalq artisti Aleksandr Melik-Paşayevin[rus.] rəhbərliyi ilə Moskvanın Böyük Teatrında dirijorluq təcrübəsi keçmişdir. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasının opera studiyasına rəhbərlik etmişdir. Onun rəhbərliyi ilə studiyada Çimarozanın "Gizli nikah", Üzeyir Hacıbəyovun "Koroğlu" və Fikrət Əmirovun "Sevil" operaları tamaşaya qoyulmuşdur. Nazim Rzayev Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin fəaliyyətində də yaxından iştirak etmişdir. Onun dirijorluğu ilə Bethoven, Çaykovski, Brams, R. Ştraus, Qara Qarayev, Fikrət Əmirov və başqa bəstəkarların əsərləri ifa olunmuşdur.

Nazim Rzayev 1964-cü ildə Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin bədii rəhbəri və baş dirijoru işləməyə başlamışdır. Onun rəhbərlik etdiyi bu orkestrin Üzeyir Hacıbəyovun "Sənsiz" romansı, Qara Qarayevin "Yeddi gözəl" baletində Aişənin rəqsi və "İldırımlı yollarla" baletindən qızlar rəqsini ifa etmişdir. Sonralar dirijorun repertuarında Qara Qarayevin Üçüncü simfoniyası və Klassik süitası, Fikrət Əmirovun "Nizami" simfoniyası, "Gülüstan-Bayatı-Şiraz" muğamı və "Min bir gecə" baleti mühüm yer tutmuşdur.

Nazim Rzayev rəhbərlik etdiyi kamera orkestri ilə SSRİ-nin bir sıra şəhərlərində, xarici ölkələrdə qastrolda olmuşdur. O, 1984–1985-ci illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının quruluşçu dirijoru olmuşdur. Fəaliyyətinin sonrakı illərində isə Türkiyədə işləmişdir.

Dirijor pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1952-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir. 1968-ci ildə dosent, 1985-ci ildə professor adlarını almışdır.

Nazim Rzayev 2 may 2006-cı ildə Əskişəhərdə vəfat etmişdir.

Xatirəsi

2025-ci ilin dekabrında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli dirijor Nazim Rzayevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 29 iyun 1977[⇨]
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 26 aprel 1958[⇨]
  • SSRİ Dövlət mükafatı — 6 noyabr 1980 (M. F. Axundov adına AzDAOBT-da Fikrət Əmirovun "Min bir gecə" baletinə görə)
  • Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1974 (M. F. Axundov adına AzDAOBT-da Fikrət Əmirovun "Nəsimi dastanı" xoreoqrafik poemasının tamaşasına görə)[⇨]
  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959
  • Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 9 dekabr 1966, 7 iyul 1967, 24 fevral 1979, 14 iyun 1985

Filmoqrafiya

Dirijoru olduğu filmlər

  • Arşın mal alan (film, 1965)
  • Biri vardı, biri yoxdu... (film, 1967)
  • Bizim Cəbiş müəllim (film, 1969)
  • Əmək və qızılgül (film, 1962)
  • Gilas ağacı (film, 1972)
  • Göyçək Fatma (film, 1973)
  • İntibah (film, 1972)
  • Qaraca qız (film, 1966)
  • Qəzəlxan (film, 1991)
  • Qızıl qaz (film, 1972)
  • Mən ki gözəl deyildim (film, 1968)
  • Mücrü (film, 1973)
  • Torpaq. Dəniz. Od. Səma (film, 1967)
  • Yaşamaq gözəldir, qardaşım! (film, 1966)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nazim Rzayev haqqında məlumat. Nazim Rzayev nədir? Nazim Rzayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fazil İsgəndər

  • Fevral 27, 2026

    Yaradılış kitabı

  • Fevral 27, 2026

    Alpinia

  • Fevral 26, 2026

    V Ceyms

  • Fevral 27, 2026

    Sona Vəlixan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst