Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Atasının 1513-cü ildə ingilislərlə döyüşdə öldürülməsinin ardından hələ 1 yaşında ikən Şotlandiya kralı elan olundu. Təkbaşına hakimiyyəti ələ aldığı 1528-ci il

V Ceyms

  • Ana Səhifə
  • Vikipediya
  • V Ceyms

V Ceyms (ing. James V of Scotland; 10 aprel 1512 – 14 dekabr 1542) — Şotlandiya kralı.

V Ceyms
şot.kelt Seumas V Alba
ing. James V of Scotland
Şotlandiya kralı
9 sentyabr 1513 – 14 dekabr 1542
ƏvvəlkiIV Ceyms
SonrakıMariya Stüart
Şəxsi məlumatlar
Doğum tarixi 10 aprel 1512(1512-04-10)
Vəfat tarixi 14 dekabr 1542(1542-12-14) (30 yaşında)
Dəfn yeri
  • Holirud abbatlığı[d]
Fəaliyyəti şair, əsilzadə
Atası IV Ceyms (Şotlandiya kralı)
Anası Marqarita Tüdor
Həyat yoldaşları
  • Valualı Medlin (1537)[…],
  • Fransalı Mariya (1538–1542)[…]
Uşaqları
  • Ceyms Stüart,
  • Mariya Stüart
Ailəsi Stüartlar
Dini katolisizm

Təltifləri Knight of the Order of the Golden Fleece Knight of the Garter
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atasının 1513-cü ildə ingilislərlə döyüşdə öldürülməsinin ardından hələ 1 yaşında ikən Şotlandiya kralı elan olundu. Təkbaşına hakimiyyəti ələ aldığı 1528-ci ilədək hakimiyyət anası Marqarita Tüdor və taxt naibi olan digər əsilzadələrin əlində oldu. Protestantlıq Şotlandiyada məhz onun səltənətində yayılmağa başladı. Digər yandan İngiltərə kralı olan dayısı VIII Henrinin 1530-cu illərdə Roma-Katolik kilsəsiylə bütün münasibətləri kəsməsi nəticəsində Şotlandiya Roma papasının bölgədəki tək dəstəkçisi oldu. 1537-ci ildə Roma papası III Paul tərəfindən Xristian İnancının Qoruyucusu ünvanını aldı.

Qazandığı siyasi nüfuz səbəbilə ard-arda 2 fransız əsilzadəsiylə evləndi. Məşuqələrindən doğulan çoxsaylı nigahdan kənar övladının olmasına baxmayaraq, rəsmi nigahlarından yalnız bir qızı dünyaya gəldi. İngilislərlə döyüş meydanında həlak olmasının ardından 1542-ci ilin dekabrında cəmi 6 günlük olan yeganə qızı Mariya Stüart Şotlandiya kraliçası oldu.

Ailəsi

İlk evliliyi 1 yanvar 1537-ci ildə Fransa kralı I Fransiskin qızı Madlenlə Parisdə Notrdam kilsəsində baş tutdu. Ancaq cəmi 6 ay sonra xanımı vəfat etdi və bu nigahdan övladı olmadı.

İkinci evliliyi 18 iyun 1538-ci ildə Fransalı Mariya ilə baş tutdu. Cütlüyün bu nigahdan 3 övladı doğulsa da, bunlardan yalnız bir qızı yetkinlik yaşına çatdı.

  • Ceyms Stüart (22 may 1540 - 21 aprel 1541)
  • Artur Stüart (12 aprel - 20 aprel 1541)
  • Mariya Stüart

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, V Ceyms haqqında məlumat. V Ceyms nədir? V Ceyms nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Lotaringiya

  • Fevral 26, 2026

    Odurakəran

  • Fevral 25, 2026

    Braunşveyq

  • Fevral 17, 2026

    URL

  • Fevral 21, 2026

    Belarus

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst