Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Naqibüləşraf (osman. نقيب الأشراف) — Abbasilər və Osmanlılar dövründə Hz. Məhəmməd peyğəmbərin sülaləsinə mənsub seyid və şəriflərlə bağlı məsələləri yürüdən dö

Naqibüləşraf

  • Ana Səhifə
  • Vikipediya
  • Naqibüləşraf

Naqibüləşraf (osman. نقيب الأشراف) — Abbasilər və Osmanlılar dövründə Hz. Məhəmməd peyğəmbərin sülaləsinə mənsub seyid və şəriflərlə bağlı məsələləri yürüdən dövlət adamı.

Mündəricat

Etimologiyası

Osmanlı naqibüləşrafını təsvir edən miniatür

"Vəkil", "bir topluluğun başçısı" mənalarını verən naqib və Hz. Məhəmməd peyğəmbərin nəvəsi İmam Həsənin şəcərəsindən gələnlərin daşıdığı şərif ünvanının cəm halı olan əşraf sözlərinin birləşməsindən əmələ gəlmişdir. Hz. Məhəmməd peyğəmbərin ailəsi, yaxın qohumları və şəcərəsinə mənsub şəxslər müsəlmanların gözündə mühüm yer tutduğu üçün onlarla bağlı məsələlərin həlli mühüm hesab edilmiş, bu məsələlərlə bağlı xidmət göstərən şəxslərə naqib, naqibüləşraf və ya naqibünnüqəba ünvanları verilmişdir.

Tarixi

Abbasilər dövrü

Hz. Məhəmməd peyğəmbər kimi ailəsi və qohumları da zəkat və sədəqə almadıqları üçün qazanılan qənimətdən onlara pay ayrılır. Hz. Məhəmməd peyğəmbər bu qəniməti paylaşdırmaq üçün Hz. Əlini vəzifələndirmiş və o, bu vəzifəsini xəlifə Əbu Bəkr və xəlifə Ömərin səltənətlərində də davam etdirmişdir. Xəlifə Ömər tərəfindən qurulan divan təşkilatında ailə üzvlərinə düşən pay nisbətinin təyini məsələsi müzakirə edilmiş və ailənin soyağacı yazılı şəkildə tutularaq ailəyə mənsub olmadığı halda imtiyazlardan istifadə etmək istəyən şəxslərin (mütəseyyid) qarşısı alınmışdır.

Əhli-beytə qarşı mənfi fikirdə olan Əməvilərin ardından Abbasilərin hakimiyyətə gəlməsi naqibüləşraflıq qurumunun kökdən qurulmasına şərait yaratdı. Belə ki, Abbasilər soyundan gələnlərlə Əbu Talibin, yəni Hz. Əli və Fatimeyi Zəhranın soyundan gələnlərin (Talibilər) şəcərəsinin tutulması üçün mərkəzdə naqibülənsab ünvanlı bir dövlət məmuru təyin edildi. Hər iki ailə üçün ayrıca bir məmur vəzifələndirilsə də, bəzi hallarda bu işlərə yalnız bir naqibülənsab təyin edilmişdir. Qurum olaraq möhkəmləndikdən sonra xilafətin ayrı-ayrı bölgələrində bu işlə məşğul olan naqiblər təyin edildi və bu naqiblərin tabe olduğu mərkəzdəki dövlət məmuruna naqibünnüqəba ünvanı verildi.

Talibilər və Abbasilər üçün əsasən öz şəcərələrinə mənsub şəxslər naqib təyin edilirdi. Əsasən elçi olaraq göndərilən naqiblər mühüm qonaqların qarşılanması və digər saray mərasimlərində vəzifələndirilirdi. Bu dövrdə onların əsas vəzifə öhdəlikləri hər iki sülalənin şəcərəsini yazılı halda saxlamaq, onların qənimət paylarının bölgüsünü aparmaq, hüquqlarını qorumaq və s. daxil idi. Ancaq zamanla bu qurumun öhdəlikləri daraldı. Belə ki, Fatimilər, Əyyubilər, Elxanilər və Məmlüklərdə bu qurum yalnız Həsən və Hüseynin soyundan gələnlərlə məşğul olmağa başladı. Anadolu səlcuqlularında da seyid və şəriflərin şəcərələrinin yazılı halda tutulması, gəlirlərinin təmini və aralarında ticarətlə məşğul olanların vergilərdən azad edilməsi kimi məsələlərlə məşğul olan bir məmurun olduğu bilinir.

Osmanlılar dövrü

Osmanlılarda buna bənzər bir qurumun mövcudluğuna İldırım Bəyazid dövründə (1389-1402) rast gəlinir. 1400-cü ilin mayında seyid və şəriflərlə məşğul olan bir məmurun təyin ediliyi bilinir. Bu vəzifəyə ilk təyin olunan şəxs isə əslən Bağdadlı olan Seyid Məhəmməd Nətta Hüseyni olmuşdur. Ankara döyüşündən sonra Əmir Teymura əsir düşən və azad edildikdən sonra Hicaza gedən Seyid Məhəmməd II Murad dövründə (1421-1444) Bursaya qayıtdı və öncəki vəzifəsinə yenidən təyin olundu. Vəfatının ardından isə bu vəzifəyə oğlu Zeynalabdin təyin edildi.

Bu vəzifənin Osmanlı imperiyasında qurum halını almasına isə II Bəyazidin dövründə (1483-1512) rast gəlinir. Belə ki, 1494-cü ildə Sultan Bəyazid bu vəzifəyə müəllimi Seyid Abdullahın oğlu Seyid Mahmudu maaşlı olaraq təyin etdi. Bu dövrədək naqiblər dövlətdən nizamlı şəkildə bir maaş almamışdılar. Yeni təyinatın ardından sözügedən işlərlə məşğul olan dövlət məmuruna naqibüləşraf ünvanının verilməsi qərarlaşdırıldı. 1537-ci ildəki vəfatına qədər bu vəzifədə Seyid Mahmud qaldı.

Zaman keçdikcə Osmanlı iyerarxiyasında mühüm bir yer tutan naqibüləşraflar əsasən seyidlər və ya üləma zümrəsindən seçilirdi. XVII əsrin ortalarına qədər ömür boyu vəzifədə saxlanılsalar da, sonrakı tarixlərdə müxtəlif səbəblərlə vəzifədən alınan və ya öz istəyilə çəkilən naqibüləşraflara rast gəlinir. Saraydakı mühüm dövlət mərasimlərində iştirak edən naqibüləşraflar bu səbəblə əsasən İstanbulda yaşadılar. III Səlimin cülusu əsnasında ilk biat duasını naqibüləşraf Dərviş Əfəndi etmişdir. III Əhməd, I Mahmud, III Mustafa və I Əbdülhəmid şeyxülislam və naqibüləşrafın, IV Mustafa, II Mahmud və Sultan Əbdülməcid isə sadəcə naqibüləşrafın əlindən qılınc quşanmışdır. Osmanlı sultanının şəxsən qatıldığı səfərlərdə iştirak edən naqibüləşraflar sancağ-ı şərifin yanından ayrılmırdılar. Digər səfərlərdə isə naqibüləşraf öz yerinə başqa bir məmuru göndərirdilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, naqibüləşraf sözünün mənası, naqibüləşraf haqqında məlumat. naqibüləşraf nədir? naqibüləşraf nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hinqar

  • Fevral 28, 2026

    Aşağı Aybasanlı

  • Fevral 27, 2026

    Cəza

  • Mart 01, 2026

    Ficeae

  • Fevral 27, 2026

    Xudafərin körpüsü

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst