Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmlüklər (ərəb. مملوك‎ [təkdə] 'məxsus', ərəb. مماليك‎ [cəmdə]) — Misirdə türk, çərkəz və abxaz əsilli əsirlərdən təşkil olunmuş qulam qvardiyası. Bu qvardiyan

Məmlüklər

  • Ana Səhifə
  • Vikipediya
  • Məmlüklər

Məmlüklər (ərəb. مملوك‎ [təkdə] 'məxsus', ərəb. مماليك‎ [cəmdə]) — Misirdə türk, çərkəz və abxaz əsilli əsirlərdən təşkil olunmuş qulam qvardiyası. Bu qvardiyanın idarə etdiyi dövləti sülalə (1250–1517).

Tarixi

Məmlük bayrağı
XVI əsr Məmlük süvarisi

"Məmlük" sözünün mənası "ağ kölə" deməkdir. Ancaq bu söz zamanla bir termini ifadə etmişdi. Bu ad hökmdarın savaş əsiri və ya satın alınanlardan təşkil olunan mühafizə birliklərinə verilmişdir. İlk dəfə Abbasi xəlifələri türk əsilli məmlükləri ordu sıralarına cəlb etmiş, zamanla bunlar güclənərək öz dövlətlərini qurmuşdular. Misirdə qurulan Tulunoğulları (Tulunlular) və Ixşidilər (Axşidlər) belə ortaya çıxmışdılar.

Misirdə yaranan Məmlük dövlətinin qurucusu İzzəddin Aybək də, "məmlük" adı verilən Türkman əsilli sərkərdələrdən biriydi. Əyyübilərin son hökmdarı ölüncə taxta xanımı Şəcərüddür keçmişdi. Ancaq bu durum hərbçilər və əyanlar arasında xoş qarşılanmadığından, o, İzzəddin Aybək ilə evləndi. Ordu İzzəddin Aybəki sultan elan etdi. Beləcə, Əyyübilər sülaləsinə son verilmiş oldu (1250). Məmlüklər, Xaçlıları və o zamana qədər yenilməyən, məğlubiyyətin nə olduğunu bilməyən monqolları durduraraq, səlcuqlulardan sonra İslam dünyasının qoruyuculuğunu ələ aldılar. Aybəkdən sonra taxta çıxan Sultan Qotaz, monqol-erməni və Xaçlı müttəfiq ordusunu Eyn-Cəllüd savaşında məğlub etmişdi (1260). Bir qıpçaq türkü olan Baybars, Suriyanı xaçlılardan (səlibçilərdən) qurtarmış, monqollara qarşı uğur qazanmışdır. Monqolların Abbasi xəlifəsini öldürməsinə görə, eyni ailədən birini xəlifə elan edərək , xilafəti Misirə köçürmüşdü. Dövrünün ən güclü dövləti halına gələn məmlüklər arasında zamanla iç çəkişmələr başlamış və bu durumdan faydalanan çərkəz qulamları dövləti ələ keçirmişdilər (1382). Osmanlı padşahı Yavuz Sultan Səlim, Misiri alaraq bu dövləti süquta uğratmışdır (1517).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmlüklər haqqında məlumat. Məmlüklər nədir? Məmlüklər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Ərkivan

  • Fevral 25, 2026

    Qoçuluq

  • Fevral 16, 2026

    14 fevral

  • Fevral 26, 2026

    Salqurlular

  • Fevral 17, 2026

    Fiziki coğrafiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst