Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Amos Oz yaxud Amos Klausner (4 may 1939[…], Qüds, Britaniya Fələstini – 28 dekabr 2018[…], Petah-Tikva) — İsrailli yazar, jurnalist və sülhsevər fəaldır.

Amos Oz

  • Ana Səhifə
  • Vikipediya
  • Amos Oz

Amos Oz yaxud Amos Klausner (4 may 1939[…], Qüds, Britaniya Fələstini – 28 dekabr 2018[…], Petah-Tikva) — İsrailli yazar, jurnalist və sülhsevər fəaldır.

Amos Oz
ivr. ‏עמוס עוז‏‎
Amos Oz
Amos Oz
Doğum adı Amos Klausner
Doğum tarixi 4 may 1939(1939-05-04)[…]
Doğum yeri
  • Qüds, Britaniya Fələstini
Vəfat tarixi 28 dekabr 2018(2018-12-28)[…] (79 yaşında)
Vəfat yeri
  • Petah-Tikva
Vəfat səbəbi xərçəng xəstəliyi
Milliyyəti Yəhudi
Təhsili Yerusəlim Yəhudi Universiteti və Rehavia Gimnaziyası
İxtisası yazıçı, dilçi, jurnalist, roman yazıçısı, tərcüməçi, essayist, pedaqoq, universitet müəllimi
Fəaliyyəti dilçi, jurnalist, romançı, tərcüməçi, esseist, pedaqoq, universitet müəllimi[d], uşaq ədəbiyyatı yazıçısı, şair, yazıçı, hekayə yazıçısı[d]
Fəaliyyət illəri 1960-cı ildən
Əsərlərinin dili ivritcə
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Mükafatları "Vətəndaşlıq xidmətlərinə görə" böyük xaç ordeni — 2008 "Fəxri legion" ordeninin cəngavər dərəcəsi — 1997 "İncəsənət və ədəbiyyat" ordeninin zabit dərəcəsi — 1984 İsrail mükafatı — 1998
amos-oz.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müasir İsrail ədəbiyatının önəmli yazarıdır. Həyatı boyunca İsrailin əsas yazarlarından biri olarak qəbul edilirdi. Tələbəlik illərindən İsrail-Fələstin problemində sülhsevər və pozitiv mövqeyi ilə tanınır. İsraildəki sülh təşkilatı olan İndi Barış (Peace Now) hərəkatınin qurucularındandır.

2005-ci ildən bu yana Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilməkdədir. 2008-ci ildə "Keçmişin Yaradıcı Tərcüməsi"nə görə Dan David mükafatına layiq görülmüşdür. Sionist solçu olduğunu bəyan edən Amos Oz, İsraildəki sionist olmayan sol hərəkata qarşı tənqidləri ilə də tanınır. 2008-ci ilin dekabrında, Qəzzə müharibəsindən bir neçə gün əvvəl Yediot Aharonot qəzetində nümayiş olunan və Həmasa qarşı İsrail hökümətini hərbi hərakata çağıran bir bəyanatı imzalayanlardan olsa da, iki həftədən sonra yenə Yediot Aharonotda Həmas ilə atəşkəsi dəstəkləyən yazı qələmə almışdır.

Həyatı

1939-cu ildə Qüdsdə doğulub. İbrani Üniversitetində fəlsəfə və ədəbiyyat təhsili alıb. İlk hekayələri 20 yaşında olarkən nümayiş olunurdu. 1966-cı ildə yayımlanan "Başqa Yerdə, Bəlkə" adlı romanıyla məşhur oldu.

1967-ci ildə Altıgünlük müharibə dövründə Sinay yarımadasında misirlilərə qarşı, 1973-cü ildə Yom Kippur müharibəsində isə Qolan təpələrində isə suriyalılara qarşı ehtiyat zabit olaraq döyüşmüşdü. 1977-ci ildən etibarən münaqişələrin sülhlə həllinə inanmış və "Barış İndi Hərakatı"na qoşulmuşdur. İsrail dövlətinin işğalçılıq siyasətindən imtina edərən hərəkat, fələstinlilərlə müzakirənin lazım olduğunu düşünür və Fələstin dövlətinə isti baxır. Amos Oz, bu hərəkatın qurucularından sayılır.

1980-ci illərdə ölkəsinin ən sevilən yazarlarından olan Amos Oz, 1986-cı ildə oğlunun asma xəstəliyi səbəbindən Kibutzdan Arad şəhərinə köçdü. Yazar 1997-ci ildə Fransa Prezidenti Jak Şirak tərəfindən "Fəxri Legion ordeni" ilə mükafatlandırıldı. 1998-ci ildə isə ölkəsinin ən prestijli ədəbiyyat mükafatı olan "İsrail Ədəbiyyat mükafatı"na layiq görüldü. 2002-ci ildə Norveç Yazarlar Birliyinin "İfadə Azadlığı" mükafatı ilə mükafatlandırıldı.

Yazarın 1965–2011-ci illərdə 35 kitabı, fərqli mövzularda 480 məqaləsi yayımlandı; kitabları 42 dilə tərcümə edildi.

Amos Oz 28 dekabr 2018-ci ildə Təl-Əvivdə xərçəng xəstəliyindən vəfat etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, amos oz sözünün mənası, amos oz haqqında məlumat. amos oz nədir? amos oz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Qoyqəşəm məhəlləsi

  • Mart 02, 2026

    II Qriqor

  • Fevral 27, 2026

    Ürəkbulanma

  • Mart 06, 2026

    Dərman bitkisi

  • Fevral 27, 2026

    Diastola

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst