Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəsir Nəsirzadə Məmmədov (10 may 1907, Dəstə, Ordubad rayonu – 25 iyul 1982, Bakı) — dilçi alim, filologiya elmləri doktoru (1964), professor.

Nəsir Məmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Nəsir Məmmədov

Nəsir Nəsirzadə Məmmədov (10 may 1907, Dəstə, Ordubad rayonu – 25 iyul 1982, Bakı) — dilçi alim, filologiya elmləri doktoru (1964), professor.

Nəsir Məmmədov
Doğum tarixi 10 may 1907(1907-05-10)
Doğum yeri
  • Dəstə, Ordubad rayonu, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 25 iyul 1982(1982-07-25) (75 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Uşağı
  • Natiq Məmmədov
Elm sahəsi dilçilik
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru
Elmi adı
  • professor
İş yerləri
  • Bakı Dövlət Universiteti,
  • Azərbaycan Dillər Universiteti
Təhsili
  • Bakı Dövlət Universiteti

Mündəricat

Həyatı

10 may 1907-ci ildə Ordubad rayonun Dəstə kəndində anadan olmuşdur.

1925-ci ildə orta məktəbi bitirmiş, 1928–1929-cu illərdə Zaqafqaziya Kommunist Universitetinə daxil olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir.

Azərbaycan Ali məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri, Bakının sabiq Keşlə rayon partiya komitəsinin katibi vəzifələrində çalışmışdır.

1942–1945-ci illərdə C. Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun direktoru olmuş, burada dilçilik kafedrasına rəhbərlik etmişdir. 1945-ci ildən yenidən BDU-nun Ümumi dilçilik kafedrasında çalışmağa başlamış, 22 il bu kafedrada dosent və professor vəzifələrində işləmişdir. 1947-ci ildə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1967-ci ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur.1972-ci ildə yenidən BDU-nun Ümumi Dilçilik kafedrasına keçərək orada professor vəzifəsində çalışmışdır. Azərbaycanda nəzəri dilçiliyin yaradıcılarındandır. Nəzəri dilçilik sahəsindəki fəaliyyəti Azərbaycanda bu sahədə elmi fikri xeyli zənginləşdirmişdir.

Ailəsi

Dövlət xadimi, akademik Şirəli Məmmədovun qardaşı, dövlət xadimi Natiq Məmmədovnin atası, diplomat Nəsir Məmmədovun babasıdır.

Əsərləri

  • Dilçiliyin əsasları, Bakı, 1961
  • Dilçiliyə giriş (A. Axundovla birgə), Bakı, 1966
  • Azərbaycan dilçiliyinin nəzəri əsasları, Bakı, 1970

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəsir Məmmədov haqqında məlumat. Nəsir Məmmədov nədir? Nəsir Məmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qıpçaq

  • Mart 01, 2026

    Şeytanla müqavilə

  • Fevral 27, 2026

    Euarchontoglires

  • Fevral 27, 2026

    Zərbə dalğası

  • Fevral 27, 2026

    Malıbəyli məscidi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst