Malıbəyli məscidi — Xocalının Malıbəyli kəndinin mərkəzində yerləşən təkminarəli məscid. XX əsrin əvvəllərində məscidin minarəsi ermənilər tərəfindən uçurulub dağıdılmışdır.
| Malıbəyli məscidi | |
|---|---|
| |
| Ölkə | |
| Şəhər | Xocalı rayonu, Malıbəyli kəndi |
| Yerləşir | Şuşa rayonu |
| Tikilmə tarixi | XVIII əsrdə tikilməsi ehtimal olunur. |
| Üslubu | İslam memarlığı |
| 39°49′55″ şm. e. 46°47′32″ ş. u.HGYO | |
![]() | |
Məscid yerli çay daşlarından Şərq üslubunda tikilmişdir. Qiymətli tarixi-memarlıq abidəsi olan Malıbəyli məscidinin XVIII əsrdə tikilməsi ehtimal olunur. Doqquz künbəzli bu məscidin hündürlüyü 7 metr idi. Bu künbəzlər 4 böyük sal daş sütunların üzərində qurulmuşdu. Sütunları oyma naxışlıdır. Məscidin künbəzləri bişmiş kərpicdən hörülmüşdür.
Məscidin sağ tərəfində 4, sol tərəfində isə 2 pəncərə var. Divarlara müxtəlif ornamentli yazılar həkk olunmuşdur. Yaraşıqlı sütunlar, divardakı oymalar mescidin geniş və hündür zalına xüsusi gözəllik verir. Bu tarixi memarlıq abidəsindən sonralar anbar kimi istifadə olunmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Malıbəyli məscidi haqqında məlumat. Malıbəyli məscidi nədir? Malıbəyli məscidi nə deməkdir?

