Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəcibə Haşımbəy qızı Məlikova (25 oktyabr 1921, Buzovna, Bakı qəzası – 27 iyul 1992, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1974)

Nəcibə Məlikova

  • Ana Səhifə
  • Vikipediya
  • Nəcibə Məlikova

Nəcibə Haşımbəy qızı Məlikova (25 oktyabr 1921, Buzovna, Bakı qəzası – 27 iyul 1992, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1974)

Nəcibə Məlikova
Nəcibə Haşımbəy qızı Məlikova
Doğum tarixi 25 oktyabr 1921
Doğum yeri Buzovna, Bakı qəzası, Azərbaycan SSR
Vəfat tarixi 27 iyul 1992 (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti teatr və kino aktrisası
Fəaliyyət illəri 1943–1992
Təhsili Bakı Teatr Məktəbi;
Azərbaycan Dövlət Teatr İnstitutu
Teatr Gəncə Dövlət Dram Teatrı
(1943–1946);
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
(1952–1992)
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19741974 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1959

Mündəricat

Həyatı

İlk əvvəl kino aktrisası kimi şöhrətlənmiş, yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlı olan Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.

Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Şamama cadu), Cəfər Cabbarlının" "Aydın" (Böyükxanım), "1905-ci ildə" (Sona), "Sevil" (Edilya), Mirzə İbrahimovun "Həyat" (Atlas), "Kəndçi qızı" (Ayxanım), İlyas Əfəndiyevin "Büllur sarayda" (Qönçə), "Qəribə oğlan" (Məlahət), Nəbi Xəzrinin "Əks-səda" (Zərifə), "Mirzə Şəfi Vazeh" (Zübeydə), Səməd Vurğunun "Vaqif" (Xuraman), Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" (Diləfruz), Sabit Rəhmanın "Əliqulu evlənir" (Yasəmən), "Küləklər" (Firuzə), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (Məlahət), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Şölə xanım və Ziba xanım), "Müsyö Jordan və dərviş Məstəli şah" (Şəhrəbanı), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Oqudalova), Hüseyn Muxtarovun "Kimdir müqəssir?" (Korinkina), Maksim Qorkinin "Zikovlar" (Sofiya İvanovna), Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" (Həklrnin arvadı), "Türkiyədə" (Nazir qızı), Karlo Haldoninin "Məzəli hadisə" (Marianna), Aleksandr Şirvanzadənin "Namus" (Süsənbər), Fridrix Şillerin "Orlean qızı" (Aqnessa), Lope de Veqanın "Sevilya ulduzu" (Estrelya) pyeslərinin tamaşalarında çıxış edib.

Nəcibə xanım kinoda uğurlu rollar yaradıb. Onların arasında "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.

Nəcibə xanım 14 Fevral 1956-cı ildə ilk AzTV-nin efirə çıxan verlişin ilk aparıcısı və ilk diktoru olub

Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayırdı. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edirdi.

Bakıda 27 iyul 1992-ci ildə vəfat edən Nəcibə Məlikova ikinci Fəxri xiyabanda dəfn olunub.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 iyun 1974

Ailəsi

Nəcibə Məlikovanın büstü (Buzovna)
  • Haşım bəy Sağibin qızıdır.
  • Ruhulla Axundovun bacısı qızıdır.

Filmoqrafiya

  1. Arşın mal alan (film, 1965)
  2. Axşam konserti (film, 1948)
  3. Aygün (film, 1960)-Aygün
  4. Bakının işıqları (film, 1950)
  5. Bizim qəribə taleyimiz (film, 2005)
  6. Böyük ömrün anları (film, 2006)
  7. Doğma xalqıma (film, 1954)
  8. Əhməd haradadır? (film, 1963)
  9. Fətəli xan (film, 1947)
  10. Xalqın aktrisası. Nəcibə Məlikova (film, 2015)
  11. Qanun naminə (film, 1968)
  12. Qüdsi (film, 2007)
  13. Leyli və Məcnun (film, 1961)
  14. Ögey ana (film, 1958)
  15. Prima (film, 1994)
  16. Tikdim ki, izim qala (film, 1997)
  17. Tikdim ki, izim qala. III film (film, 1998)
  18. Topal Teymur (film, 1983)
  19. Üzeyir ömrü (film, 1981)
  20. Yollar görüşəndə... (film, 1979)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəcibə Məlikova haqqında məlumat. Nəcibə Məlikova nədir? Nəcibə Məlikova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xerson quberniyası

  • Fevral 27, 2026

    Həviq

  • Fevral 27, 2026

    Ərzaq

  • Fevral 27, 2026

    Sandra Kretu

  • Fevral 27, 2026

    Luis Enrike

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst