Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmməd Araz (doğum adı: Məmməd İnfil oğlu İbrahimov; 14 oktyabr 1933, Nursu, Naxçıvan MSSR – 1 dekabr 2004, Bakı) — Azərbaycan şairi, tərcüməçi, publisist, 1957

Məmməd Araz

  • Ana Səhifə
  • Vikipediya
  • Məmməd Araz

Məmməd Araz (doğum adı: Məmməd İnfil oğlu İbrahimov; 14 oktyabr 1933, Nursu, Naxçıvan MSSR – 1 dekabr 2004, Bakı) — Azərbaycan şairi, tərcüməçi, publisist, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq şairi (1991), "İstiqlal" ordeni laureatı.

Məmməd Araz
Doğum adı Məmməd İnfil oğlu İbrahimov
Doğum tarixi 14 oktyabr 1933(1933-10-14)
Doğum yeri
  • Nursu, Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1 dekabr 2004(2004-12-01) (71 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Uşağı
  • İradə Tuncay
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı — 19911991 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1984 "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1979 Azərbaycan SSR Dövlət mükafatı — 19881988
"İstiqlal" ordeni — 19951995
memmedaraz.az

Mündəricat

Həyatı

Məmməd Arazın Fəxri Xiyabanda qəbirüstü abidəsi. 2013-cü il

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra, 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunda bitirib. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.

Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). 1993-cü ildən onun adına "Məmməd Araz" mükafatı təsis olunmuşdur .

2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və ölümündən sonra Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun dediyinə görə Məmməd Araz Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.

Ailəsi

  • Publisist İradə Tuncayın atasıdır.
  • Yazıçı-jurnalist Millət Vəkili Aqil Abbasın qaynatasıdır.
  • Şair Rəhilə Elçinin əmisidir.

Mükafatları

Məmməd Arazın xatirə lövhəsi (Bakı)
  • "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı — 7 dekabr 1991
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 19 oktyabr 1984
  • "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 30 iyul 1979
  • "Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi" fəxri adı — 4 iyun 1992
  • Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 ("Azərbaycan" və "Ulduz" jurnallarında çap olunmuş şerlər silsiləsinə görə)
  • Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 1975, 1982
  • "İstiqlal" ordeni — 15 aprel 1995
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

Əsərləri

  • Sevgi nəğməsi. Bakı: Azərnəşr, 1959, 68 səh.
  • Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, 63 səh.
  • Araz axır. Bakı: Azərnəşr, 1964, 76 səh.
  • Mən səni taparam. Bakı: Azərnəşr, 1963, 59 səh.
  • Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, 152 səh.
  • Ömür karvanı. Bakı: Azərnəşr, 1967, 136 səh.
  • İllərdən bəri. Bakı: Gənclik, 1969, 114 səh.
  • Qanadlı qayalar. Bakı: Azərnəşr, 1973, 190 səh.
  • Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 səh.
  • Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 səh.
  • Oxucuya məktub. Bakı: Gənclik, 1978, 234 səh.
  • Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 səh.
  • Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983, 310 səh.
  • Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986
  • Dünya düzəlmir. Bakı: "Azərbaycan" nəşriyyatı, 1992, 81 səh.
  • Daş harayı. Bakı: Yazıçı, 1993, 254 səh.
  • Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994
  • Yol ayrıcında söhbət. Bakı: "Azərbaycan" nəşriyyatı, 1997, 318 səh.
  • Sənətdə son mənzil olmur. Bakı: "Adiloğlu" nəşriyyatı, 2001, 440 səh.
  • Ağlayan qayalar. Bakı: "Araz" nəşriyyatı, 2002, 144 səh.
  • Vətən deyin. Bakı: "Adiloğlu" nəşriyyatı, 2003, 149 səh.
  • Əsgər andı. Bakı: "Araz" nəşriyyatı, 2003, 98 səh.
  • Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: "Ozan" nəşriyyatı, 2003, 337 səh.
  • Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: "Ozan nəşriyyatı, 2003, 360 səh.
  • Seçilmiş əsərləri (dörd cilddə), III c. Bakı: "Ozan" nəşriyyatı, 2003, 376 səh.
  • Seçilmiş əsərləri (dörd cilddə), IV c. Bakı: "Ozan" nəşriyyatı, 2003, 365 səh.

Tərcümələri

(ruscadan)

  • S. V. Mixalkov. Foma. Bakı: Azərnəşr, 1964, 16 səh.
  • G. Ağacanyan. Narahat ürək. Bakı: Gənclik, 1974, 83 səh.
  • M. Svetlov. Şeirlər. Bakı: Azərnəşr, 1975, 204 səh.
  • N. A. Nekrasov. Rus qadınları. Bakı: Yazıçı, 1983, 124 səh.
  • Ocaq başında (dünya şairlərinin şeirləri). Bakı: Yazıçı, 1988, 241 səh.

Xatirəsi

Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının "Gənclik" metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyacaq.

27 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır.

2013-cü ildə Azərbaycan televiziyasında istehsal edilmiş Araz şairi adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmməd Araz haqqında məlumat. Məmməd Araz nədir? Məmməd Araz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    3 (ədəd)

  • Fevral 27, 2026

    Subatom zərrəciklər

  • Fevral 27, 2026

    Leonti Mroveli

  • Fevral 27, 2026

    Qaskon dili

  • Fevral 27, 2026

    Emmanuel Svedenborq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst