Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məlik-Aslanovlar — Azərbaycanda yaşayan alban əsilli azərbaycanlılaşmış sülalə, Azərbaycanın tanınmış soylarından biri. Hal-hazırda, etibarlı şəkildə məlumdur k

Məlik-Aslanovlar

  • Ana Səhifə
  • Vikipediya
  • Məlik-Aslanovlar

Məlik-Aslanovlar — Azərbaycanda yaşayan alban əsilli azərbaycanlılaşmış sülalə, Azərbaycanın tanınmış soylarından biri. Hal-hazırda, etibarlı şəkildə məlumdur ki, Məlik-Aslanov nəsli Qarabağda Məlik ailələri arasında yeganə tam azərbaycanlı ailəsidir.

Mündəricat

Soyun yaranması

Erkən sənədlərdə bu soyun əcdadları Anadoludan çıxıblar — türk və o cümlədən qipçaklar olduğuda göstərilir. Dinləri isə Alban-xristian dininə aid idi. Cənubi Qarabağda Alban irsinin əvvəlki gücünü, dinini və mədəniyyətini yenidən yaradıb qaytaran alban tayfası olub.
Orta əsrlərin sənədlərində bu sülalə artıq 1478-ci ildə qeyd olunur. Onlar Şərqi Gürcüstanın Lori və Somhiti Məliklərinin qəbiləsinin nəsillərinə aid olduğları bildirilir. Həmçinin, kifayət qədər geniş torpaqların sahibləri kimi vurğulanırlar.
Artan çəkişmələr və qonşuların təzyiqi səbəbindən, xüsusilə də qohumu Elizbar tərəfindən zorla ата-бабalarına məxsus olan Pambak dərəsini və Lorinin bir hissəsini ələ keçirdikdən sonra, qəbilənin başçısı Luka öz əcdadlarının mülkünü tərk edir və əqrəbası ilə 1717-ci ildə Qarabağ bəylərbəyiliyinin ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən biri olan Dizaq mahalının Tuğ kəndinə köçmək məcburiyyətində qalır.
Qısa bir müddət ərzində Lukanın ailəsi ətraf obalarda hörmət qazanır və onun varisləri Məlik taxtına qalxırlar. Gələcəkdə onların bir hissəsi Islamı qəbul edəcək. Demək olar ki, 100 il ərzində onlar Qarabağ xanlığı tərkibində olan beş Məliklikdən ("Qarabağ beşliyi") birini Dizaq mahalını idarə edəcəklər. Nəslin belə uğurunun əsas səbəblərindən biri də, bəzən ziddiyyətlərə baxmayaraq, uzun illər boyu onlara qarşı şahlar və xanlar tərəfindən layiqli münasibət bəstələnib.
1805-ci ildə, Mehdiqulu xan Cavanşir (1806–1822) dövründə, qövmün böyüyü Məlik Aslan bəy Dizaq mahalının son məliyi və naibi olur. Tarixçi Mir Mehdi Xəzani "Kitabi-tarixi-Qarabağ" adlı əsərində yazır: "Amma sonra mərhum Mehdiqulu xan əsri və dövləti Rusiya zamanı yenə Məlik Aslan bəy və oğlanları tərəqqilər bulub, mahallara hakim və naib olub, əyani-vilayət cümləsindən məhsub oldular".
1822-ci ildə Mehdiqulu xan xanlığı tərk edərək İrana gedir, bununla da belə Qarabağ xanlığı ləğv edilir və Qarabağ əyaləti adlandırmağa başlanır. Beləliklə, Dizak Məlikliyinin erası və Məliklərin hakimiyyəti başa çatır.
Bundan sonra isə Məlik Aslan bəyin uruğu Məlik-Aslanov soyadını daşıyacaq. Azərbaycanın tanınmış soylarından biri olan Məlik-Aslanovlar nəslinin nümayəndələri XVIII-XX əsrlərdə Cənubi Qarabağın inkişafında əhəmiyyətli töhfələr veriblər. Qarabağ Məliklərinin bu cinsindən olan bir çox məşhur şəxsiyyətlər çıxıb. Həmçinin, onlar Tuğda, Hadrutda, Qarabulağda, Qaryaqinda (indiki Füzuli) böyük iz qoyub gediblər.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ailənin bəzi üzvləri mühacirətə gedir, bir qismi isə 20–30-cu illərin repressiyaları zamanı respublikanın cəza orqanlarının diqqətindən bir növ yayınıb qorunmaq üçün ulularının soy adını "Aslanov" familiyasıyla əvəz etməyə məcbur olmuşlar. Bu gün Məlik-Aslanov soyunun nümayəndələrinə ABŞ-da, Almaniyada, Fransada, Kanadada, Niderlandda, Rusiyada, Türkiyəda rast gəlmək olar. Onlar Məlik-Aslani, Məlik-Aslan kimi təmsil olunurlar.

Soyun tanınmış nümayəndələri

  • Fərhad bəy Məlik-Aslanov
  • Firudin bəy Məlik-Aslanov
  • Xudadat bəy Məlik-Aslanov
  • İsmət Aslanov
  • Lütfəli Məlik-Aslanov
  • Mehdi bəy Məlik-Aslanov
  • Məlik Aslan bəy
  • Muxtar Aslanov
  • Püstə xanım Məlik-Aslanova
  • Ramiz Məlik-Aslanov
  • Sadıx bəy Məlik-Aslanov

Vikipediyada göstərilməyən soyun tanınmış nümayəndələri:

  1. Abdulla Məlik-Aslanov (1958)
  2. Abdulla bəy Məlik-Aslanov (1878–1950)
  3. Adıl Məlik-Aslanov (1949–2020)
  4. Aliya xanım Məlik-Aslanova (1936–2000)
  5. Xosrov Məlik-Aslanov (1909–1977)
  6. Xuraman xanım Aslanova (1915–1978)
  7. Kərim Aslanov (1929–?)
  8. Mehdi Aslanov (1915–1979)
  9. Məhəmməd bəy Məlik-Aslanov (1877–1960)
  10. Nəcəf bəy Məlik-Aslanov (1816–?)
  11. Şirin bəy Məlik-Aslanov (1803–1863)
  12. Şövkət xanım Aslanova (1912–2005)
  13. Teymur bəy Məlik-Aslanov (1889–1974)

Qalereya

  • Fərhad bəy
    Fərhad bəy
  • Sadıx bəy (soldan oturan dördüncü)
    Sadıx bəy (soldan oturan dördüncü)
  • Məhəmməd bəy
    Məhəmməd bəy

Həmçinin bax

  • Tuğ
  • Azərbaycan zadəganlığı
  • Qarabağ bəylərinin siyahısı

Nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Luka
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məlik Yeqan
(? – 1744)
I Dizaq Məliyi
(1737–1744)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məlik İsay
(1720–1781)
III Dizaq Məliyi
(1746–1781)
 
 
 
 
Məlik Aram
(? – 1746)
II Dizaq Məliyi
(1744–46)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səfər bəy,
Qarçıqay bəy
(Bu qol Xristyan Məlik-Yeqanovlar olaraq davam etmişdir)
 
 
Bağdad bəy
(1757–1809)
 
Məlik Bəxtam
 
Bilinməyən 2 qardaşı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əlihüseyn bəy,
Baba bəy
(Bu qol Müsəlman Məlik-Yeqanovlar olaraq davam etmişdir)
 
Məlik Aslan bəy
(1787–1832)
Dizaq mahalının son Məliyi və naibi
(1805–1822)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məlik-Aslanovlar
davam edir
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ədəbiyyat

  • Фарида Мамедова. К вопросу об албанском (кавказском) этносе. История Азербаиджана по документам и публикациям. — Баку:Элм, 1990. C. 27–33 ISBN 5-8066-0269-9
  • Думин С.В. «Князья Меликовы (Меликишвили)». // Думин С.В., Чиковани С.В. Князья Царства Грузинского./ Дворянские роды Российской империи. Москва, 1998. Т.IV.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məlik-Aslanovlar haqqında məlumat. Məlik-Aslanovlar nədir? Məlik-Aslanovlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qriqori Rasputin

  • Fevral 27, 2026

    Saxalin vilayəti

  • Fevral 27, 2026

    Aşıq Abbasəli

  • Fevral 27, 2026

    Fəzzan

  • Fevral 27, 2026

    Dondurma

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst