Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov (az. Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov; 21 yanvar 1913, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiy

Lütfəli Məlik-Aslanov

  • Ana Səhifə
  • Vikipediya
  • Lütfəli Məlik-Aslanov

Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov (az. Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov; 21 yanvar 1913, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 21 oktyabr 1996, Bakı, Azərbaycan Respublikası) — texnika elmləri doktoru, professor, SSRİ-nin Fəxri neftçisi, Azərbaycan SSR əməkdar mühəndisi, Azərbaycan SSR neft sənayesi əlaçısı.

Lütfəli Məlik-Aslanov
Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov
Doğum tarixi 21 yanvar 1913
Doğum yeri
  • Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 21 oktyabr 1996 (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Respublikası
Həyat yoldaşı Valentina Yermakova
Uşaqları Ramiz, Leyla xanım
Atası Süleyman bəy
Anası Xurşud xanım
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Elmi adı
  • professor
Mükafatları

"Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

SSRİ-nin fəxri neftçisi "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı

Mündəricat

Həyatı

Lütfəli Məlik-Aslanov 21 yanvar 1913-cü ildə Tuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsinəndir. Gənc yaşlarından onu Niftalı adlandırırdılar, o vaxtdan yalnız rəsmi sənədlərdə adı Lütfəli kimi gedirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət xadimi, dayısı Xudadat bəy Məlik-Aslanovun ailəsində böyüyüb.
Orta təhsilini Qaryaqində (indiki Füzuli şəhəri) başlayır, 1927-ci ildən isə Bakıda davam edir. 1932-ci ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olur və 1938-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Neft-mədən fakültəsini bitirir.
Böyük Vətən Müharibəsi (1941–1945) iştirakçısı.

Fəaliyyəti

Lütfəli Azərbaycan Sənaye İnstitutunda ali təhsilini bitirdikdən sonra təyinatla "Qaradağneft" ("Molotovneft") trestinin neft hasilatı şöbəsində usta, bir müddət sonra isə şöbə müdiri vəzifəsində işləmişdir. Və 1940-cı ildə "Qaradağneft" trestinin neft emalı şöbəsinin rəisi təyin olunur, lakin müəssədə çox işləmir. Böyük Vətən müharibəsi başlayanda ilk könüllülər arasında cəbhəyə gedir.

Aldığı yaralardan 1942-ci ilin sonlarında ordudan tərxis olunur və əvvəlki iş yerinə qayıdır. 1945-ci ildən VNİİTB-nin neft-mədən şöbəsininə rəhbərlik edir. 1948-ci ildən isə AzETNÇİ-da işləməyə başlamış.

Lütfəli 1953-cü ildə "Neft hasilatının texnikası və texnologiyası" laboratoriyasının rəhbəri təyin edilir. Eyni zamanda Azərbaycan Sənaye İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Onun elmi–tədqiqatlarına neftin su ilə sıxışdırılması,qeyri-bircins və uzun müddət istismar edilən laylarda neftverimli layların tədqiqi, layın hidravlik dağıdılması,quyuların istismarı və qazılması zamanı qum təzahürü və onunla mübarizə daxildir. "Kollektorların neftverimi mexanizmində aralıq zonanın rolunun tədqiqi" mövzusunda namizədlik dissertasiyasını 1956-cı ildə, "Layların neftveriminin artırılması məsələləri" mövzusunda doktorluq dissertasiyasını isə 1965-ci ildə müdafiə edir.

O, 1968-ci ildə professor elmi dərəcəsini alır.

Digər alimlərlə birlikdə neft və qaz quyularının istismarının texnika və texnologiyasının təkmilləşdirilməsi və inkişafında Lütfəli Məlik-Aslanovun da mühüm rolu olmuşdur.

Elmi fəaliyyəti

Lütfəli Məlik-Aslanov neft yataqlarının işlənilməsi və layların neft veriminin artırılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatlar sahəsi: neftin su ilə sıxışdırılması; qeyri-bircins və uzun müddət istismar edilən laylarda neftverimi məsələlərinin tədqiqi; layın hidravlik dağıdılması; quyuların istismarı və qazılması zamanı qum təzahürü və onunla mübarizə. 200-dən artıq elmi məqalənin və 8 monoqrafiyanın müəllifidir. İxtiralara görə 25 müəlliflik şahədətnaməsi alıb.

Təltif və mükafatları

SSRİ-nin Fəxri neftçisi.
Azərbaycan SSR əməkdar mühəndisi (1964-cü il).
Azərbaycanın neft sənayesi əlaçısı.
"Qırmızı əmək bayrağı" ordeni..
"Şərəf nişanı" ordeni.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (1980-cı il).

Ailəsi

Həyat yoldaşı Valentina Petrovna Yermakova (21.01.1913,Bakı – 17.12.1991,Bakı)
Övladları: Ramiz (14.03.1942,Bakı), Leyla xanım (10.09.1946,Bakı)

Həmçinin bax

Məlik-Aslanovlar
Xudadat bəy Məlik-Aslanov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lütfəli Məlik-Aslanov haqqında məlumat. Lütfəli Məlik-Aslanov nədir? Lütfəli Məlik-Aslanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Malkolm X

  • Fevral 27, 2026

    Kəklik

  • Fevral 27, 2026

    Sarıqamış (Neftçala)

  • Fevral 27, 2026

    Bulaqçılar

  • Fevral 27, 2026

    Qala Bərzənd

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst