Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhəmməd Kəngərli (10 yanvar 1914, Şuşa – 17 avqust 2006, Ankara) — Azərbaycan Milli Mərkəzinin rəhbəri mühacir, Məhəmməd Əmin Rəsulzadənin şəxsi həkimi. 14 yaş

Məhəmməd Kəngərli

  • Ana Səhifə
  • Vikipediya
  • Məhəmməd Kəngərli

Məhəmməd Kəngərli (10 yanvar 1914, Şuşa – 17 avqust 2006, Ankara) — Azərbaycan Milli Mərkəzinin rəhbəri mühacir, Məhəmməd Əmin Rəsulzadənin şəxsi həkimi. 14 yaşından etibarən Müsavat partiyasının Gənc Azər təşkilatının üzvü olub. 1939-cu ildə SSRİ-Finlandiya müharibəsində iştirak edib. Daha sonra İkinci Dünya müharibəsində almanlar tərəfindən əsir götürülən o Azərbaycan legionunda hərbi həkim vəzifəsində xidmət edib.

Məhəmməd Kəngərli
türk. Mehmet Kengerli
Azərbaycan Kültür Dərnəyinin sədri
10 dekabr 1968 – 2 sentyabr 1969
Əvvəlkiİsgəndər Ağüzüm
SonrakıƏhməd Yaşat
6 may 1966 – 27 may 1967
ƏvvəlkiCəlal Odelli
Sonrakıİsgəndər Ağüzüm
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1914(1914-01-10)
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 17 avqust 2006(2006-08-17) (92 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Dəfn yeri
  • Qarşıyaxa qəbiristanlığı[d]
Partiya
  • Müsavat (Müsəlman Demokrat Partiyası)
Fəaliyyəti hərbi həkim, Hərbi həkim
Hərbi xidmət
Döyüşlər
  • SSRİ–Finlandiya müharibəsi (1939–1940),
  • İkinci Dünya müharibəsi

Mündəricat

Həyatı və fəaliyyəti

Məhəmməd Kəngərli 1914-cü ilin yanvarın 10-da Şuşada anadan olub. 1928-ci ildə 14 yaşında ikən Müsavat partiyasının Gənc Azər təşkilatına üzv olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1933-cü ildə Universitetin tibb fakültəsinin rus bölməsinə daxil olmuş, daha sonra isə Leninqrad Hərbi Akademiyasına daxil olaraq 1939-cu ildə də oranı bitirmişdir. Akademiyanı bitirdikdən sonra SSRİ-Finlandiya müharibəsində hərbi həkim kimi iştirak edib. Tibbi batalyonla birgə finlərə əsir düşür. Bir il sonra əsirlər tərəflərə geri verilərkən Məhəmməd bəy sovet ordusuna geri qaytarılır.

İkinci Dünya müharibəsində

1940-cı il avqust ayının ilk həftəsində SSRİ-nin Baltikyanı ölkələrə qarşı işğal hərəkatında Estoniyanın Tartu şəhərinə göndərilib. Daha sonra isə Vilyandi və Pyarnu şəhərlərinə göndərilib. 1940-cı ilin sentyabr ayında Latviyanın Siqulda qəsəbəsinə, daha sonra isə Belarusiyanın Qomel şəhərinə göndərilsə də yerli əhali ilə münasibətlər qurmaqda ittiham edilərək işğal bölgəsindən uzaqlaşdırılıb. 1941-ci il iyunun 21-də Almaniya ilə başlayan müharibədən sonra avqust ayında 44-cü ordu korpusu ilə birlikdə İrana göndərilir. Sonrakı əmrdə isə 404-cü bölmə ilə Krım cəbhəsinə gəlir. 1942-ci ildə Krım cəbhəsində yaralanaraq almanlara əsir düşüb. Berlində müalicə aldıqdan sonra burada Məhəmməd Əmin Rəsulzadə ilə tanış olur. Almanlar tərəfindən Ukraynanın Xerson, Nikolayev və Odessa şəhərlərində qurulmuş səhra xəstəxanalarında hərbi həkim kimi fəaliyyət göstərdikdən sonra Rumıniyanın Konstansa şəhərinə göndərilib. 1944-cü ildə Macarıstana keçən Məhəmməd Kəngərli Balaton gölü yaxınlığında baş vermiş hava hücumu nəticəsində yaralanıb. Avstriyanın Qrats şəhərində müalicə edildikdən sonra mayın ayının ilk həftəsində Amerika Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Sonrakı fəaliyyəti

1946-cı ildə, Rəsulzadənin götərişi ilə yaradılan Azərbaycan Demokrat Birliyinə rəhbərlik edib. Birliyin əsas hədəflərindən biri əsir düşmüş azərbaycanlıların SSRİ-ə qayıtmaqlarının qarşısın almaq onları Türkiyəyə keçirmək olub. 1947-ci ilin qış aylarında Almaniyada Mittenwald Toplama Düşərgəsində olan 101 azərbaycanlı SSRİ vətəndaşı olduqları üçün SSRİ hərbi qüvvələrinə təhvil veriləcəkdi. Əsir azərbaycanlılar təhvil verilmək üçün Melrixştata göndəriləndə Məhəmməd Kəngərli bu prosesə müdaxilə edir və Amerika hərbi rəsmiləri ilə keçirdiyi görüşlərdən sonra həmin əsirlərin Amerikanın nəzarətində olan bölgədə qalmaqlarını təmin edir. O dövrdə bu hadisə alman mətbuatında "101-lər edamdan qayıtdılar" başlığı ilə işıqlandırılıb.

Türkiyədəki fəaliyyəti

Məhəmməd Kəngərli 1952-ci ildə Türkiyəyə gəlib Ankarada Azərbaycan Milli Mərkəzində və Azərbaycan Kültür Dərnəyində fəaliyyət göstərmişdir. 1954-cü ildə ailə həyatı qurub. İki il Azərbaycan Kültür Dərnəyinə rəhbərlik edib. 1952–1979-cu ildə Türkiyənin Sağlıq və Sosial yardım nazirliyinin müxtəlif xəstəxanalarında baş həkim, sağlıq müdiri, Qızılaypara baş müdir köməkçisi, Türkiyənin Bonndakı səfirliyində müşavir vəzifələrində fəaliyyət göstərib. 1963-cü ildə Kipr hadisələrində ora gedərək Qızılaypara xəstəxanasını qurmuşdur. 1971-ci ildə Hindistan Pakistan arasındakı Kəşmir müharibəsi dövründə "Qızıl aypara" dərnəyi adından müharibə bölgəsinə ezam olunub. Oradakı fəaliyyətinə görə də dəfələrlə şərəf medalları ilə təltif edilib. Sonradan Türkiyədə Anıtlar dərnəyinin rəhbəri olaraq fəaliyyət göstərib. Yaşadığı dövr ərzində Ankarada nəşr edilən "Azərbaycan" jurnalında milli mübarizə ilə bağlı çoxlu sayda məqaləsi dərc edilib. 2006-cı il avqustun 17-də Ankarada dünyasını dəyişib burada Qarşıyaxa qəbiristanlığında dəfn edilib.

Ədəbiyyat

  • Nəsiman Yaqublu. Azərbaycan legionerləri (PDF). Bakı: Çıraq nəşriyyatı. 2005. səh. 227.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məhəmməd kəngərli sözünün mənası, məhəmməd kəngərli haqqında məlumat. məhəmməd kəngərli nədir? məhəmməd kəngərli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Riçard Dedekind

  • Mart 01, 2026

    Natrona (Vayominq)

  • Fevral 27, 2026

    Molodyoj Azerbaydjana

  • Mart 04, 2026

    Gotvənd

  • Fevral 27, 2026

    Parmicanino

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst