Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhməd Yaşat — mühacir, həkim, Azərbaycan Demokrat Birliyinin üzvü, Azərbaycan Kültür Dərnəyinin sədri.

Əhməd Yaşat

  • Ana Səhifə
  • Vikipediya
  • Əhməd Yaşat

Əhməd Yaşat — mühacir, həkim, Azərbaycan Demokrat Birliyinin üzvü, Azərbaycan Kültür Dərnəyinin sədri.

Əhməd Yaşat
Azərbaycan Kültür Dərnəyinin sədri
2 sentyabr 1969 – 26 dekabr 1979
ƏvvəlkiMəhəmməd Kəngərli
Sonrakıİsgəndər Ağüzüm
2 dekabr 1962 – 20 dekabr 1965
ƏvvəlkiKərim Odər
SonrakıCəlal Odelli
Şəxsi məlumatlar
Doğum adı Əhməd Həsən oğlu Şirinzadə
Doğum tarixi 1917(1917)
Doğum yeri
  • Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası
Vəfat tarixi 26 yanvar 1985(1985-01-26) (67–68 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Fəaliyyəti həkim
Hərbi xidmət
Döyüşlər
  • SSRİ–Finlandiya müharibəsi (1939–1940),
  • Böyük Vətən müharibəsi

Azərbaycan Kültür Dərnəyi tərəfindən Ankarada nəşr edilən "Azərbaycan" jurnalının məsul müdiri.

Mündəricat

Haqqında

Əhməd Şirinzadə 1917-ci ildə Şəkidə anadan olub. İbtidai və orta təhsilini Şəkidə bitirdikdən sonra Bakıda tibb üzrə təhsil alıb.

Qış müharibəsi dövründə Əhməd Şirinzadə fin cəbhəsinə həkim kimi göndərilib.

İkinci Dünya müharibəsində ön cəbhədə həkim kimi xidmət edən Əhməd Şirinzadə xidmət etdiyi hərbi birliyin tərkibində əsir düşüb. Əsirlikdən qurtulduqdan sonra Yaşat arxa cəbhədə həkim kimi çalışıb. İkinci Dünya müharibəsi bitdikdən sonra Almaniyadakı azərbaycanlıları qorumaq və onların SSRİ-yə verilməsinin qarşısını almaq üçün Rəsulzadənin təlimatı ilə Azərbaycan Demokrat Birliyi yaradılıb. Birliyin ilk üzvlərindən biri də Əhməd Yaşat olub. Müharibədən sonra Yaşat bir müddət Hannoverdə həkimlik edib.

1948-ci ildə Türkiyəyə köçüb, burada da həkim kimi fəaliyyət göstərib. 1949-cu il fevralın 1-də Ankarada Azərbaycan Kültür Dərnəyi qurulub. Dərnək qurulanda onun idarə heyətində təmsil olunub. Daha sonra iki dəfə dərnəyin sədri seçilib. İlk sədrliyi 2 dekabr 1962-ci ildən 20 dekabr 1965-ci ilədək, ikinci sədrliyi isə 2 sentyabr 1969-cu ildən 26 dekabr 1970-ci ilədək davam edib. Azərbaycan Kültür Dərnəyi tərəfindən Ankarada nəşr edilən "Azərbaycan" jurnalının məsul müdiri olub.

Əhməd Yaşat 1985-ci il yanvarın 26-da vəfat edib və Ankarada dəfn olunub.

Xatirələri

Qış müharibəsində iştirakı ilə bağlı xatirələri:

" Gənc bir həkim ikən Fin cəbhəsinə göndərildim. Rus orduları bir-iki ay içində Finlandiyanı məğlub edəcəyini zənn edirdi. Fəqət qocaman birliklər bir ovuc Fin ordusu qarşısında bir addım da irəli gedə bilmirdi. Böyük meşələrlə örtülü olan Finlandiyada qara bürünən hər ağac bir fin əsgərinin qərargahı idi. İldırım sürətiylə gələn bir neçə fin əsgəri rus bölmələrini güllələyib gedirdi. Buna alışıq olmayan rus orduları pərişan halda idilər. Bu dəfə xizək sürən kişilərdən ibarət birliklər cəbhəyə göndərildi, onlar da mübarizə apara bilmədilər. Beləcə, kiçik Finlandiya qarşısında qocaman Sovet Rusiyası dünya qarşısında rüsvay oldu. "

İkinci Dünya müharibəsində Əhməd bəy ön cəbhəyə göndərilib. Əsir düşməsi haqqında bunları deyib:

" Almanların hücumunu gözləyirdik. Mən bir tank tuqayında həkim idim. Hücumdan bir gün əvvəlki gecə ruslar birliklərə ziyafət verdilər. Yeyib-içdilər. Sabahın erkən saatlarında almanların hücumu başladı. Rus tankları hərəkətə keçənə qədər bir mərmi də atmayan bizim tuqay kimi digər rus birlikləri də almanlar tərəfindən mühasirəyə alınaraq əsir götürüldü. İlk əsarət həyatı belə başladı. "

Ailəsi

Əhməd Şirinzadə 1917-ci ildə Həsən Şirinzadə və Zəhra Şirinzadənin ailəsində anadan olub. Ənvər adlı qardaşı, Zərifə və Əzizə adlı bacıları olub.

Həmçinin bax

  • Həmid Ataman
  • Məhəmməd Kəngərli

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əhməd Yaşat haqqında məlumat. Əhməd Yaşat nədir? Əhməd Yaşat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Doğramac

  • Fevral 27, 2026

    MiG

  • Fevral 28, 2026

    Mütaliə

  • Fevral 27, 2026

    Qənimət

  • Fevral 27, 2026

    Pyer Trüdo

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst