Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müşfiq ağıları — bəstəkar Cavanşir Quliyev tərəfindən yazılmış və Mikayıl Müşfiqin faciəli həyatına həsr olunmuş oratoriya. Əsərin librettosunun müəllifi Sabir

Müşfiq ağıları

  • Ana Səhifə
  • Vikipediya
  • Müşfiq ağıları

Müşfiq ağıları — bəstəkar Cavanşir Quliyev tərəfindən yazılmış və Mikayıl Müşfiqin faciəli həyatına həsr olunmuş oratoriya. Əsərin librettosunun müəllifi Sabir Rüstəmxanlıdır. 2022-ci il oktyabrın 14-də əsər ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mustafa Mehmandarovun dirijorluğu ilə təqdim olunub.

Müşfiq ağıları
Bəstəkar Cavanşir Quliyev
Forma oratoriya
Yazılma tarixi 2020
Premyera
  • 14 oktyabr 2022
  • Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası
Müddət 62 dəqiqə
İthaf olunub Mikayıl Müşfiqin həyatına

Mündəricat

Haqqında

Müşfiq ağıları oratoriyası bəstəkar Cavanşir Quliyev tərəfindən 2020-ci ildə yazılıb və Mikayıl Müşfiqin faciəvi taleyinə həsr edilib. Əsərin librettosunu Sabir Rüstəmxanlı yazıb.

Cavanşir Quliyev özü oratoriya haqqında bunları deyib:

" Onun faciəsi cəmiyyətə dərs olmadı – indi də insanlar ədalətsizliyə susurlar. Əsər bütün haqları pozulanlara həsr olunub, o cümlədən özümə. "

Bir saatdan ibarət olan əsər 13 hissədən, proloq, 6 ağı, 5 qaragüruh və epiloqdan ibarətdir. Əsərin librettosu Müşfiqin həyatını, ona qarşı olan ədalətsizlikləri, onun sevgisini, nifrətini, haqsızlığa dözümsüzlüyünü əhatə edir. Əsərdəki ağılar Ana Ağısı, Vətən Ağısı, Azadlıq Ağısı, Söz Ağısı, Eşq Ağısı, Həyat Ağısı adlanır. Bəstəkarın qaragüruh adlandırdığı 5 hissə isə Müşfiqə olan hücumları, ədalətsizlikləri və onun ölümə göndərilməsini əks etdirir.

Oratoriya ilk dəfə 2022-ci il oktyabrın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Cavanşir Quliyevin yaradıcılıq gecəsində təqdim edilib. Əsər burada Mustafa Mehmandarovun dirijorluğu və bədii rəhbər Gülbacı İmanovanın rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xor Kapellasının və solistlərin – Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər Səbinə Əsədova, İlham Nəzərov, Nigar Tağıyeva, İlahə Fəda və təqdimatçı Kamran Yunisin ifasında səslənib.

Əsərə qarşı ittiham

2023-cü il 7 fevral tarixində əvvəlcə iranlı jurnalist Ehsan Movahedian tvitterdəki yazısında oratoriyanın 28 saniyəlik bir hissəsini bölüşüb və Azərbaycan dövlətini islama qarşı olmaqda ittiham edərək İran düşmənlərinin yuvası adlandırıb. Həmin hissədə Azərbaycan Dövlət Xor Kapellası tərəfindən bu sözlər oxunub:

" Yıxılsın minarələr, kəsilsin azan səsi.

Nə məscid gərək bizə, nə molla moizəsi.

"

Bu tvitdən 4 saat sonra İranda fəaliyyət göstərən "Səhər" kanalı da bu mövzuya toxunaraq "Yaşasın ateizm!" adlı məqalə dərc edib. Məqalədə qeyd olunub ki Azərbaycanda konsert zalında "yaşasın ateizm, yıxılsın minarələr, kəsilsin azan səsi" mahnısı oxunub. Və bu hissənin oxunmasını ölkədə ateizmin təbliği kimi qələmə veriblər.

Bu məqalədən sonra "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-i açıqlama verib. Açıqlamada iranlı jurnalistlərin oratoriyanın bir qismini kəsib paylaşmaqlarının jurnalist adına və etikasına yaraşmayan metod olduğu qeyd olunub. Və əlavə edilib ki oratoriyanın bu hissəsi sovet işğalı dövründə kommunistlərin Azərbaycanda din əleyhinə təbliğatlarını, İslam dini ilə mübarizələrini təsvir edir.

Daha sonra Mədəniyyət televiziyasına müsahibə verən oratoriyanın bəstəkarı Cavanşir Quliyev bildirib ki, əsərdə dinə qarşı olan hissəni səsləndirən qismi o öz oratoriyasında qaragüruh adlandırıb. O deyib:

" Bu qaragüruh kommunist ideologiyasını təsvir edir. Bu ideologiya milli dəyərləri, dini dəyərləri sevməzdi, yıxardı. Biz də o zamanın bir parçasını göstərmişik əsərdə. Əsəri tam izləsələr görərlər ki biz onların dediklərinin əksinə əsərdə minarələrin yıxılmasına qarşı olduğumuzu bildirmişik. "

Həmçinin bax

  • Füzuli kantatası
  • Arazın o tayında

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müşfiq ağıları haqqında məlumat. Müşfiq ağıları nədir? Müşfiq ağıları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Tatar dili

  • Mart 01, 2026

    Şamaxı Ensiklopediyası

  • Fevral 24, 2026

    Ada

  • Fevral 27, 2026

    Ayran

  • Fevral 25, 2026

    Era

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst