Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gülbacı İmanova (13 fevral 1956, Bakı) — Azərbaycanın tanınmış dirijoru. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru,Azərbaycan Respublikasının

Gülbacı İmanova

  • Ana Səhifə
  • Vikipediya
  • Gülbacı İmanova

Gülbacı İmanova (13 fevral 1956, Bakı) — Azərbaycanın tanınmış dirijoru. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru,Azərbaycan Respublikasının xalq artisti(2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən).

Gülbacı İmanova
Gülbacı Əliəkbər qızı İmanova
Ümumi məlumatlar
Doğum tarixi 13 fevral 1956 (70 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, dirijor
Fəaliyyət illəri 1980-günümüzə
Janr xor
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20052005 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20002000

Mündəricat

Həyatı

Gülbacı Əliəkbər qızı İmanova 1956-cı il fevralın 13-də Bakı şəhərində anadan olmuşdur.1980-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakultəsini bitirmişdir.1980-cı ildən BMA-da «xor dirijorluğu» ixtisasından və xor fənnlərinin metodikasından dərs deyib.1993-cü ildən etibarən Bakı Musiqi Akademiyasında dirijorluq kafedrasında çalışır.1989-cu ildən Ş. Məmmədova adına Opera studiyasında baş xormeyster kimi fəaliyyət göstərir.1996-cı ildə Azərbaycan Dövlət Xor Kapellasına bədii rəhbər və baş dirijor vəzifəsinə təyin edilib. Hazırda bu vəzifədə çalışır.2000-ci ilin oktyabr ayında «Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi» fəxri adına,2005-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülmüşdür1999-cu ildə BMA-nın «dirijorluq» kafedrasına dosent vəzifəsinə müsabiqə ilə keçmişdir. Hal-hazırda kafedranın professoru vəzifəsində çalışır.1996-cı ildə Gürcüstan respublikasının Mədəniyyət nazirliyinin, eləcə də prezident E. A. Şevardnadzenin fəxri fərmanlarına layıq görülmüşdür.1999-2000-ci illərdə G. İmanova Türkiyə Cümhuriyyətinin fəxri fərmanlarına və mükafatlarına layıq görülüb.Müəllimlik etdiyi vaxtdan bir sıra dirijor-xormeyster yetişdirmişdir. Onlar arasında 5 magistr, 10 bakalavr və assistent-aspirant var.Evlidir. 3 övladı var

Mükafatları

  • 1996. Gürcüstan respublikasının mədəniyyət nazirliyinin, və prezident E. A. Şevardnadzenin bir çox fəxri fərmanları
  • 1999-2000. Türkiyə Cümhuriyyətinin fəxri fərmanları və mükafatları
  • 2000. "Azərbaycanın əməkdar incəsənət xadimi" fəxri adı
  • 2005. Xalq artisti
  • 2011. Prezident mükafatı
  • 30 aprel 2014-cü ildə növbəti dəfə Prezident Mükafatına layiq görülmüşdür.
  • 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
  • 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.
  • 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
  • 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
  • 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
  • 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
  • 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
  • 10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gülbacı İmanova haqqında məlumat. Gülbacı İmanova nədir? Gülbacı İmanova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Eyvazxanbəyli

  • Fevral 26, 2026

    Səhravilər

  • Fevral 27, 2026

    Edqar Davids

  • Fevral 27, 2026

    II Kserks

  • Fevral 27, 2026

    Madaqaskar adası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst