Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mustafa Bərzani (kürd. مەلا مسته‌فا بارزانی) və ya Molla Mustafa Bərzani (kürd. Mela Mustefa Barzanî; 14 mart 1903, Bərzan[d], Mosul vilayəti, Osmanlı imperiyas

Mustafa Bərzani

  • Ana Səhifə
  • Vikipediya
  • Mustafa Bərzani

Mustafa Bərzani (kürd. مەلا مسته‌فا بارزانی) və ya Molla Mustafa Bərzani (kürd. Mela Mustefa Barzanî; 14 mart 1903, Bərzan[d], Mosul vilayəti, Osmanlı imperiyası – 1 mart 1979, Vaşinqton) — kürd lideri, komandiri və müasir kürd siyasətinin ən görkəmli siyasi xadimlərindən biri. O, 1946-cı ildə İraq rejimlərinə qarşı kürd inqilabına öndərlik etmək üçün Kürdüstan Demokrat Partiyasının (KDP) lideri seçilmişdir. Bərzani 1979-cu ilin martında ölənə qədər kürd inqilabının əsas siyasi və hərbi lideri olmuşdur. O, İraq və İran hökumətlərinə qarşı silahlı mübarizə kampaniyalarına rəhbərlik etmişdir.

Mustafa Bərzani
kürd. Mela Mistefa yê Barzanî
Şəxsi məlumatlar
Doğum tarixi 14 mart 1903(1903-03-14)
Doğum yeri
  • Bərzan[d], Mosul vilayəti, Osmanlı imperiyası
Vəfat tarixi 1 mart 1979(1979-03-01) (75 yaşında)
Vəfat yeri
  • Vaşinqton, ABŞ
Vəfat səbəbi ağciyər xərçəngi
Dəfn yeri
  • Ərbil mühafəzəsi
Vətəndaşlığı
  •  İraq
Uşaqları
  • Məsud Bərzani
Təhsili
  • M. V. Frunze adına Hərbi Akademiya
Hərbi fəaliyyəti
Rütbəsi
  • general
Komandanlıq edib
  • Peşmərgə
Döyüşlər
  • 1946-cı il İran böhranı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Erkən illəri

Mustafa Bərzani 1903-cü ildə İraq Kürdüstanının Bərzan kəndində anadan olmuşdur. Tayfasının üsyanından sonra o cəmi üç yaşı olanda ailəsi ilə birlikdə həbs olunmuşdur. Bərzaninin atası, babası və bir qardaşı daha sonra digər üsyanlara görə Osmanlı hakimiyyəti tərəfindən edam edilmişdir. Bərzani kiçik yaşlarında böyük qardaşı və tayfa başçısı Əhməd Bərzani tərəfindən Zibardakı kürd başçılarının İraqda ingilislərə qarşı qiyamına qoşulmaq üçün göndərilmişdir.

1931-ci ildə Bərzani hakimiyyətin İraqdakı kürd bölgələrində tayfa hakimiyyətini məhv etmək cəhdlərinə qarşı üsyana rəhbərlik edən Əhməd Bərzaniyə qoşulmuşdur. İraq üsyançı ərazilərə qarşı hava müharibəsi aparan ingilis müttəfiqlərindən kömək almışdır. Hava bombardmanı kütləvi dağıntı və uğursuzluqlarla nəticələndi, Şeyx Əhməd isə 1932-ci ilin iyununda Türkiyə ilə o vaxt mübahisəli olan sərhəddə türk qoşunlarına təslim olmuşdur. Mustafa Bərzani və qardaşı Məhəmməd Sadiq daha bir il döyüşməyə davam etsə də, şeyx Əhməd Mustafa Bərzaninin məsləhəti ilə İraqa təslim olmuşdur. Buna baxmayaraq, o, 1939-cu ildə İraqda ilk kürd siyasi partiyası olan "Həva"nın yaradılmasında iştirak etmişdir.

Məhabad Cümhuriyyəti

Mustafa Bərzani 1943-cü ilə qədər nəzarət altında olmuş, İkinci Dünya müharibəsi səbəbilə Süleymaniyyədə yenidən azad edilmişdir. İraq hökuməti Bərzanini İrana qaçmağa məcbur etmişdir. O, burada SSRİ dəstəyi ilə yaradılmış Məhabad Cümhuriyyətinə dəstək çıxmışdır. Qazı Məhəmmədlə Mustafa Bərzani arasında fikir ayrılıqlarına baxmayaraq, Bərzani qüvvələrinin gəlişi İran kürdlərinin bölgəyə nəzarəti ələ keçirmək imkanlarını artırmışdır.

Azərbaycanda

Məhabad Cümhuriyyəti süqut etdikdən sonra Bərzani və tərəfdarları Azərbaycan SSR-ə qaçmış, Naxçıvan yaxınlığındakı düşərgəyə yerləşdirilmişdir. SSRİ-yə kömək üçün müraciət etdikdən sonra Bərzani və tərəfdarları Bakı yaxınlığındakı düşərgələrə köçürülmüşdür. Bərzani 1947-ci ilin noyabrında Moskvanın göstərişi ilə kürdlərə kömək etmək əmri alan Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırovla görüşmüşdür. Onlar burada kürdlərin SSRİ-də nə edə biləcəyini müzakirə etmişdir. Bərzaninin tərəfdarları hərbi alay halında təşkil edilmiş, hərbi taktika və siyasət, eləcə də kürdcə oxuyub yazmağı öyrənmişdir.

1948-ci ildə Bakıda İraq və İran kürdləri bir araya gələrək konfrans keçirmiş və Bərzani burada kürd hərəkatının planını açıqlamışdır. İranı ardınca yenidən SSRİ-dən Bərzani və tərəfdarlarının mühakimə olunmaq üçün təhvil verilməsini tələb etmiş, lakin SSRİ isə bunu rədd etmişdir. Bərzani fikir ayrılıqları və kürd hərəkatına qarşı mövqeyi səbəbindən Bağırovla tez bir zamanda problem yaşayırdı. Bağırov Lavrenti Beriya ilə əlaqəli olduğu üçün bu, ona regional məsələlərdə daha çox səlahiyyət verirdi və bu səbəbdən Bərzani öz tərəfdarlarının Azərbaycandan çıxarılmasını tələb etmişdir.

Qalereya

  • Mustafa Bərzani Misir Prezidenti Camal Əbdül Nasir ilə birlikdə.
    Mustafa Bərzani Misir Prezidenti Camal Əbdül Nasir ilə birlikdə.
  • Mustafa Bərzani 1958-ci ildə.
    Mustafa Bərzani 1958-ci ildə.
  • Mustafa Bərzani Bağdad şəhərində. 1959-cu il.
    Mustafa Bərzani Bağdad şəhərində. 1959-cu il.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mustafa bərzani sözünün mənası, mustafa bərzani haqqında məlumat. mustafa bərzani nədir? mustafa bərzani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hacı Xanməmmədov

  • Mart 07, 2026

    Sultan Səlim

  • Mart 06, 2026

    Vəhbi Qoç

  • Fevral 27, 2026

    Rəqəmsal transformasiya

  • Mart 06, 2026

    Azər Kərimov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst