İran kürdləri (kürd. Kurdên Îranê/کورد لە ئێران, fars. کردها در ایران) — kürd əsilli iranlılar. Kürd dili onların ana dilidir. Kürdlər İranda etnik farslardan və azərbaycanlılardan sonra üçüncü ən böyük etnik qrupdur. MKİ illik kitabında verilən məlumata görə, onlar ölkə əhalisinin təxminən 5-10%-ni və ya 7%-ni təşkil edir.
![]() |
| Mərivan kürdləri Kobani blokadasına görə İŞİD-ə qarşı etiraz aksiyası keçirir. 2014-cü il. |
| Özünüadlandırma |
|---|
| kürd. Kurdên Îranê/کورد لە ئێران |
| Ümumi sayı |
| 4.9 milyon (5%) - 8.1 milyon (10%) |
| Dili |
| Dini |
| Şiə İslam (On iki imam) |
| Qohum xalqlar |
Tarixi
İran Kürdüstanı və ya Şərqi Kürdüstan İranın şimal-qərbində kürdlərin yaşadığı ərazinin qeyri-rəsmi adıdır. Region İraq və Türkiyə ilə həmsərhəddir. Regiona Kürdüstan, Kirmanşah, Qərbi Azərbaycan, İlam və Həmədan ostanları daxildir. Kürdlər ümumiyyətlə İran Kürdüstanını daha böyük Kürdüstan bölgəsinin dörd hissəsindən biri hesab edirlər. Bölgənin digər hissələrinə Türkiyənin cənub-şərqi, Suriyanın şimalı və İraqın şimal əraziləri də daxildir. Bundan başqa, İlam ostanının cənub bölgələrində lurlar yaşayır. Kürdlər Qərbi Azərbaycanın qalan hissəsində əhalinin 21%-ni təşkil edir.
Kürdlərin ümumi sayı İran əhalisinin 5-10%-ni təşkil edir. Bəzi mənbələr İrandakı kürdlərin əksəriyyətinin şiə müsəlmanlar olduğunu göstərir.Bunun tərsinə bəzi mənbələr isə İran kürdlərinin çoxluğunun sünni olduğunu irəli sürüblər. Şiə kürdlər Kirmanşah və İlam ostanlarında, Kürdüstan, Həmədan və Şimali Xorasan ostanlarının bəzi ərazilərində yaşayırlar. İran İslam İnqilabı zamanı əsas kürd siyasi partiyaları kürdlərin siyasi muxtariyyəti məsələsini qaldırmağa çalışsalar da, bu təşəbbüs etnik kürdlərin böyük hissəsi tərəfindən dəstəklənməmişdir. Buna baxmayaraq, 1990-cı illərdən etibarən kürdlərin yaşadığı bölgələrdə milliyyətçilik yüksəlməyə başlamışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇ran kürdləri sözünün mənası, i̇ran kürdləri haqqında məlumat. i̇ran kürdləri nədir? i̇ran kürdləri nə deməkdir?
