Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Daniel Georq Ek (isv. Daniel Georg Ek; 21 fevral 1983[…]) — İsveçli iş adamı və texnoloq. Ek İsveç audio axını və media xidmətləri təminatçısı "Spotify"nin həmt

Daniel Ek

  • Ana Səhifə
  • Vikipediya
  • Daniel Ek

Daniel Georq Ek (isv. Daniel Georg Ek; 21 fevral 1983[…]) — İsveçli iş adamı və texnoloq. Ek İsveç audio axını və media xidmətləri təminatçısı "Spotify"nin həmtəsisçisi və baş icraçı direktorudur. 2024-cü ilin may ayına olan məlumata görə, onun sərvəti Forbes tərəfindən 4,8 milyard dollar olaraq qiymətləndirilib.

Daniel Ek
isv. Daniel Georg Ek
Doğum tarixi 21 fevral 1983(1983-02-21)[…] (43 yaş)
Doğum yeri Stokholm
Vətəndaşlığı  İsveç
Uşağı 2
Milliyyəti isveç
Dini xristianlıq
İxtisası mühəndis
Təhsili Kral Texnologiya Universiteti
Fəaliyyəti sahibkar, menecer, informatik
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Daniel Ek 21 fevral 1983-cü ildə Stokholmun Ragsved adlı bölgəsində anadan olub və böyüyüb. O, 2002-ci ildə orta məktəbi bitirib və sonra Kral Texnologiya Universitetidə mühəndislik təhsili alıb. Bir müddət sonra isə o, bütün diqqətini İT karyerasına yönəltmək üçün təhsilini yarımçıq qoyub.

Karyerası

Daniel Ek 2006-cı ildən auksion şirkəti "Tradera"da baş rola sahib olmağa başlayıb. O, həmçinin brauzerə əsaslanan oyun və moda icması "Stardoll"un texniki direktoru idi və daha sonra onlayn reklam şirkəti olan "Advertigo"da işə başlayıb. "Advertigo" 2006-cı ildə "TradeDoubler"ə satılıb, bundan sonra Ek qısa müddət ərzində "μTorrent"in direktoru olub və "μTorrent" 2006-cı ilin dekabrında "BitTorrent"ə satılana qədər "μTorrent"in qurucusu Ludvig Strigeus ilə birgə işləyib.

Spotify

Ek 2008-ci ilin oktyabr ayında "Spotify" qanuni musiqi axını xidmətini işə saldı. Əvvəlcə, Spotify "peer-to-peer" paylama modelində işləyirdi, lakin 2014-cü ildə server-müştəri modelinə keçdi. 2019-cu ilin aprel ayına olan məlumata görə, "Spotify"ın 217 milyon aktiv istifadəçisi var və 2017-ci ilin iyun ayına olan məlumata görə, vençur maliyyələşdirməsi üçün 2,5 milyard dollardan çox vəsait toplayıb.

2017-ci ildə Ek "Billboard" tərəfindən musiqi sənayesinin ən güclü insanı seçilib.

Şəxsi həyatı

2016-cı ildə Ek Sofiya Levanderlə nigaha daxil olub. Hazırda 2 qızı var.

Ek "Arsenal FK" çılğın azarkeşidir və o hətta klub satışa çıxarılarsa, futbol klubunu almaqda maraqlı olduğunu bildirib. 2021-ci ilin may ayında Ek, klubu təxminən 1,8 milyard funt-sterlinqə almağı təklifi edib, lakin bu təklif klubun sahibləri tərəfindən rədd edilib.

Ədəbiyyat

  • Jonas Leijonhufvud, Sven Carlsson. Spotify inifrån. Stockholm: Albert Bonniers Förlag. 2019. ISBN 978-9100-178-451.
  • Maria Eriksson, Patrick Vonderau, Pelle Snickars, Rasmus Fleischer. Spotify Teardown: Inside the Black Box of Streaming Music. Massachusetts: MIT Press. 2019. ISBN 978-0262-038-904.
  • Erik Wisterberg, Jon Mauno Pettersson. Sagan om Spotify. Stockholm: Volante. 2018. ISBN 978-9188-659-798.
  • 50Minutes.com. Spotify, Music for Everyone: The meteoric rise of the world’s top streaming service. Business Stories. Stockholm: 50Minutes.com. 2017. ISBN 978-2808-002-387.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Daniel Ek haqqında məlumat. Daniel Ek nədir? Daniel Ek nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Villix

  • Fevral 27, 2026

    Romul Avqust

  • Fevral 27, 2026

    Bayram

  • Fevral 27, 2026

    Nida işarəsi

  • Fevral 27, 2026

    Mormonlar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst