Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cahid Arf (türk. Cahit Arf; 11 oktyabr 1910, Saloniki, Osmanlı imperiyası – 26 dekabr 1997, İstanbul) — Türkiyə riyaziyyatçısı. O, Arf halqaları və Arf yarımqru

Cahit Arf

  • Ana Səhifə
  • Vikipediya
  • Cahit Arf

Cahid Arf (türk. Cahit Arf; 11 oktyabr 1910, Saloniki, Osmanlı imperiyası – 26 dekabr 1997, İstanbul) — Türkiyə riyaziyyatçısı. O, Arf halqaları və Arf yarımqrupu, budaqlanma teoremində Hasse-Arf teoremi, topologiyada 2 xarakteristik halqanın (düyün nəzəriyyəsi və cərrahi nəzəriyyədə tətbiq edilmiş) kvadratik formasının Arf invariantlığına görə tanınır.

Cahit Arf
türk. Cahit Arf
Doğum tarixi 24 oktyabr 1910
Doğum yeri Saloniki, Osmanlı İmperiyası
Vəfat tarixi 26 dekabr 1997 (87 yaşında)
Vəfat yeri Bebek, İstanbul, Türkiyə
Dəfn yeri
  • Zəncirliquyu qəbiristanlığı
Milliyyəti Türk
Elm sahəsi Riyaziyyatçı
İş yerləri
  • ÖDTÜ (1967–1980),
  • İstanbul Universiteti (1933–1937),
  • Qalatasaray liseyi (1932–1933),
  • İstanbul Universiteti (1940–1962),
  • Boğaziçi Universiteti (1962–1963),
  • Ali Araşdırmalar İnstitutu[d] (1964–1966)
Alma-mater Paris Ali Normal Məktəbi
Göttingen Universiteti
Təhsili Orta Doğu Teknik Universiteti
Berkli Kaliforniya Universiteti
Perspektiv tədqiqatlar institutu
İstanbul Universiteti
Tanınır Arf invarinatı
Mükafatları "Akademik Palma" ordeninin komandor dərəcəsi — 1994
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Cahit Arf 1910-cu il 11 oktyabrda Osmanlı imperiyasının bir hissəsi olan Salonikidə anadan olub. Ailəsi 1912-ci ildə Balkan müharibəsinin başlanmsı ilə İstanbula köçüb. Ailə nəhayət İzmirdə məskunlaşa bildi və Cahit Arf ibtidai təhsilini burada aldı. Türkiyə Təhsil Nazirliyindən təqaüd alandan sonra təhsilini Parisdə davam etdirdi və Paris Ali Normal Məktəbindən məzun oldu.

Türkiyəyə qayıtdıqdan sonra o, Qalatasaray Liseyində riyaziyyat fənnini tədris etməyə başladı. 1933-cü ildə o, İstanbul Universitetinin riyaziyyat kafedrasına qoşuldu. 1937-ci ildə Cahit Arf Göttingenə getdi və Göttingen Universitetindən PhD dərəcəsini aldı. O, burada Helmut Hasse və Josue Kruz de Munyoz ilə birlikdə işləyib. O, İstanbul Universitetinə qayıtdı və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasında (TÜBİTAK) işləməyə cəlb edilənə qədər burada işlədi. 1963-ci ildə şurasının təsisçi direktoru kimi xidmət edəndən sonra, İstanbulda Robert Kollecinin riyaziyyat kafedrasına qoşuldu. 1964-1966-cı illər ərzində Cahit Arf Prinstonda Perspektiv tədqiqatlar institutunda işlədi. O, sonralar 1 il müddətində Berkli Kaliforniya Universitetidə qonaq müəllim kimi fəaliyyət göstərib.

Türkiyəyə sonuncu dəfə qayıtmasının ardınca, Orta Doğu Teknik Universitetinin riyaziyyat kafedrasına qoşuldu və 1980-ci ilə — təqaüdə çıxana qədər orada fəaliyyət göstərdi. Arf riyaziyyat sahəsində verdiyi töhfələrə görə, bir neçə mükafata layiq görülüb. Bu mükafatlar arasında aşağıdakıları qeyd etmək olar: 1948-ci ildə İnönü mükafatı, 1974-cü ildə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Elm mükafatı, 1994-cü ildə Akademik Palma ordeni (Fransa). Arf Mainz Akademiyası və Türkiyə Elmlər Akademiyasının üzvü idi. O 1985-ci ildən 1989-cu ilə qədər Türk Riyaziyyatçılar Cəmiyyətinin prezidenti olub.Arf 26 dekabr 1997-ci ildə 87 yaşında İstanbulda vəfat edib. Onun toplanmış əsərləri Türk Riyaziyyatçılar Cəmiyyəti tərəfindən 1988-ci ildə nəşr edilib.

Təsiri

10 lirə əsginasının arxa tərəfi (2009)

Ümumilikdə elm sahəsinə və xüsusilə riyaziyyata Arfın təsiri dərin idi. Baxmayaraq ki, onun formal tələbələrinin sayı az idi, Türkiyə riyaziyyatçılarının əksəriyyəti karyerasının müəyyən dövründə onunla öz maraq sahələrində səmərəli müzakirələr aparıb və ondan kömək və stimul alıb.

O, Robert Lənqləndsin Türkiyəyə gəlməsinə kömək etmişdi. Bu vaxt ərzində Lənqlənds Artin L-funksiyalarının epsilon amilləri üzərində bəzi ağır hesablamaların həlli üzərində işləyib.

Arfın portreti 2009-cu ildə buraxılmış Türkiyənin 10 lirə əsginasının arxa tərəfində təsvir edilmişdir.

Orta Doğu Teknik Universitetinin Riyaziyyat kafedrasında Arfın xatirəsinə hər il Cahit Arf mühazirəsi adlandırılan xüsusi mühazirə sessiyası təşkil olunur.

Cahit Arf mühazirələri

Orta Doğu Teknik Universitetində təşkil olunmuş Cahit Arf mühazirələrinin məruzəçiləri və bağlı olduğu universitetlər

  • 2013/14: Stenford Universitetindən Persi Diakonis
  • 2012: Şimal-Qərb Universiteti və Berkli Kaliforniya Universitetindən Devid Nadler
  • 2011: Oksford Universitetindən Conatan Pila
  • 2010: Stoni Bruk Universiteti Həndəsə və Fizika üzrə Simons mərkəzindən Con Morqan
  • 2009: Kembric Universitetindən Ben Qrin
  • 2008: Bonn Universiteti və Riyaziyyat üzrə Maks Plank İnstitutundan Günter Harder
  • 2007: Leyden Universitetindən Hendrik Lenstra
  • 2006: De Frans Kollecindən Jan Pyer Serr
  • 2005: Prinston Universiteti və Perspektiv tədqiqatlar institutundan Peter Sarnak
  • 2004: Perspektiv tədqiqatlar institutundan Robert Lənqlənds
  • 2003: Braun Universiteti Tətbiqi Riyaziyyat şöbəsindən Devid Mamford
  • 2002: Utrext Universiteti / De Frans kollecindən Don Zagir
  • 2001: Duysburq-Essen Universiteti Eksperimental Riyaziyyat İnstitutundan Gerhard Frey

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cahit Arf haqqında məlumat. Cahit Arf nədir? Cahit Arf nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Babil

  • Fevral 24, 2026

    Gülüstani-İrəm

  • Fevral 25, 2026

    Dima Bilan

  • Fevral 25, 2026

    Alma

  • Fevral 17, 2026

    Dekabr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst