Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xloritlər — Minerallar sinfinə aid olub, maqnezium (Mg) və dəmirin (Fe) təbəqəli quruluşlu, sulu metaalümosilikatlarıdır:(Mg,Fe2+)3[(OH)2 | AlSi3O10] {(Mg,Fe3)3

Xloritlər

  • Ana Səhifə
  • Vikipediya
  • Xloritlər

Xloritlər — Minerallar sinfinə aid olub, maqnezium (Mg) və dəmirin (Fe) təbəqəli quruluşlu, sulu metaalümosilikatlarıdır:(Mg,Fe2+)3[(OH)2 | AlSi3O10] {(Mg,Fe3)3(OH)6}. Dioktaedrik və trioktaedrik xloritlər məlumdur; əksəriyyətinin kristal quruluşu qismən və ya tamamilə nizamsız olur. Geniş izomorf əvəzlənmələr müşahidə edilir.

Xloritlər
Ümumi məlumatlar
Kateqoriya Mineral
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya monoklinik sinqoniya[d]
Bərklik 2,5 ± 0,5
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bütün xloritlər aşağıdakı ümumi xüsusiyyətlərə malikdir: monoklinik və ya triklinik sinfə aiddir; kristal vərdişi lövhəvari və ya lövhəcik formasındadır. İkiləşmə mika qanununa uyğundur. İkiləşmə tikişi (001), ikiləşmə oxu isə [001] istiqamətindədir. {001} müstəvisi üzrə mükəmməl ayrılma qabiliyyətinə malikdir. Aqreqatları pulcuqvari, sferolit, oolit, gizlikristallik olur. Əsasən yaşıl rəngdədir, lakin bəzi hallarda çəhrayı-qırmızı (Cr tərkibli), ya da qonuru-qara (Fe-xlorit) rəngdə də ola bilər. Sərtliyi 2–3, xüsusi çəkisi 2,6–3,3 intervalındadır.

Xloritlərin şüa sındırma qabiliyyəti tərkibində Fe, Mg və Cr-un miqdarının artması ilə yüksəlir, SiO2 miqdarının azalması ilə isə azalır. Pulcuqvari ayrılmaları elastik deyil, lakin əyilə biləndir.

Xloritlər əsas püskürmə süxurlarındakı Mg-Fe mineralların hidrotermal dəyişməsi nəticəsində, eləcə də yaşıl şistlərin metamorfizminin aşağı pilləsində əmələ gəlir. Süxurların aşınma məhsullarında geniş yayılmışdır. Çökmə süxurlarda — məsələn, şamozit-kaolinitli, oolitli, dəmirli və digər gilli süxurlarda — həm klastik, həm də avtigen mineral kimi rast gəlinir. Dəmirə zəngin olan xloritlər (şamozit, türingit) isə sənaye əhəmiyyətli dəmir filizləridir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xloritlər haqqında məlumat. Xloritlər nədir? Xloritlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Oser faciəsi

  • Fevral 27, 2026

    Dərc

  • Fevral 27, 2026

    Balıqcıl qaraquş

  • Fevral 27, 2026

    Lui Dager

  • Fevral 26, 2026

    Əməvilər xilafəti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst