Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mixail Yuryeviç Lermontov (3 (15) oktyabr 1814, Moskva[…] – 15 (27) iyul 1841[…], Pyatiqorsk, Qafqaz quberniyası[d][…]) — rus şairi, dramaturq, rəssam. Azərbayc

Mixail Lermontov

  • Ana Səhifə
  • Vikipediya
  • Mixail Lermontov

Mixail Yuryeviç Lermontov (3 (15) oktyabr 1814, Moskva[…] – 15 (27) iyul 1841[…], Pyatiqorsk, Qafqaz quberniyası[d][…]) — rus şairi, dramaturq, rəssam. Azərbaycanda olub, "Aşıq Qərib" dastanını qələmə alıb.

Mixail Lermontov
rus. Михаил Юрьевич Лермонтов
Təxəllüsü —въ, Ламвер, Гр. Диарбекир, Lerma
Doğum tarixi 3 (15) oktyabr 1814(1814-10-15)
Doğum yeri
  • Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası[…]
Vəfat tarixi 15 (27) iyul 1841(1841-07-27)[…] (26 yaşında)
Vəfat yeri
  • Pyatiqorsk, Pyatiqorsk qəzası[d], Qafqaz quberniyası[d], Rusiya imperiyası[…]
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
  • Tarxanı[d]
  • Pyatiqorsk
Milliyyəti rus
Təhsili
  • Nikolayev Süvari Məktəbi[d] (1832–1834),
  • Moskva Universitetinin internatı[d]
Fəaliyyəti şair, tərcüməçi, rəssam, romançı, dramaturq, zabit, yazıçı, nasir, bretör
Fəaliyyət illəri 1828-ci ildən
Əsərlərinin dili rus dili
İstiqamət romantizm
Janrlar şeir
Tanınmış əsəri
  • Zəmanəmizin qəhrəmanı[d]
İmza
Vikimənbənin loqosu Mixail Lermontov Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Görkəmli rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontov 15 oktyabr 1814-cü ildə Moskva şəhərində anadan olub.

1841-ci ildə Pyatiqorskda dueldə öldürülüb.

Mündəricat

Həyatı

Lermontov 3 yaşında ikən anasını itirmiş və atası ilə ünsiyyətdən məhrum edilmişdir. Hakim dairələrə yaxın olan Bexmetovlar və Arsenyevlər ailəsinə mənsub babası və nənəsinin himayəsi altında tərbiyə almışdır. Şairin sonrakı taleyində də ana tərəfdən nənəsi Yelizaveta Alekseyevna Arsenyeva böyük rol oynamışdır. Nənəsinin himayəsi olmasaydı, Puşkinin qətlində birbaşa çarı və onun əhatəsini günahlandırdığı və ifşa etdiyi üçün daha sərt cəza ala və ya Sibirə sürgün edilə bilərdi. Moskva Universitetindən ayrılmış və Peterburqda hərbi məktəbdə təhsilini davam etdirmişdir. Uşaqkən 3 dəfə nənəsilə Qafqaza səyahət etmiş və 2 dəfə buraya sürgünə göndərilmişdir. Dostu S.Rayevskiyə yazdığı məktublardan məlum olur ki, şair Quba, Qusar və Şamaxını gəzmişdir.

Yaradıcılığı

Lermontov`un Moskva Universitetindən ayrılması üçün öz dəst-xətti ilə yazdığı müraciəti

Ailə həyatı və ilk məhəbbətindəki uğursuzluqlar, Universitetdən çıxması və hərbi məktəbdə təhsilini davam etdirmək məcburiyyəti, zəmanəsindən və cəmiyyətdən inciklik şairin gələcək həyat və yaradıcılıq yolunu da müəyyənləşdirmişdir. Təsadüfi deyil ki, tənhalıq, gələcəyə inamsızlıq, zəmanə və mövcud cəmiyyətdən narazılıq və barışmazlıq motivləri Lermontovun həm erkən, həm də yetkin poeziyasında üstünlük təşkil etmişdir. Bu yönümdə Avropa və özündənəvvəlki rus ədəbiyyatından dəyərincə bəhrələnən şair rus romantik poeziyasına, romantik və realist nəsrinə yeni nəfəs gətirdi.

"Təklik" şeri öz adıyla müəllifin tənhalığına işarədirsə, "Yelkən"də dumanlı və tufanlı dənizdə tənha qayıq obrazı gənc şairin prototipinə çevrilir. Məşhur "Borodino" və "Fikir" şeirlərində isə "tək qalmış" şairin təkcə özünün deyil, bütün yaşıdlarının şücaət və qəhrəmanlıqlara qadir olmadığı, onların gələcək taleyinin faniliyi vurğulanır. Şairin yetkin yaradıclıq nümunələri sayılan "Demon", "Maskarad" və "Zəmanəmizin qəhramanı" əsərlərinin baş qəhrəmanlarının insanlara qarşı yönələn mənfi enerjisi, gücü və onların faciəvi sonluğu onun lirikasının əsas leytmotivi olan bədbin hisslərin şair qəlbini əbəs yerə didmədiyini sübut edir, onun ilk şeirləri, poemaları, dramları və romanlarında qoyulan güclü insan probleminin həllində məntiqi və əsaslandırılmış finalın mövcudluğunu təsdiqləyir. Dekabristlərdən sonrakı gənc dvoryan nəslini təmsil edən və qəhramanlıq, əzmi ilə yaşayan cavanların nümayəndəsi kimi təqdim olunan şair 1841-ci ilə aid edilən "Peyğəmbər" və "Yola çıxıram" şeirlərində əbəs yerə canfəşanlıq etdiyini, bu həyatdan daha heç nə gözləmədiyini və vaxtsız qocaldığı üçün unudulmaq arzusunu etiraf etməyə məcbur olur. Şairin Qafqazda olduğu müddət ona əsl ilham mənbəyi olmaqla yanaşı, həm də gözəl və orijinal mövzu, ideya, süjet, motiv və xarakterlər bəxş etdi. Bestujav-Marlinski və Puşkindən sonra Qafqa reallıqlarını inandırıcı və incə şəkildə işıqlandıran və sələflərinə münasibətdə mövzuya daha dərindən bələdçilik nümayiş etdirən də Lermontov oldu.

Roman

  • Zəmanəmizin qəhrəmanı. Bu roman hələ 1908-ci ildə Azərbaycan türkcəsinə çevrilmiş və həmin romanın mövzusundan təsirlənən Abdulla Şaiqsə Azərbaycan həqiqətlərini əks etdirən "Əsrimizin qəhrəmanı" romanını yazmışdır.

Pyes

  • Maskarad
Lermontov`un çəkdiyi Tiflis mənzərəsi( 1837-ci il, Tiflis)

Poemalar

  • Qaçqın (çevirəni Məmməd Rahim);
  • Dəniz qulduru (çevirəni Məmməd Araz);
  • Qanlı (çevirəni Abbas Səhhət);
  • Ölüm mələyi (çevirəni Nəbi Xəzri);
  • Hacı Abrek (çevirəni Abbas Səhhət);
  • Qafqaz əsiri (çevirəni Məmməd Rahim);
  • Bastunci aulu (çevirəni Məmməd Rahim);
  • Mtsıri (çevirəni Eyvaz Borçalı)
  • Demon (çevirəni Rəsul Rza)

Mixail Lermontov 5 dil bilib: rus dili‚ alman dili‚ fransız dili‚ Azərbaycan dili‚ gürcü dili.

Rus şairi əvvəl Azərbaycanın maarifpərvər insanı Mirzə Fətəli Axundov ilə tanış olub. Mirzə Fətəli Axundov Mixail Yuryeviç Lermontovdan 2 il böyükdür. M. Lermontov M. F. Axundov ilə çox tez-tez ünsiyyətdə imiş. M. F. Axundov M. Lermontova Azərbaycan dilini öyrədib.

Həmçinin bax

  • Lermontovun ev-muzeyi (Qusar)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mixail Lermontov haqqında məlumat. Mixail Lermontov nədir? Mixail Lermontov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Efir (mifologiya)

  • Fevral 27, 2026

    Konfliktologiya

  • Fevral 27, 2026

    Tennis kortu

  • Fevral 27, 2026

    Azıx (Xocavənd)

  • Fevral 27, 2026

    Zakir Qaralov

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst