Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mehdizadə Abbas Əliabbas oğlu (1874, Şamaxı – 11 iyul 1918, Yelizavetpol) — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndə

Abbas Səhhət

  • Ana Səhifə
  • Vikipediya
  • Abbas Səhhət

Mehdizadə Abbas Əliabbas oğlu (1874, Şamaxı – 11 iyul 1918, Yelizavetpol) — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi.

Abbas Səhhət
Abbas Əliabbas oğlu Mehdizadə
Təxəllüsü Abbas Səhhət
Doğum tarixi 1874(1874)
Doğum yeri
  • Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 11 iyul 1918(1918-07-11) (43–44 yaşında)
Vəfat yeri
  • Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası
Vəfat səbəbi insult
Atası Molla Əliabbas
Anası Seyid Ruqiyyə xanım
Təhsili "Mədrəseyi-nizamiyyeyi-Nasiriyyə" darülfünunu (Tehran)
Fəaliyyəti şair, həkim, jurnalist, müəllim, tərcüməçi, dramaturq, yazıçı, ədəbi tənqidçi
Fəaliyyət illəri 1903-cü ildən
Əsərlərinin dili Azərbaycan dili
Janrlar poeziya, lirika
İlk əsəri Oxucularıma
Vikimənbənin loqosu Abbas Səhhət Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. 1894-cü ildə İrana getmiş Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür.

"Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906–1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir

1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür. Bir qədər sonra "Əhmədin şücaəti" adlı poeması, 1916-cı ildə isə "Şair, şeir pərisi və şəhərli" adında romantik poeması nəşr olunur.

Abbas Səhhət şagirdləri ilə Sabirin məzarının başında

Abbas Səhhətin yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri olmuşdur. O, türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanmış, xüsusilə Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərmişdir.

Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə etmiş, İslam dəyərlərindən imtinaya qəti etiraz edərək, əsərlərində "ümummüsəlman qərbçiliyi" ideyasını dəstəkləmişdir.

1908-ci ildə baş vermiş İran inqilabına ən gözəl əsərlərini həsr etmişdir. Şair həm də Mirzə Ələkbər Sabir ilə yaxın dost olmuşdur. Hər ikisinin Şamaxıda yaşamağı bu dostluğun güclənməsində böyük rol oynamışdır. Onlar bəzən ikisi birlikdə Bakıya gəlmişdir.

Xidmətləri

Abbas Səhhət fəal maarif və mədəniyyət xadimlərindən olmuşdur. Məktəb, kitabxana açılmasına çalışmış, M.Mahmudbəyovla birgə "Yeni məktəb" (1909), "Üçüncü il" (1909), "Türk ədəbiyyatına ilk qədəm" (1914) dərsliklərini yazmışdır. Onun ən mühüm xidmətlərindən biri M.Ə.Sabirin əsərlərini toplayıb ilk dəfə "Hophopnamə" adı ilə nəşr etdirməsidir (1912).

Xatirəsi

Əsərləri xarici dillərə tərcümə olunmuşdur. Anadan olmasının 100 illik yubileyi geniş miqyasda keçirilmiş (1974), Gəncədə abidəsi qoyulmuşdur. Adına küçə, kitabxana, məktəb və s. var.

2007-ci ildə Şahəddin Elxan Mayıloğlu tərəfindən Azərbaycantelefilmdə istehsal edilmiş Abbas Səhhət adlı qısametrajlı sənədli televiziya filmi çəkilmişdir.

Ailəsi

Atası Molla Əliabbas şair və məktəbdar olmuşdur.

Kitabları

  1. Cəhalət səmərəsi yaxud bir yetimin xoşbəxtliyi. Bakı: 1914
  2. Sınıq saz. Bakı: 1912,
  3. Kasıblıq eyib deyil (2 pərdəli komediya). Bakı: 1912,
  4. Qərb günəşi (tərcümələr toplusu). Bakı: 1912,
  5. Neft fontanı (1 pərdəli komediya). Bakı: 1912,
  6. Azərbaycan dilinin 3 illik tədrisi üçün dərslik (Mahmudbəyovla şərikli). Bakı: 1912,

Ədəbiyyat

  1. Abdulla Şaiq. Türk ədəbiyyatının müntəxabatı. Bakı: 1925,
  2. Quluzadə. Abbas Səhhət haqqında bir neçə söz. "Maarif İşçisi" jurnalı 6–7 (14–15)-ci saylar, Bakı: 1927.
  3. Abdulla Şaiq. Ədəbiyyatımız haqqında. "Maarif İşçisi" jurnalı 2–4 (14–15)-ci saylar, Bakı: 1927.
  4. "Abbas Səhhət" (1949)
  5. "Abbas Səhhət" (1986)
  6. Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. — səh. 478–479.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abbas Səhhət haqqında məlumat. Abbas Səhhət nədir? Abbas Səhhət nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Topxana

  • Fevral 27, 2026

    Zambezi çayı

  • Fevral 27, 2026

    Dövlətçilik

  • Fevral 27, 2026

    İkinci Şıxlı

  • Fevral 27, 2026

    Qızıl Şəfəq

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst