Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmməd Rahim Abbas oğlu Hüseynov (təxəllüsü: Məmməd Rahim; 7 (20) aprel 1907, Bakı – 6 may 1977, Bakı) — azərbaycanlı şair, dramaturq, tərcüməçi, 1934-cü ildən

Məmməd Rahim

  • Ana Səhifə
  • Vikipediya
  • Məmməd Rahim


Məmməd Rahim Abbas oğlu Hüseynov (təxəllüsü: Məmməd Rahim; 7 (20) aprel 1907, Bakı – 6 may 1977, Bakı) — azərbaycanlı şair, dramaturq, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1964), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Ermənistan SSR əməkdar mədəniyyət xadimi (1970), Stalin mükafatı laureatı (1949).

Məmməd Rahim
Məmməd Rahim Abbas oğlu Hüseynov
Doğum tarixi 20 aprel 1907
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 6 may 1977 (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair, tərcüməçi
Əsərlərinin dili Azərbaycan dili
İstiqamət sosialist realizmi
Janrlar şeir, poema, pyes
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı
Mükafatları "Azərbaycan SSR xalq şairi" fəxri adı — 19641964 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1940 "Stalin" mükafatı
"Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni — 19771977 "Qırmızı əmək bayrağı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
Vikimənbənin loqosu Məmməd Rahim Vikimənbədə

Mündəricat

Həyatı

Məmməd Rahim 1907-ci il aprelin 20-də Bakıda kiçik sahibkar ailəsində doğulmuşdur. 1917-ci ildə atası ölmüş, dəmiryolu xidmətçisi olan böyük qardaşının himayəsində yaşamışdır. Bakı şəhər məktəblərində təhsil alıb APİ-nin Şərqşünaslıq fakültəsinə daxil olmuş (1928-ci ildə), eyni zamanda Azərnəşrdə tərcüməçilik etmişdir (1928-1931). Pedaqoji fəaliyyətə 1-ci Bakı beşillik sovet məktəbində başlamışdır (1931-1935). 1926-cı ildə ilk şeiri "Gördüm", 1930-cu ildə isə ilk şeir kitabı — "Arzular" çap olunmuşdur. Dövri mətbuatda fəal çıxış etmişdir. Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri və təşkilat katibi(1938-1940) müdafiə bölməsinin rəhbəri (1941-1946), həm də İranda xüsusi ezamiyyətdə olmuşdur. 1946-cı ildən yalnız ədəbi yaradıcılıqla məşğul olduğuna görə işləməmişdir. Müəyyən fasilədən sonra yenidən Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir (1947-1950; 1951-1952). Türkiyəyə və Aralıq dənizinə səfərə çıxmışdır. Xəstələndiyi vaxtadək yalnız yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. "Xaqani" (1955) mənzum dramını, "Sayat Nova" (1956), "Natəvan" (1962) poemalarını yazmışdır. Ş.Petefi, Beranje, A.Tvardovski, A.Blok, Şiller, Nekrasov, H.Tumanyan və b. tərcümələr etmişdir. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dilə tərcümə edilmişdir. İki dəfə Lenin ordeninə (1945-1967), "Oktyabr inqilabı" (1977), "Qırmızı Əmək bayrağı" (1965) ordenlərinə və medallara layiq görülmüşdür. 1977-ci il mayın 6-da Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

Əsərləri

  1. Arzular (şeirlər). Bakı: Azərnəşr, 1930, 72 səh.
  2. İkinci kitab (şeirlər). Bakı: Azərnəşr, 1933, 84 səh.
  3. Partizanın tüfəngi (şeirlər). Bakı: Azərnəşr, 1937, 26 səh.
  4. İldırımın kitabı. Bakı: Uşaqgəncnəşr, 1939, 14 səh.
  5. Nübar. Bakı: Azərnəşr, 1939, 196 səh.
  6. Arzu qız. Bakı: Uşaqgəncnəşr, 1940, 28 səh.
  7. Vətən sevgisi. Bakı: Azərnəşr, 1942, 37 səh.
  8. Səhərin nəğməsi. Bakı: Azərnəşr, 1943, 60 səh.
  9. Onu Don qucaqladı. Bakı: Azərnəşr, 1943, 10 səh.
  10. Ölməz qəhrəman. Bakı: Azərnəşr, 1946, 40 səh.
  11. Xəzər sahilində. Bakı: Azərnəşr, 1948, 282 səh.
  12. Leninqrad göylərində. Bakı: Uşaqgəncnəşr, 1949, 40 səh.
  13. İldırımın kitabı. Bakı: Uşaqgəncnəşr, 1951, 20 səh.
  14. Abşeron torpağında. Bakı: Azərnəşr, 1952, 110 səh.
  15. Sevgi (şeirlər). Bakı: Azərnəşr, 1954, 216 səh.
  16. Balaca bağbanlar. Bakı: Uşaqgəncnəşr, 1955, 36 səh.
  17. Seçilmiş əsərləri (iki cilddə). I c, Bakı: Azərnəşr, 1955, 316 səh.
  18. Seçilmiş əsərləri (iki cilddə). II c, Bakı: Azərnəşr, 1957, 416 səh.
  19. Məhəbbətin baharı. Bakı: Azərnəşr, 1957, 196 səh.
  20. Şeirlər və poemalar (şairin kitabxanası). Bakı: Azərnəşr, 1960, 328 səh.
  21. Arzular gül açanda. Bakı: Azərnəşr, 1965, 389 səh.
  22. Seçilmiş əsərləri (üç cilddə). Bakı: 407 səh.
  23. Seçilmiş əsərləri (üç cilddə). Bakı: 390 səh.
  24. Tonqal başında (şeirlər və poemalar). Bakı: Gənclik, 1968, 39 səh.
  25. Leninqrad göylərində. Bakı: Gənclik, 1975, 57 səh.
  26. Dayağım (şeirlər). Bakı: Gənclik, 1971, 153 səh.
  27. Limon və çay. Bakı: Gənclik, 1972, 12 səh.
  28. Məhəbbət dastanı (şeirlər və poemalar). Bakı: Azərnəşr, 1974, 260 səh.
  29. Seçilmiş əsərləri (üç cilddə). III c. Bakı: Yazıçı, 1978, 264 səh.
  30. Seçilmiş əsərləri (üç cilddə). I c. Bakı: Azərnəşr, 1988, 263 səh.

Tərcümələri

  1. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı: Azərnəşr, 1946, 356 səh.
  2. Şota Rustaveli. Pələng dərisi geymiş pəhləvan (I hissə). Bakı: Azərnəşr, 1937, 284 səh.
  3. A.S.Puşkin. Ruslan və Lyudmila. Bakı: Uşaqgəncnəşr, 1949.
  4. Avetik İsahakyan. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1951, 260 səh.
  5. M.Y.Lermontov. Seçilmiş şeir və poemalar. Bakı: Azərnəşr, 1939, 218 səh.
  6. M.Y.Lermontov. Mtsıri. Bakı: Uşaqgəncnəşr, 1939, 44 səh.
  7. M.Y.Lermontov. Çar İvan Vasilyeviç, cavan opriçnik, qoçaq tacir Kalaşnikov haqqında nəğmə. Bakı: Usaqgəncnəş, 1939, 30 səh.
  8. M.Y.Lermontov. Çar İvan Vasilyeviç, cavan opriçnik, qoçaq tacir Kalaşnikov haqqında nəğmə. Bakı: Usaqgəncnəş, 1961, 20 səh.
  9. Aleksandr Blok. On ikilər. Bakı: Azərnəşr, 1932.
  10. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı: Yazıçı, 1983, 356 səh.
  11. Şota Rustaveli. Pələng dərisi geymiş pəhləvan. Bakı: Azərnəşr, 1966, 300 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmməd Rahim haqqında məlumat. Məmməd Rahim nədir? Məmməd Rahim nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Butik

  • Fevral 26, 2026

    Zəlzələ

  • Fevral 27, 2026

    TR 107

  • Fevral 27, 2026

    Diod

  • Fevral 27, 2026

    Marağa şəhristanı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst