Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mihay Babiç (mac. Babits Mihály; 26 noyabr 1883[…], Seksard, Transleytaniya – 4 avqust 1941[…], Budapeşt) — Macarıstan şairi, yazıçısı və tərcüməçisi. Daha çox

Mihay Babiç

  • Ana Səhifə
  • Vikipediya
  • Mihay Babiç

Mihay Babiç (mac. Babits Mihály; 26 noyabr 1883[…], Seksard, Transleytaniya – 4 avqust 1941[…], Budapeşt) — Macarıstan şairi, yazıçısı və tərcüməçisi. Daha çox dini mövzuda yazdığı şeirləri ilə məşhurdur.

Mihay Babiç
mac. Babits Mihály
Doğum tarixi 26 noyabr 1883(1883-11-26)[…]
Doğum yeri
  • Seksard, Tolna, Macarıstan krallığı, Transleytaniya, Avstriya-Macarıstan
Vəfat tarixi 4 avqust 1941(1941-08-04)[…] (57 yaşında)
Vəfat yeri
  • Budapeşt, Macarıstan
Vəfat səbəbi qırtlaq xərçəngi[d]
Dəfn yeri
  • Kerepeşi məzarlığı
Təhsili
  • Eötvöş Lorand Universiteti,
  • Böyük Lüdovikin Sistersiyan ordeni gimnaziyası[d] (–1901)
Fəaliyyəti şair, yazıçı, tərcüməçi, esperantoçu[d], ədəbiyyat tarixçisi
Əsərlərinin dili Macar dili
Üzvlüyü
  • Macarıstan Elmlər Akademiyası
Vikimənbənin loqosu Mihay Babiç Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Babiç Seksard şəhərində anadan olmuşdur. 1901-1905-ci illərdə Budapeşt Univeritetində təhsil almışdır. Burada o, Dejö Kostolanyi və Dyula Yuhas ilə tanış oldu. Müəllim kimi fəaliyyət göstərmiş və Baya (1905–06), Seqed (1906–08), Feqeraş (1908–11), Uypeşt (1911) və Budapeşt (1912–18) şəhərlərində məktəblərdə dərs demişdir.

1908-ci ildən başlayaraq yazdığı poemalar ona şöhrət gətirdi.

Həmin ildə İtaliyaya səfər etdi və Dante Aligyeri ilə maraqlanmağa başladı; sonrakı illərdə İtaliyaya yenidən səfərlər etdi. Qazandığı təcrübələrdən qaynaqlanaraq Dantenin “İlahi Komediya” əsərini macar dilinə tərcümə etdi.

1919-cu ildə Macarıstan İnqilabından qısa bir müddət sonra Budapeşt Universitetində Xarici dillər və müasir Macarıstan ədəbiyyatı fakültəsinin professoru oldu, lakin tezliklə inqilabi hökumətin süqutundan sonra pasifizmi dəstəklədiyi üçün vəzifəsindən kənarlaşdırıldı.

1911-ci ildə Nyuqat jurnalında heyət yazıçısı oldu. Babiçin 1918-ci ildə qələmə aldığı "Kabus" əsəri psixoanaliz haqqında yazılan elmi fantastik əsəridir.

1921-ci ildə İlona Tanner ilə ailə həyatı qurdu. İlona daha sonra Sofi Török ləqəbi ilə şeir yazmağa başladı. İki il sonra Esterqom şəhərinə köçdü. 1927-ci ildə Kişfalud cəmiyyətinin üzvü oldu.

1929-cu ildən ölənə kimi Nyuqat jurnalının (1933-cü ilə kimi Jiqmond Morits ilə birlikdə) redaktoru oldu.

1941-ci ildə Budapeştdə vəfat etdi.

Əsərləri

Babiş daha çox öz lirik poeziyasına görə məşhurdur. Müxtəlif mövzularda məqalələr yazır və ingilis, fransız, alman, yunan, italyan və latın dillərindən tərcümələr edirdi. Seksard şəhərində Mihay Babiçin həyat və fəaliyyətini özündə əks etdirən muzey mövcuddur. Qardaşı İştvan Babiç iki oğlan övladı İştvan və Tibor ilə tez-tez evi ziyarət edir.

Həmçinin bax

  • Jiqmond Morits

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mihay babiç sözünün mənası, mihay babiç haqqında məlumat. mihay babiç nədir? mihay babiç nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Tomas Çek

  • Mart 01, 2026

    Şollar düzü

  • Fevral 27, 2026

    Kirena

  • Mart 01, 2026

    Roentgenium

  • Fevral 27, 2026

    Ceyn Seymur

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst