Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pasifizm (lat. pacificus — sülhməramlı, pax- dan — sülh və facio — edirəm) — zorakılığa və onun yox olması naminə müqavimət ideologiyası. Hətta özünə zərər verm

Pasifizm

  • Ana Səhifə
  • Vikipediya
  • Pasifizm

Pasifizm (lat. pacificus — sülhməramlı, pax- dan — sülh və facio — edirəm) — zorakılığa və onun yox olması naminə müqavimət ideologiyası. Hətta özünə zərər vermək bahasına da olsa, zorakı müqavimət göstərməmək dərəcəsində müharibə və zorakılıq əleyhinə olan hərəkatdır. "Pasifizm" sözü fransız Emil Arno (1864–1921) tərəfindən düşünülüb və 1901-ci ildə Qlazqoda X Beynəlxalq Sülh Konqresində başqa aktivistlər tərəfindən qəbul edilmişdir. Müasir dövrdə Mahatma Qandi (1869–1948) tərəfindən bu hərəkat "satyaqraha" adlandırdığı qeyri-zorakı müqavimət praktikasında təkmilləşdirilmişdir. Bunun effektivliyi Martin Lüter Kinq və başqalarını ruhlandırmışdır. Pasifizmin ikonik rəsmi 1989-cu ildə Tyananmen Meydanında Etiraz-da "Naməlum üsyançı"nın tank sütunu qarşısında qeyri-zorakı müqavimətlə durmasından götürülüb. Alimlər hesab edirlər ki, bu hadisə kommunizmin tənəzzülünü sürətləndirən Berlin divarının çökdürülməsi üçün başlıca motivasiya olmuşdur.

Pasifist simvolu (pasifik)
" Sınıq Tüfəng ": Şəkil — orijinalla müqayisədə onun stilizə edilmiş forması — 1931-ci ildən siyasi antimilitaristlərin və vicdanlı əsgərlərin mövcud beynəlxalq təşkilatının, Müharibə Müqavimətçiləri Beynəlxalq Təşkilatının loqosu kimi istifadə olunur.
Böyük Britaniya, Şeffild şəhəri, 2003-cü ildə İraq işğalına qarşı aksiya
Dini səbəblərə görə hədəflərə atəş açmaqdan imtina edən Qırmızı Ordu əsgərləri . Kontekst əsasında — Evangelist xristianlar və ya baptistlər
Lev Tolstoy pasifizm mövzusunda bir neçə fundamental əsərin müəllifidir.
Boardman Robinson — Fərari, 1916 il dünya müharibəsi cizgi filmi. İsa Məsih bütün döyüşən ölkələrin əsgərləri tərəfindən güllələnir .
4-cü Beynəlxalq Sülh üçün Dua Günü. Assisi, İtaliya, 27 oktyabr 2011-ci il

Pasifizm qeyri-zorakılıq, anti-imperializm, tərksilah, silahlara nəzarət, demilitarizasiya, antimilitarizm, anti-müharibə və anti-nüvə hərəkatlarını əhatə və ehtiva edir.

Pasifist hərəkat, sülh uğrunda hərəkat, siyasi münaqişələrin həllinin müharibə üsullarına qarşı çıxan, xüsusən də bu cür metodların əxlaqsızlığını pisləyən müharibə əleyhinə ictimai hərəkatdır . Davamlı pasifistlər istənilən müharibəni pisləyir, müharibələrin qanuni, milli azadlıq, müqəddəs və s. olma ehtimalını inkar edirlər.

Mündəricat

Müasir dövrdə pasifizm

Pasifistlərin fəaliyyəti ona gətirib çıxardı ki, məcburi hərbi xidmət mövcud olduğu bir çox dövlət və ölkələrin qanunvericiliyində onu alternativ dövlət qulluğu ilə əvəz etmək imkanları yarandı.

Pasifistlər müharibə və zorakılığa qarşı müxtəlif etiraz formalarından, o cümlədən " Die-in " (ölümü təqlid) kimi qeyri-adi üsullardan istifadə edirlər.

Dinlərdə pasifizm

Xristianlıqda pasifizm

Pasifizm xristian əqidəsində olduqca güclüdür. İsa Məsih tarix boyunca ən təsirli pasifistlərdən biri hesab olunur. Matta 5:39 ayəsində İsanın bu sözləri yazılıb: "Sizə deyilir: "Gözə göz, dişə diş". Amma mən sizə deyirəm: pis adama qarşı durmayın. Əgər birisi sizin sağ yanağınıza vurarsa, ona sol yanağınızı çevirin".

İslamda pasifizm

Pasifizmin tənqidi

Pasifizm müxtəlif tərəflərdən tənqid edilmişdir.

İqtisadiyyat üzrə 2005-ci il Nobel Mükafatı laureatı Robert Aumann bunu belə izah etmişdir: " Təcavüzkar onun metodlarının işlədiyini görəndə onlara əməl etməyə davam edir və getdikcə daha çox yeni tələblər irəli sürür. Təcavüzkar qəti müqavimətlə qarşılaşarsa, yanaşmasını yenidən nəzərdən keçirir. Pasifizm müharibəyə gətirib çıxarır, çünki ideologiyaya çevrildiyi ölkə təcavüzkarın qaydaları ilə oynamağa başlayır. " .

Protestant teoloq və filosof Reinhold Niebuhr yazırdı :

  • " ibtidai xristian əxlaqı primitivdir və çaşqınlığa gətirib çıxarır ";
  • " Tarixdə yalnız günahsız olduğumuz zaman hərəkət edə biləcəyimizi güman etmək olmaz ";
  • " Tiraniyanın şərini bəzən ancaq müharibə yolu ilə aradan qaldırmaq olar, sentimental illüziyalar isə tiranlığa təslim olmağa aparır ";
  • " İnsan təbiəti haqqında pasifist ideyalar tamamilə xristianların sivilizasiyanın qalalarını müdafiə etməli olduqları illüziyası üzərində qurulub ";
  • " pasifizm tarixin faciəsini anlamır ."

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pasifizm haqqında məlumat. Pasifizm nədir? Pasifizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Laoşan

  • Fevral 27, 2026

    Lycium

  • Fevral 24, 2026

    Suahili dili

  • Fevral 27, 2026

    Məmmədsadıq Əfəndiyev

  • Fevral 27, 2026

    Gecə gözətçisi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst