Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mifologiya rəssamlığı və ya Mifoloji rəssamlıq (fr. mythologique sözündən) — təsviri incəsənətin bir bölməsidir və bu janrda əsərlərin süjeti üçün müxtəlif xalq

Mifologiya rəssamlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Mifologiya rəssamlığı

Mifologiya rəssamlığı və ya Mifoloji rəssamlıq (fr. mythologique sözündən) — təsviri incəsənətin bir bölməsidir və bu janrda əsərlərin süjeti üçün müxtəlif xalqlara məxsus qədim rəvayətlər, əfsanələr, miflər və ya nağıllar əsas götürülür. Bu cür təsvirlər müəllif tərəfindən həm realist, həm də xəyali formada təqdim oluna bilər.

Piter Paul Rubens: "Persey Andromedanı azad edir" (təqr. 1620–1622)

Mifoloji rəssamlıq janrına ilahların, döyüşçülərin, qəhrəmanların və digər mifoloji varlıqların təsvirləri nümunə ola bilər.

Mündəricat

Mifoloji rəssamlığın tarixi

Qədim dövrlərdən bəri rəssamlıq insanın həyatında mühüm rol oynamışdır. Mifoloji rəssamlıq isə ən qədim rəssamlıq janrlarından biridir.

Antik dövr

Bu janr hələ Antik dövrdə, xüsusilə də Qədim Yunanıstanda yaranmışdır. İlkin nümunələr Qədim yunan ilahlarının, eləcə də müxtəlif qəhrəmanların təsvirlərindən ibarət idi. Bir çox sənətkar ilahları və mifik qəhrəmanları heykəltəraşlıq əsərlərində, mozaikalarda, daş və ya taxta lövhələrdə təsvir edirdilər. Sonradan, Qədim Romada da ilahların, qəhrəmanların və mifik heyvanların təsvirlərinə, daha çox heykəllər şəklində rast gəlinməyə başlanmışdır.

Sonrakı dövrlər

Əsrlər boyu Avropa rəssamları Yunanıstan, Roma və Slavyan ilahlarını, eləcə də qəhrəmanları öz əsərlərində canlandırmışlar. Hazırda biz həm qədim dövrə aid, həm də XX əsr daxil olmaqla, mifoloji rəssamlığın çoxsaylı nümunələrini görə bilərik.

Görkəmli nümayəndələr

Bu janrda əsərlər yaratmış məşhur rəssamlar sırasına aşağıdakılar daxildir:

  1. Andrea Mantenya (Andrea Mantegna)
  2. Corcone (Giorgione)
  3. Rafael Santi (Raffaello)
  4. Tisian Veçellio (Tiziano)
  5. Rembrandt (Rembrandt)
  6. Paolo Veroneze (Paolo Veronese) və digərləri.

Qalereya

  • "Venera və Mars", 1570-ci illər. Paolo Veroneze
    "Venera və Mars", 1570-ci illər. Paolo Veroneze
  • "Herakl və Hidra" 1475. Antonio del Pollayolo
    "Herakl və Hidra" 1475. Antonio del Pollayolo

Ədəbiyyat siyahısı

  • Мифологический жанр // Краткий словарь терминов изобразительного искусства / Под общей редакцией Г. Г. Обухова. — М.: Советский художник, 1961. — С. 93. — 190 с. — 15 000 экз.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mifologiya rəssamlığı haqqında məlumat. Mifologiya rəssamlığı nədir? Mifologiya rəssamlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Funksiya (riyaziyyat)

  • Fevral 27, 2026

    T4 əməliyyatı

  • Fevral 27, 2026

    Bentonit

  • Fevral 27, 2026

    Avtoportret

  • Fevral 27, 2026

    Corc Lukas

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst