Avtoportret — insanın özünün portreti. Bu, adətən şəkilli təsvirə aid edilir, lakin avtoportretlər də heykəltəraşlıq, ədəbi, fotoqrafik, kinematoqrafik və s. ola bilər.

Bir çox portret rəssamları avtoportretlər yaratmışdılar. Bəzən rəssamlar öz obrazlarını qrup portretlərində yerləşdirirmişdilər. Bəzi rəssamların əks cinsin personajlarının portretlərini özlərindən çəkdiyi güman edilir. Nevroloji xəstəliklərdən əziyyət çəkən bəzi rəssamlar öz avtoportretlərini geridə qoymuşdular. Bu şəkillər həkimlərə beyin pozuntularını təhlil etməyə imkan vermişdir. Onların bir çoxu nevrologiya dərsliklərində möhkəm yer tutmuşdur.
İdentifikasiyası
Viktor Qraşçenkov qeyd etmişdir ki, "birbaşa auditoriyaya yönəldilmiş baxış və təsvirin güzgü əsasında tərsinə çevrilməsi səbəbindən yaranan üzün konturunun bir qədər qeyri-təbii asimmetriyası çoxfiqurlu kompozisiyalardakı avtoportretlərin adətən tanınmasının xarakterik əlamətləridir".
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avtoportret haqqında məlumat. Avtoportret nədir? Avtoportret nə deməkdir?