Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Meduza (ing. Medusa)— Mikelancelo Merisi de Karavacco tərəfindən 1598-1599-cu illərdə ərsəyə gətirilən rəsm əsəri. Karavacco rəsm üzərində "falçı qadın" və "fır

Meduza (Karavacco)

  • Ana Səhifə
  • Vikipediya
  • Meduza (Karavacco)

Meduza (ing. Medusa)— Mikelancelo Merisi de Karavacco tərəfindən 1598-1599-cu illərdə ərsəyə gətirilən rəsm əsəri. Karavacco rəsm üzərində "falçı qadın" və "fırıldaqçılar" adlı əsərləri ilə eyni dövrdə işləmişdir. Əsər ona himayədarlıq edən Kardinal del Montenin sifarişi əsasında Medici ailəsinə hədiyyə olaraq çəkilmiş və hədiyyə verildiyi gündən etibarən Florensiyanı tərk etməmişdir.

Meduza
Rəssam Karavacco
Tarixi 1597
Üslubu mifologiya rəssamlığı
Ölçüləri 60 sm × 55 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer
  • Uffizi qalereyası
İnventar nömrəsi 00289175
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təsviri

Karavacco Meduzanı ərsəyə gətirərkən Leonardo da Vinçinin qalxan üzərində rəsm etdiyi Meduza rəsmindən təsirlənmişdi. Mənbələrdə Da Vinçinin "Meduza"sının da Medici ailəsinin kolleksiyasına daxil edildiyi haqqında məlumatlar vardır.

Rəsm qalxan üzərinə keçirilmiş kətana çəkilmişdir. Kətan üzərində Meduzanın gövdəsindən ayrılmış başı və boynundan fışqıran qanlar rəsm edilmişdir.

Əsər qədim yunan əfsanəsinə söykənməkdədir. Əfsanəyə görə antik dəniz tanrı və tanrıçası olan Fork və Ketonun qızı Meduza o qədər gözəl idi ki, adanın bütün kişiləri ona aşiq olmuşdu. Lakin Meduza Tanrılara yaxın ola bilmək üçün öz bəkarətini qoruyaraq Afinanın (yunan ədalət, güc, savaş və ağıl tanrıçası) məbədində xidmət etməyi seçir. Günlər keçir, Meduzanın məşhur gözəlliyinin səsi-sorağı artıq hər tərəfə yayılmış və Poseydonun diqqətini çəkmişdi. O, insan formasına girərək Afinanın məbədinə gedib qızı istismar edir. Bütün bunlar Poseydonun günahı olsa da, bu hadisəyə qəzəblənən Afina, Meduzanı cəzalandırır və onu gorgona, yəni ölü sifətində, qorxunc və səssiz bir canavara çevirir. Artıq Meduzanın gözəl, ipək saçlarının yerində zəhərli ilanlar hərəkət edir və birbaşa gözünə baxdığı hər insan daşa çevrirdi. Bir müddət sonra Perseydən qurtulmaq istəyən kral Polidekt ondan Qorqona Meduzanın başını gətirməsini tələb edir. Persey Meduzanın məbədinə gedərək burada Hermesin orağı ilə onun başının kəsir. Mikalencelo Merisi de Karavacco məhz bu səhnəni rəsm etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, meduza (karavacco) sözünün mənası, meduza (karavacco) haqqında məlumat. meduza (karavacco) nədir? meduza (karavacco) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Fransua Enqler

  • Fevral 27, 2026

    Edvard Morze

  • Fevral 27, 2026

    II Aleksandr

  • Mart 06, 2026

    177 (ədəd)

  • Fevral 27, 2026

    II Fərruxzad

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst