Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Meduza Qorqona (yun. Μέδουσα) — qədim yunan mifologiyasında əcaib ilan saçları olan qadın, gözlərinə baxan hər şeyi daşa döndərən məxluq. Fork və Ketonun kiçik

Qorqona Meduza

  • Ana Səhifə
  • Vikipediya
  • Qorqona Meduza

Meduza Qorqona (yun. Μέδουσα) — qədim yunan mifologiyasında əcaib ilan saçları olan qadın, gözlərinə baxan hər şeyi daşa döndərən məxluq. Fork və Ketonun kiçik qızı. (Digər əfsanəyə görə Qorqonun qızı). Yeganə ölümlü qorqona.

Qorqona Meduza
yun. Μεδουσα
Mifologiya Yunan
Cinsi qadın[d]
Sülalə Qorqonalar
Atası Fork (və ya Qorqon)
Anası Keto
Uşaqları Yekəpər Xrisaor və qanadlı at Peqas
Əlaqəli personajlar Persey, Poseydon, Afina, Asklepi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Mənşəyi

Meduza dünyaya çox gözəl bir qız olaraq gəlmişdi, Afina onu gözəlliyinə, xüsusən yaraşıqlı saçlarına görə çox qısqanırmış. Poseydon Meduzanın gözəlliyindən başını itirdiyindən, quş cildinə girərək onun könlünü alır və Afina məbədində ona təcavüz edir. Bundan qəzəblənən Afina onun saçlarını hidralara çevirir.

Ölümü

Persey və meduza

Bir dəfə Persey artıq gənc yaşında ikən çar Polidekt onu təşkil etdiyi "at məclisinə" dəvət edir. O vaxtki ənənəyə görə məclisə dəvət olunan hər bir kəs çara at hədiyyə etməli imiş. Dəliqanlı Persey çarın istəyə biləcəyi hər bir şeyi, lazım gələrsə Qorqona Meduzanın başını belə ona hədiyyə edə biləcəyi ilə öyünür. Bütün qonaqlardan at hədiyyəsi alan çar Polidekt Perseydən Qorqona Meduzanın başını gətirməsini istəyir və hədiyyəsini almadığı təqdirdə onun anası Danaya ilə zorla evlənəcəyini bildirir.

Çarəsiz Persey qaya üstündə fikrə dalarkən, Hermes peyda olaraq ona ürək-dirək verir və ilahə Afina ilə ona kömək edəcəklərini, bu şücaətdə ona nimfalar tərəfindən qorunan gözəgörünməz papaq (Kinea), qanadlı sandal və sehrli çantanın lazım olacağını və bunların hamısının yerini Qorqona Meduzanın bacısı Qraydan öyrənə biləcəyini söyləyir.

Qray anadan qarımış, bir gözlü və bir dişli doğulmuşdur. Afinanın köməyi ilə Qrayın göz və dişini oğurlayaraq nimfaların yerini söylədiyi təqdirdə onları sahibinə qaytarır. Nimfalardan ona lazım olanları aldıqdan sonra Hermes və Afina ilə birlikdə okeanları üzərək dünyanın sonuna — Qorqona Meduzanın yaşadığı yerə yetişir. Qorqona Meduza onun gözlərinə baxan hər kəsi daşa döndərdiyindən Afinanın məsləhəti ilə parıltılı qalxanından güzgü kimi istifadə edərək, Hermesin ona vermiş olduğu almaz oraqla Qorqona Meduzanın başını kəsir və sehrli çantaya atır.

Persey ilə mübarizə apardığı vaxt Qorqona Meduza Poseydondan hamilə idi. Onun başsız bədənindən qan axını ilə uşaqları yekəpər Xrisaor (üç bədənli Herionun atası) və qanadlı at Peqas dünyaya gəlir.

Deyilənə görə Persey geriyə uçaraq qayıdarkən meduzanın bir neçə damla qanı Afrika torpağına düşdüyünə görə orada çoxlu vəhşi heyvanlar peyda olmuşdur. Liviya torpağına düşən qan damlasından isə zəhərli Liviya ilanı peyda olaraq buradakı bütün canlıları məhv edir. Digər bir yerli rəvayətə görə meduzanın okeana axıb tökülən qanından korallar meydana gəlir.

Afina Asklepiyə meduzanın damarından axan qandan verir. Meduzanın bədəninin sol hissəsindən axan qan öldürücü, sağ hissəsindən axan qan isə dirildici, canlandırıcı xüsusiyyətə malik olduğundan Asklepi ondan ölüləri diriltməkdə istifadə edirmiş.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qorqona Meduza haqqında məlumat. Qorqona Meduza nədir? Qorqona Meduza nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yumurta (anatomiya)

  • Fevral 27, 2026

    İrland

  • Fevral 27, 2026

    Asteriya (mifologiya)

  • Fevral 27, 2026

    Lətifə Əliyeva

  • Fevral 27, 2026

    Simnanlılar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst