Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Poseydon (yun. Ποσειδῶν; lat. Neptūnus) — Poseydon — qədim yunan mifologiyasında ali dəniz tanrısı, Zevs və Aid ilə birlikdə üç əsas Olimpiya tanrısından biridi

Poseydon

  • Ana Səhifə
  • Vikipediya
  • Poseydon

Poseydon (yun. Ποσειδῶν; lat. Neptūnus) — Poseydon — qədim yunan mifologiyasında ali dəniz tanrısı, Zevs və Aid ilə birlikdə üç əsas Olimpiya tanrısından biridir. Titan Kronos və Reyanın oğludur, Zevsin, Aidin, Heranın, Demetranın və Hestiyanın qardaşıdır (Hesiod, Teogoniya). Titanlar üzərində qələbədən sonra dünyanın bölüşdürülməsi zamanı Poseydona su ünsürü qismət olmuşdur (Homer, İliada). Zamanla o, dənizin qədim yerli tanrılarını — Nereyi, Okeanı, Proteyi və başqalarını kölgədə qoymuşdur. Poseydona ali tanrı statusunun verilməsi qədim yunanlar üçün dənizin böyük əhəmiyyət daşıması ilə bağlı idi, çünki Yunanıstan dənizlərlə əhatə olunmuş və dəniz sivilizasiyası olmuşdur.

Poseydon
q.yun. Ποσειδῶν
Poseydon, mərmər heykəl, Afina Milli Arxeologiya muzeyi
Poseydon, mərmər heykəl, Afina Milli Arxeologiya muzeyi
Mifologiya Qədim Yunan
Təsir sahəsi dəniz, zəlzələ, Atçılıq
Adının izahı Dənizlər tanrısı
Yunanca adı Ποσειδῶν
Latınca adı Neptūnus
Cinsi kişi[d]
Atası Kron
Anası Reya
Qardaşı Aid, Zevs
Bacısı Hera
Uşaqları Triton, Rodos
Atributlar Üçdişli nizə, at, delfin
Digər mədəniyyətlərdə Neptun, Axto[d], Njörd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Poseydonun qəzəbi, Vladimir Kosov tərəfindən çəkilmiş rəsm
Poseydonun qəzəbi, Vladimir Kosov tərəfindən çəkilmiş rəsm

Poseydon həyat yoldaşı — ilahə Amfitrita və oğlu Tritonla birlikdə dənizin dibində, nereidlər, hippokamplar və digər dəniz məxluqları ilə əhatə olunmuş dəbdəbəli sarayda yaşayır. Poseydon özü isə hippokampların qoşulduğu arabada dəniz üzərində şığıyır və əlindəki üçdişli nizə (trident) ilə fırtınalar yaradır, qayaları parçalayır, yerə zərbə endirir, bunun nəticəsində şirin və ya duzlu su mənbələri əmələ gəlirdi.

Poseydon hirsli və sərt xasiyyətli idi; onu təhqir edənləri amansız qəzəblə təqib edirdi. Buna misal olaraq Odisseyi göstərmək olar — bu, Klassik qədimliklərin real lüğətində qeyd olunur. ESBE-yə görə, Poseydonun miflərdə əsas fərqləndirici xüsusiyyəti hökmranlıq, sarsılmaz və coşqun gücdür; bu güc onun padşahlıq əzəməti ilə ayrılmaz şəkildə birləşir. Antik incəsənət əsərlərində Poseydonun sifəti, adətən, Zevsin olimpik sakitliyindən fərqli olaraq, qəzəb və həyəcan ifadə edirdi.

Qədim Roma mifologiyasında Poseydona Neptun uyğun gəlirdi.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Poseydon haqqında məlumat. Poseydon nədir? Poseydon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zərbə krateri

  • Fevral 27, 2026

    FoxPro

  • Fevral 27, 2026

    Maksim Litvinov

  • Fevral 23, 2026

    Atlas dağları

  • Fevral 26, 2026

    Əlamət

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst