Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Marlboro-haus (ing. Marlborough House) — Böyük London Vestminster borosunda yerləşən və Sent-Ceyms sarayına bitişik bir monarxial iqamətgah. Villa 1711-ci ildə

Marlboro-haus

  • Ana Səhifə
  • Vikipediya
  • Marlboro-haus

Marlboro-haus (ing. Marlborough House) — Böyük London Vestminster borosunda yerləşən və Sent-Ceyms sarayına bitişik bir monarxial iqamətgah. Villa 1711-ci ildə Kraliça Anna Stüartın rəfiqəsi və sirdaşı olan Marlboro hersoginyası Sarah Çörçil adına memar Kristofer Ren tərəfindən inşa edilmişdir. Bir əsrdən daha uzun müddət ərzində Marlboro hersoqlarının London iqamətgahı olan villa XIX əsr və XX əsrin ilk yarısınadək monarxial iqamətgah olaraq istifadə olundu.

Marlboro-haus
Marlborough House
Ölkə
  •  Birləşmiş Krallıq
Yerləşir Vestminster borosu
Memar Kristofer Ren
Tikilmə tarixi 1711
Rəsmi sayt thecommonwealth.org/marl…
51°30′18″ şm. e. 0°08′09″ q. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1817-ci ildə IV Marlboro hersoqunun ölümündən sonra villanın mülkiyyəti monarx ailəsinə keçdi və bina Uels şahzadəsi Şahzadə Şarlotta və əri Saksoniyalı Leopold üçün təsis edildi. Ancaq cütlüyün villaya köçməsindən qısa müddət sonra şahzadə uğursuz doğuşun ardından vəfat etdi və əri Saksoniyalı Leopold bu səbəblə villada tək yaşadı. 1820-ci illərdə villanın dağıdılması və ərazisində yeni bir sarayın inşası müzakirə edilsə də, bu plan heç vaxt baş tutmadı.

22 aprel 1831-ci ildə ona Belçika taxt-tacı məhz burada təklif olundu. I Leopold Belçika taxtına çıxıb Britaniyanı tərk etdikdən sonra villanın mülkiyyəti yenidən monarx ailəsinə keçdi və fərqli monarx ailəsi üzvü tərəfindən istifadə edildi. Villanın ilk sahibi 1849-cu ildəki ölümünədək Kraliça Adelayd oldu. Onun ölümündən sonra Kraliça Viktoriya tərəfindən Uels şahzadəsi Şahzadə Albertə hədiyyə edildi və 19 yaşına gəldikdə burada təkbaşına yaşamağına icazə verildi.

VII Eduard adıyla taxta çıxmazdan öncə, Uels şahzadəsi Albert burada məskunlaşdı və bu müddət ərzində villaya əlavə binalar əlavə etdirərək bir villa-kompleksinə çevirdi. Xanımı Şahzadə Aleksandra tərəfindən interyer dizaynı dəyişdirildi və cütlüyün ikinci oğlu (gələcəkdə taxta çıxacaq V Corc) məhz burada doğuldu. Kraliça Viktoriyanın 1901-ci ildə vəfatından sonra VII Eduard taxta çıxdı və ənənəvi şəkildə ailəsiylə birlikdə Bukingem sarayında məskunlaşdı. Villa isə yeni Uels şahzadəsi Şahzadə Corc və xanımı Şahzadə Mariya Tekin ixtiyarına verildi. Əri VII Eduardın vəfatı və oğlu V Corcun taxta çıaraq Bukingem sarayına köçməsinin ardından, dul Kraliça Aleksandra sevimli sarayına qayıtdı və 1925-ci ildəki ölümünədək buranı London iqamətgahı kimi istifadə etdi.

Gəlini Kraliça Mariya Tek də eynən onun kimi, dul qaldığı 1936-cı ildən etibarən burada yaşamağa davam etdi. Onun 1953-cü ildə vəfatının ardından villa yenidən fərqli monarx ailəsi üzvləri tərəfindən istifadə edildi. Bina 1965-ci ildən etibarən Kraliça Elizabetin əmriylə Millətlər birliyi Administrasiyasına kirayələnir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Marlboro-haus haqqında məlumat. Marlboro-haus nədir? Marlboro-haus nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Saravak

  • Fevral 27, 2026

    Sonata

  • Fevral 27, 2026

    Sivilizasiyanın beşiyi

  • Fevral 27, 2026

    Arsax

  • Fevral 27, 2026

    Mişarçay

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst