Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sivilizasiyanın beşiyi — bu və ya digər sivilizasiyanın başqa ərazilərdəki digər sivilizasiyalardan asılı olmayaraq yarandığı məkan və mədəniyyətdir. Şəhər tipl

Sivilizasiyanın beşiyi

  • Ana Səhifə
  • Vikipediya
  • Sivilizasiyanın beşiyi

Sivilizasiyanın beşiyi — bu və ya digər sivilizasiyanın başqa ərazilərdəki digər sivilizasiyalardan asılı olmayaraq yarandığı məkan və mədəniyyətdir. Şəhər tipli yaşayış məskənlərinin formalaşması cəmiyyətin “sivil” kimi səciyyələndirilə bilən ilkin xüsusiyyətidir. Sivilizasiyanın digər xüsusiyyətlərinə oturaq və ya qeyri-köçəri əhali, monumental memarlıq, sosial təbəqələrin və bərabərsizliyin mövcudluğu, ünsiyyət üçün yazı sisteminin yaradılması daxildir. Daha sadə cəmiyyətlərdən sivilizasiyanın mürəkkəb cəmiyyətinə keçid tədricən baş verir.

Bərəkətli hilal. Qərb və Yaxın Şərq alimlərinin əksəriyyəti sivilizasiyanın beşiyi haqqında danışarkən məhz buna istinad edirlər.

Alimlər ümumilikdə sivilizasiyanın altı beşiyinin olduğunu qəbul edirlər. Belə ki, Mesopotamiya, Qədim Misir, Qədim Hindistan və Qədim Çinin Köhnə dünyada ən erkən sivilizasiyalar olduğu hesab edilir. Yeni dünyada isə sivilizasiyanın beşiyi sahilyanı Perunun Karal-Supe sivilizasiyası və Meksikanın Olmek sivilizasiyasıdır. Sivilizasiyanın bütün beşikləri yaşayış vasitələri baxımından kənd təsərrüfatından asılı olmuşdur (ehtimal ki, əvvəlcə dəniz ehtiyatlarından asılı ola bilən Karal-Supe istisnadır). Onların hamısı mərkəzləşdirilmiş hökuməti, siyasi liderləri, kahinləri və sivilizasiyanın şəhər mərkəzlərinin ictimai məsələlərini dəstəkləmək üçün kənd təsərrüfatı məhsulu istehsal edən fermerlərin (kəndlilərin) fəaliyyətindən asılı olmuşdur.

Nisbətən az formal olaraq, "sivilizasiyanın beşiyi" termini Yunanıstan və ya Roma kimi digər tarixi qədim sivilizasiyalara istinad etmək üçün də istifadə olunur. Lakin, onları "Qərb sivilizasiyasının beşiyi" adlandırmaq daha doğru olardı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sivilizasiyanın beşiyi haqqında məlumat. Sivilizasiyanın beşiyi nədir? Sivilizasiyanın beşiyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kompüter şəbəkələri

  • Fevral 27, 2026

    Qətran Təbrizi

  • Fevral 27, 2026

    Salyan sultanlığı

  • Fevral 27, 2026

    Kirovsk

  • Fevral 27, 2026

    63 (ədəd)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst