Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mariana Vasileva-Toteva (bolq. Мариана Василева-Тотева; 6 iyul 1974, Tarqovişte[d]) — bədii gimnastika üzrə məşqçi, Azərbaycan Gimnastika Federasiyasının baş mə

Mariana Vasileva

  • Ana Səhifə
  • Vikipediya
  • Mariana Vasileva

Mariana Vasileva-Toteva (bolq. Мариана Василева-Тотева; 6 iyul 1974, Tarqovişte[d]) — bədii gimnastika üzrə məşqçi, Azərbaycan Gimnastika Federasiyasının baş məşqçisi, Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini (2021–2025).

Mariana Vasileva
bolq. Мариана Василева
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
29 noyabr 2021 – 16 yanvar 2025
NazirFərid Qayıbov
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyul 1974(1974-07-06) (51 yaş)
Doğum yeri
  • Tarqovişte[d], Bolqarıstan
Milliyyəti bolqar
Fəaliyyəti Azərbaycan Bədii Gimnastika üzrə millisinin baş məşqçisi

Təltifləri "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı — 20232023
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mariana Vasileva keçmiş bolqar bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki Levski klubunda məşqçi kimi işləyib. 2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb. Qısa müddət sonra; o, ən yaxın qohumları (ər və iki uşağı) ilə birlikdə Bakıya, Azərbaycana köçüb.

2009-cu ildən Vasileva Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib.

2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adını almışdır.

2015-ci ildə 1-ci Avropa Oyunlarında milli komandanın uğurlu çıxışından sonra Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir. Mariana Vasilevanın çalışdırdığı dövrdə Azərbaycan millisi 2009, 2011, 2013, 2014, 2018 və 2020-ci illərdə Avropa çempionatlarında mükafatlar qazana bilib.

2021-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Mariana Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini təyin olunub. Bundan əvvəl o, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü idi.

16 yanvar 2025-ci ildə Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini vəzifəsindən azad edilib.

Məşqçi fəaliyyəti və uğurları

Vasileva Marina Durunda ilə 2016 Yay Olimpiya Oyunlarında

Vasileva Azərbaycanın Bədii Gimnastika üzrə baş məşqçisi təyin edildikdən sonra Azərbaycan, xüsusilə yeni nəsil gimnastlar arasında həm fərdi, həm də qrup yarışlarında beynəlxalq uğur qazanmağa başlayıb. Onun fərqlənən yetirmələri:

  • Marina Durunda — 2015 Avropa Oyunlarının gümüş və 2015 Avropa Çempionatının bürünc medalçısı, 2013-cü ildən Azərbaycanın dəyişməz Çempionu, "Tərəqqi" medalı laureatı.
  • Lalə Yusifova — 2012, 2013 (Qran Pri Finalı) mükafatçısı.
  • Jalə Piriyeva — Gənclər arasında Avropa medalçısı
  • Arzu Cəlilova — Gənclər arasında Dünya və Avropa medalçısı
  • Zöhrə Ağamirova — IV İslam Həmrəyliyi Oyunlarının çempionu.
  • Nilufər Niftəliyeva
  • Gülsüm Şəfizadə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mariana Vasileva haqqında məlumat. Mariana Vasileva nədir? Mariana Vasileva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Nasibilik

  • Fevral 27, 2026

    Sərbəstdüşmə təcili

  • Fevral 21, 2026

    Dünya okeanı

  • Fevral 27, 2026

    Sultan Baysunqur

  • Fevral 27, 2026

    Palaeoptera

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst