Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ərəş sultanlığı — sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kim

Ərəş sultanlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Ərəş sultanlığı

Ərəş sultanlığı — sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır.

Sultanlıq
Şəki xanlığının hökmranlığı altında
Ərəş sultanlığı
ارش سلطان‌لیغی
1747 — 1795
Paytaxt Ərəş
Dil Azərbaycan dili
Rəsmi dilləri Azərbaycan dili,
fars dili
Din İslam
İdarəetmə forması Mütləq monarxiya

Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titulu daşıyan feodal hakimlər idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi.

1795-ci ildə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı. Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın ərazisi 3212,5 kv.km. əhalisi isə 52371 nəfər idi. Ərəş qəzası 1929-cu ildə ləğv edilmiş, 1930-cu ildən Ağdaş rayonu yaradılmışdır. Rayonun mərkəzi XVI əsrdə salınmış, 1900-cü ildən şəhər statusu daşıyan Ağdaş şəhəridir.

Ərəş sultanları

  1. Ərdoğdu xəlifə Təkəli (1578?)
  2. Məlik Əli — 1759-cu ildə Ağakişi bəyin qətlində iştirak etdi. Sonralar 1761-ci ildə onun kürəkəni Məhəmmədhüseyn xan Müştaqa qarşı üsyan etdi, lakin Fətəli xan Əfşarın təsdiqi ilə öz hökmranlığına keçdi. Bir az sonra öldürüldü.
  3. Məlik Əliməhəmməd xan — Məlik Əlinin oğlu.
  4. Məlik Əli Hüseyn xan
  5. Şəbəddin Sultan — Məlik Əlinin qardaşı oğlu, Məhəmmədhəsən xana qarşı üsyan etmiş, 1795-ci ildə öldürülmüşdür. Onun ölümündən sonra sultanlıq ləğv edilərək bir mahal kimi Şəki xanlığının tərkibinə qatıldı.

Həmçinin bax

  • Ərəş

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ərəş sultanlığı haqqında məlumat. Ərəş sultanlığı nədir? Ərəş sultanlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yokohama

  • Mart 01, 2026

    Siyasi coğrafiya

  • Fevral 27, 2026

    İvan Abxazov

  • Fevral 27, 2026

    2017-ci il

  • Fevral 27, 2026

    Hepbörn sistemi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst