Azərbaycanca (AZ) Azərbaycanca (AZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dünya okeanı — hidrosferanın 96,5 %-ni təşkil etməklə onun əsas hissəsini təşkil edir. Yerin kəsilməz, ancaq bir sahədə yerləşməyən, materik və adalarını əhatə

Dünya okeanı

  • Ana Səhifə
  • Vikipediya
  • Dünya okeanı

Dünya okeanı — hidrosferanın 96,5 %-ni təşkil etməklə onun əsas hissəsini təşkil edir. Yerin kəsilməz, ancaq bir sahədə yerləşməyən, materik və adalarını əhatə edən və ümumi duzluluğu ilə xarakterizə olunan su sahəsi.

Dünya xəritəsində okeanlar.

Qitələr və böyük arxipelaqlar dünya okeanlarını dörd böyük hissəyə bölür: Atlantik , Hind , Sakit və Şimal Buzlu okeanları. 2000-ci ildə Beynəlxalq Hidroqrafiya Təşkilatı beşinci Cənubi Okeanın ayrılmasını təklif etdi.

  • Atlantik okean
  • Hind okeanı
  • Şimal Buzlu okean
  • Sakit okean
  • Cənub okeanı

Okeanların böyük sahəli hissələri dəniz, körfəz, boğaz və s. adlanır. Okeanlar haqqında elm okeanologiya adlanır.

Mündəricat

Dünya okeanının öyrənilməsi

Uzun tarixi dövr ərzində okeanlara aid toplanan biliklər okeanologiya elminin yaranmasına səbəb oldu. Elmi tədqiqatlar aparmaq məqsədilə ilk dünya səyahəti 1872–74-cü illərdə "Çellencer" ingilis gəmisində həyata keçirilmişdir

İlkin su vulkan püskürmələri zamanı ayrılan yuvenil suların hesabına xloridli xassəyə malik olmuşdur. Daha sonra okean suyunun silisiumlu süxurlarla və çaylar vasitəsilə gətirilən karbonatlrla qarşılıqlı əlaqəsi nəticəsində, o xloridli karbonatlı suya çevrilmişdir. Sonrakı geoloji mərhələdə bitkilər meydana gəlmiş, fotosintez prosesi nəticəsində suda sərbəst oksigen və azot qazları yarnmışdır. Üzvü maddələrin çürüməsindən və okean dibindəki vulkanik çatlardan suya daima karbon qazı daxil olur. Mikroorqanizmlərin və digər amillərin təsiri ilə okean suyu tərkibinə görə xloridli-sulfatlı, natrium-maqneziumlu suya çevrildi ki, bu ona acı tam-duzluluq verdi.

Duzluluq promil ilə (yəni 1000 qram suda olan duzun qramlarla miqdarı) ölçülür və xəritələrdə izoqalin, yəni eyni duzluluğa malik əraziləri birləşdirən xətlərdə göstərilir.

Okeanlar haqqında məlumat

Şimal yarımkürəsinin 60,7 %-ni, cənub yarımkürəsinin isə 80,9 %-ni okean və dənizlər tutur. Dünya okeanının orta dərinliyi 3794 m, maksimal dərinliyi 11022 m-dir (Marian çökəkliyi). Sahil xətləri, dib relyefi, temperatur və duzluluğun paylanması, cərəyanlar sistemi və s. xüsusiyyətlərinə görə Dünya okeanı 4 hissə ayrılır:

Sakit okean — sahəsi 179 mln. km², orta dərinliyi 3957 m, maksimal dərinliyi 11022 m (Marian çökəkliyi). Ən böyük, ən enli, ən isti, ən dərin okeandır. Beş materiklə əhatə olunur, dörd yarımkürədə yerləşir.

Atlantik okean — sahəsi 92 mln. km², orta dərinliyi 3602 m, maksimal dərinliyi 8742 m (Puerto-Riko çökəkliyi). Ən uzun (Şimaldan-cənuba), ən duzlu okeandır. Bütün coğrafi qurşaqlarda yerləşir. Beş materiklə əhatə olunur, dörd yarımkürədə yerləşir.

Hind okeanı — sahəsi 76 mln. km², orta dərinliyi 3736 m, maksimal dərinliyi 7729 m (Zond çökəkliyi). Dörd materiklə əhatə olunur, üç yarımkürədə(şimal, cənub və şərq)yerləşir.

Şimal Buzlu okean — sahəsi 14 mln. km² , orta dərinliyi 1131 m, maksimal dərinliyi 5527 m (Qrenlandiya dənizi). Ən kiçik, ən soyuq, ən dayaz okeandır. Bütün coğrafi uzunluqlarda yerləşir. İki materiklə əhatə olunur, üç yarımkürədə(şərq, qərb və şimal) yerləşir.

Dünya okeanın tərkibinə dənizlər, körfəzlər, boğazlar və s. daxildir.

Dünya okeanının suları

Həmçinin bax

  • Okean
  • Atlantik okean
  • Hind okeanı
  • Şimal Buzlu okean
  • Sakit okean

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dünya okeanı haqqında məlumat. Dünya okeanı nədir? Dünya okeanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 20, 2026

    Bəhreyn

  • Fevral 18, 2026

    Ürək tutması

  • Fevral 17, 2026

    Printer

  • Fevral 23, 2026

    26 avqust

  • Fevral 21, 2026

    Fars dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst