Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maresuke Noqi (乃木 希典?, 25 dekabr 1849 – 13 sentyabr 1912[…], Akasaka-ku[d]) — Yaponiya imperiyasının generalı və Tayvanın üçüncü general-qubernatoru.

Maresuke Noqi

  • Ana Səhifə
  • Vikipediya
  • Maresuke Noqi

Maresuke Noqi (乃木 希典?, 25 dekabr 1849 – 13 sentyabr 1912[…], Akasaka-ku[d]) — Yaponiya imperiyasının generalı və Tayvanın üçüncü general-qubernatoru.

Noqi Maresuke
yap. 乃木希典
Şəxsi məlumatlar
Ləqəbi 無人, 源三
Doğum tarixi 25 dekabr 1849(1849-12-25)
Vəfat tarixi 13 sentyabr 1912(1912-09-13)[…] (62 yaşında)
Vəfat yeri
  • Akasaka-ku[d], Tokio prefekturası[d], Yaponiya
Vəfat səbəbi harakiri
Dəfn yeri
  • Aoyama qəbiristanlığı[d]
Vətəndaşlığı
  •  Yaponiya
Təhsili
  • Meyrinkan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Yaponiya imperiyası
Qoşun növü Yaponiya İmperator ordusu
Xidmət illəri 1871–1912
Rütbəsi
  • general
Döyüşlər
  • Çin-yapon müharibəsi,
  • Rus-yapon müharibəsi
Təltifləri Knight Grand Cross of the Royal Victorian Order Pour le Mérite "Rumıniya ulduzu" ordeni "Fəxri legion" ordeninin böyük xaçı Knight Grand Cross of the Order of the Bath 1-ci dərəcəli pavlovniya çiçəkli "Doğan günəş" ordeni — 1906 2-ci dərəcəli "Doğan günəş" ordeni — 1895 3-cü dərəcəli "Doğan günəş" ordeni — 1885 4-cü dərəcəli "Doğan günəş" ordeni — 1878 "Pavlovniya çiçəkləri" ordeni 1-ci dərəcəli "Müqəddəs xəzinə" ordeni — 1897 2-ci dərəcəli "Müqəddəs xəzinə" ordeni — 1894 1-ci dərəcəli "Qızıl çərpələng" ordeni — 1906 3-cü dərəcəli "Qızıl çərpələng" ordeni — 1895 Imperial Constitution Promulgation Medal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İlk illər

Noqi samuray ailəsində doğulmuşdur. 1869-cu ildə o, orduda xidmətə başlamış, 1871-ci ildə mayor rütbəsinə yüksəlmişdir. Sayqo Takamorinin başçılıq etdiyi üsyançılara qarşı döyüşmüş və podpolkovnik rütbəsinə layiq görülmüşdür. Ağır döyüşlərdən birində Noqi 14-cü piyada alayının bayrağını itirmişdir. Bu rüsvayçılıq onu bütün ömrü boyu izləmişdir və sonradan o bu hadisəni intiharının əsas səbəblərindən biri adlandırmışdır.

1876-cı il avqustun 27-də də Noqi o zaman 20 yaşında olan samuray Yudzi Sadanonun qızı Sidzuko ilə evlənmişdir. 1877-ci il avqustun 28-də onların ilk oğlu Katsunori dünyaya gəldi və Noqi Tokioda ev aldı. 1878-ci ildə o, polkovnik rütbəsinə yüksəldildi. 1879-cu ildə onun ikinci oğlu anadan oldu. 1879-cu ildə Noqi Soroku Kavakami ilə birlikdə, avropalıların strategiyası və taktikasını öyrənmək üçün Almaniyaya səfər etdi.

Çin-yapon müharibəsi

Birinci Çin-Yapon müharibəsi zamanı, general-mayor rütbəsində olan Noqi Port-Arturu bir gündə ələ keçirən birinci piyada briqadasına komandanlıq edirdi. Növbəti il o, general-leytenant rütbəsi aldı və vəzifəsi Tayvanı tutmaq olan ikinci piyada briqadasına komandan təyin olundu. Noqi 1898-ci ilə qədər işğalçı qüvvələr ilə Tayvanda qaldı. 1899-cu ildə o, Yaponiyaya çağrıldı və yeni yaradılan 11-ci Piyada Briqadasının komandiri təyin edildi.

Müharibədən sonra Noqi dansyaku (baron) titulu aldı və 1-ci dərəcəli Qızıl Yasəmən ordeni ilə təltif edildi. Noqi Tayvanın general-qubernatoru təyin edildi və bu vəzifəni 14 oktyabr 1896-cı ildən 1898-ci ilin fevral ayına qədər tutdu. O, Tayvana ailəsini də gətirmişdi və anası orada malyariyadan öldü. Bundan sonra, Noqi adada səhiyyə xidmətinin yaxşılaşdırılması üçün bəzi tədbirlər gördü. 1900-cü ildə Noqi təqaüdə çıxdı.

Rus-Yapon müharibəsi

Noqi (mərkəzdə) Port-Arturun mühasirəsində
Port-Arturun təslim olmasından sonra Noqi və A. Stesel

1904-cü ildə Rus-Yapon müharibəsinin başlaması ilə Noqi hərbi xidmətə qayıtdı. Port-Arturun mühasirəsi üçün yaponlar tərəfindən yaradılan 90 min nəfərlik 3-cü Ordunun komandiri təyin edildi. Noqi Mancuriyaya gəlməmişdən əvvəl, müharibənin ilk döyüşlərində Yaponiyanın 2-ci Ordusunda xidmət edən böyük oğlu həlak oldu. Port-Artura hücum uğursuz oldu və Port Arturun məşhur mühasirəsi başladı. Mühasirə 1905-ci il yanvarın 2-nə qədər davam etdi və yapon ordusuna böyük itkilər bahasına başa gəldi. Noqinin ikinci oğlu da həlak olanlar arasında idi. Noqinin Port-Arturu tez bir zamanda ala bilməməsi və artan itkilərin çoxluğu onun komandanlıqdan uzaqlaşdırmaq məsələsini gündəmə gətirdi. Ancaq Noqi İmperator Meycinin şəxsi müdaxiləsi ilə xilas edildi. Port-Arturun süqutundan sonra Noqi Yaponiyanın milli qəhrəmanı oldu. Mukden döyüşündə isə 3-cü orduya komandanlıq edirdi.

Müharibə bitdikdən sonra Noqi imperatora fəaliyyəti barədə şəxsən məruzə etdi. Port-Arturun mühasirəsi haqqında məruzə edərkən, qəfildən diz çökdü, ağlamağa başladı. O, günahını yumaq üçün imperatordan ritual özünəqəsd — seppuku etməsinə icazə istədi. İmperator düşünmək üçün bir az ara verdi və sonra yalnız Noqi öldükdən sonra bu barədə danışan çox az şahidin eşitdiyi sözləri söylədi: "Seppuku etməyinizi və bununla da günahınızı yumaq istəməyinizi çox yaxşı başa düşürəm. Bunu etmək üçün sizdə oyanan duyğular mənə tanışdır, amma indi ölmək zamanı deyil. Əgər siz intihar etməkdə israrlısınızsa, onda bu mən dünyanı tərk etdikdən sonra baş versin"(Doris G. Bargen "Suicidal honor : General Nogi and the writings of Mori Ogai and Natsume Soseki -dən sitat").

Müharibədən sonra

Noqi Maresukenin Tokiodakı evi
Tokioda "Noqi şintoist mədəbi"
Maresuke Noqinin şərəfinə buraxılmış poçt markası

Müharibədən sonra, 1907-ci il sentyabrın 21-də Noqiyə qraf titulu — hakusyaku verildi. 1908–1912-ci illərdə Noqi ali aristokratiya övladları üçün elit məktəbə rəhbərlik etmiş və gələcək imperator Hirohitonun tərbiyəçisi olmuşdur. Noqi şəxsi sərvətinin böyük hissəsini müharibədə yaralananlar üçün xəstəxanalara və həlak olmuş əsgərlərə abidələr qoyulmasına sərf edirdi. O, eyni zamanda Yaponiyada skaut hərəkatının banilərindən biri idi.

Suiqəsd

İmperator Meycinin ölümündən sonra Noqi özünü imperatora verilən sözdən azad hesab edərək, həyat yoldaşı ilə birlikdə seppuku etdi . Noqi dövlət Şintoizm kilsəsi tərəfindən müqəddəs olaraq hörmətlə qarşılanır və şərəfinə bir şintoist məbədi var.

Mükafatları

  • Böyük lentlə yasəmən gülü ordeni (1 aprel 1906)
  • Birinci dərəcəli Qızıl qara çalağan ordeni (1 aprel 1906)
  • Üçüncü dərəcəli Qara çalağan ordeni (20 avqust 1895)
  • İkinci dərəcəli Gündoğar ordeni (20 avqust 1895)
  • Üçüncü dərəcəli Gündoğar ordeni (7 aprel 1885)
  • Birinci dərəcəli Müqəddəs xəzinə ordeni (26 iyun 1897)
  • İkinci dərəcəli Müqəddəs xəzinə ordeni (29 iyun 1894)
  • Qüdrətli Hamam ordeni, böyük xaçın cəngavəri (Böyük Britaniya, 1911)
  • Kraliça Viktoriya ordeni, böyük xaçın cəngavəri (Böyük Britaniya, 1911)
  • "Fəxri Legion" ordeni, böyük xaç (Fransa, 16 aprel 1907)
  • Pour le Mérite ordeni (Almaniya (Prussiya), 10 yanvar 1905)
  • Rumıniya ulduzu oreni, böyük xaç (Rumıniya, 25 oktyabr 1911)
  • "Xidmətlərə görə" Qızıl medal (Çili, 28 aprel 1909)

Kinomatoqrafda general Noqi obrazı

  • 1969-cu ildə "Yapon dənizində döyüş" yapon filmində Tisyu Ryu General Noqi rolunu oynamışdı.
  • 1980-ci ildə *203-cü hündürlük" yapon filmində Tatsuya Nakadai Noqi rolunu oynamışdı.
  • Yapon seriallarında "Dağın üstündəki buludlar (2009–2011) Noqi rolunda — Emoto Akira oynamışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maresuke Noqi haqqında məlumat. Maresuke Noqi nədir? Maresuke Noqi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hörümçək

  • Fevral 27, 2026

    Mötəzililər

  • Fevral 27, 2026

    Oklend Gimnaziyası

  • Fevral 27, 2026

    22 (say)

  • Fevral 24, 2026

    Fikrət Əmirov

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst