Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mahmud Əhmədinejad (fars. محمود احمدی‌نژاد‎; 28 oktyabr 1956[…], Aradan, Simnan ostanı) — İran İslam Respublikasının 6-cı prezidenti.

Mahmud Əhmədinejad

  • Ana Səhifə
  • Vikipediya
  • Mahmud Əhmədinejad

Mahmud Əhmədinejad (fars. محمود احمدی‌نژاد‎; 28 oktyabr 1956[…], Aradan, Simnan ostanı) — İran İslam Respublikasının 6-cı prezidenti.

Mahmud Əhmədinejad
fars. محمود احمدی‌نژاد‎
İran İslam Respublikasının Prezidenti
3 avqust 2005 – 3 avqust 2013
ƏvvəlkiMəhəmməd Xatəmi
SonrakıHəsən Ruhani
Qoşulmama Hərəkatının Baş katibi
30 avqust 2012 – 3 avqust 2013
ƏvvəlkiMəhəmməd Mürsi
SonrakıHəsən Ruhani
İranın neft sənayesi naziri
16 may 2011 – 2 iyun 2011
Şəxsi məlumatlar
Doğum tarixi 28 oktyabr 1956(1956-10-28)[…] (69 yaş)
Doğum yeri
  • Aradan, Simnan ostanı, İran
Partiya
  • İslami İran İnşaatçılar İttifaqı
Təhsili
  • İran Elm və Texnologiya Universiteti[d] (1975)
Fəaliyyəti universitet müəllimi[d], siyasətçi, mühəndis
Uşağı 3
Dini şiəlik

Təltifləri Grand Cross of the National Order of Benin — 2013 "Xilaskar" ordeni — 2006 "İslam inqilabı" ordeni Order of Augusto César Sandino
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mahmud Əhmədinejad 1956-cı il oktyabrın 28-də Şimali İranın Səmnan vilayətinin Gərmsar şəhərinin Aradan kəndində, nalbənd ailəsində anadan olmuşdur. Etnik mənsubiyyəti barədə məlumatlar kəskin fərqlənir. Onun azərbaycanlı, talış, hətta yəhudi əsilli olması barədə fikirlər səsləndirilir.

2005-ci il iyul ayının 24-də keçirilmiş prezident seçkilərinin ikinci turunda qələbə qazanmış, həmin ilin avqust ayının 3-də bu vəzifədə Məhəmməd Hatəmini əvəz etmişdir.

Prezident seçkiləri əsnasında Tehran bələdiyyəsinin başçısı olmuşdur. İxtisasca inşaat mühəndisidir və bələdiyyə başçısı olmamışdan əvvəl İran Elm və Texnologiya Universitetində müəllim işləmişdir. Təhsilini də burada alıb. Professor elmi dərəcəsi var.

Siyasi dayağı

İran inşaat sektorunda hökmran mövqeyə malik İran İslam İnşaatçılar İttifaqı (Abadgəran) təşkil edir. Abadgəran İranda prezident seçkilərində ilk turda iki namizədlə təmsil olunmuşdu. İran Konstitusiya Qoruyucuları İdarəsinin 1000 namizəd arasından seçdiyi 7 nəfərdən biri olan Əhməd Necat birinci turda ən çox səs (19,48%) toplayan namizəd olaraq ikinci turda Əli Əkbər Həşimi Rəfsəncani ilə təkbətək mübarizə aparmaq hüququ qazanmışdır. Seçicilərin 59 %-nin iştirak etdiyi ikinci turda 61,69% səs toplayan Əhmədinəjad prezident seçilmişdir. Rəqibləri onu seçkini saxtalaşdırdığını iddia etmişlər.

Xarici siyasətdə ABŞ ilə münasibətlərin olduğu kimi qalmasını və heç bir güzəştə gedilməməsini irəli sürən Əhmədinəjad BMT-ni dəfələrlə fəaliyyətsizlikdə ittiham etmiş və İranın nüvə proqramını həyata keçirilməsinin labüd olduğunu bildirmişdir. Hər zaman qıcıqlandırıcı bir tərzə və nitq söyləmək qabiliyyətinə malikdir Hətta, bir dəfə bir jurnalistin siyasi dustaqların azad edilməsi ilə bağlı verdiyi suala: "Hansı dustaqları? Amerikadakılarımı?" — deyə cavab vermişdi.

Bəzi ölkələrə öz nüvə proqramını inkişaf etdirmək icazəsinin verildiyi halda hansı haqla İranın bu hüquqdan istifadəsinə maneçilik törədildiyi, BMT TŞ-nın beş üzvünün xüsusi hüquqlara sahib olduğunu önə çəkərək nədən müsəlman dövlətlərinin bu hüquqlara sahib ola bilməyəcəyi və nəhayət yəhudi soyqırımından niyə fələstinlilərin təsirləndiyi kimi fikirləri ilə ictimaiyyətin diqqətini qazanmışdır. Özünün prezident seçilməsini" yeni bir islam inqilabı" adlandırmış və bu inqilabın tez bir zamanda bütün dünyanı əhatə edəcəyi fikrini irəli sürmüşdür. O, ilk növbədə region dövlətləri arasında (viza sisteminin ləğvini həyata keçirməklə) yerdəyişmənin asanlaşdırılmasını və münasibətlərin daha da gücləndirilməsini müdafiə edir. İsrail ilə bağlı siyasəti isə "xəritədən silmə"dən ibarətdir və bu, beynəlxalq ictimaiyyətin diqqətinə səbəb olmuşdur. İlk işlərindən biri də yeni evlənmiş şəxslərə" iş və ev sahibi ola bilmələri üçün" neft gəlirlərindən 1,3 milyon dollar məbləğində vəsaitin ayrılması və bu məqsədlə fondun yaradılması sayıla bilər.

Şəxsi həyatı

Evlidir. İki oğlu və bir qızı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mahmud Əhmədinejad haqqında məlumat. Mahmud Əhmədinejad nədir? Mahmud Əhmədinejad nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Geosinklinal

  • Fevral 27, 2026

    Osaka Universiteti

  • Fevral 27, 2026

    İkinci imperiya

  • Fevral 26, 2026

    Dərviş

  • Fevral 27, 2026

    Tuti (jurnal)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst