Məhəmməd Məhəmməd Mürsi İsa əl-Əyyat (ərəb. محمد مرسى; 8 avqust 1951 – 17 iyun 2019[…]) — Misir dövlət xadimi, Misirin ümumilikdə beşinci, demorkatik seçki ilə seçilən ilk prezidenti. Müsəlman Qardaşlar təşkilatı əsasında yaradılmış Azadlıq və Ədalət Partiyasının sədridir. 2012-ci ildə Mursi Misirdəki prezident seçkilərinin ikinci turunda qalib gəldi.
| Məhəmməd Mürsi | |
|---|---|
| محمد مرسى | |
| |
| 30 iyun 2012 – 3 iyul 2013 | |
| Əvvəlki | Məhəmməd Hüseyn Tantavi (müvəqqəti) |
| Sonrakı | Ədli Mənsur (müvəqqəti) |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 8 avqust 1951 |
| Vəfat tarixi | 17 iyun 2019[…] (67 yaşında) |
| Vəfat səbəbi | ürək tutması |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, mühəndis, universitet müəllimi[d], parlament üzvü[d], prezident |
| Dini | İslam |
| | |
| Təltifləri | |
![]() | |
| morsi.info | |
Həyatı
Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirib. ABŞ-nin Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib.
1992-ci ildə “Müsəlman Qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində “Müsəlman Qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib. 2012-ci ildə Misir prezidenti seçilib. Lakin 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub.
17 iyun 2019-cu ildə ölkənin paytaxtı Qahirədə vəfat edib. O, əsas dövlət müttəhimi kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında keçinib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhəmməd Mürsi haqqında məlumat. Məhəmməd Mürsi nədir? Məhəmməd Mürsi nə deməkdir?

