Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məqsəd Səttarov (13 may 1924, Qazax rayonu – 2000, Bakı) — elmlər doktoru (1964), professor (1968), AMEA-nın müxbir üzvü (1989).

Məqsəd Səttarov

  • Ana Səhifə
  • Vikipediya
  • Məqsəd Səttarov

Məqsəd Səttarov (13 may 1924, Qazax rayonu – 2000, Bakı) — elmlər doktoru (1964), professor (1968), AMEA-nın müxbir üzvü (1989).

Məqsəd Səttarov
Məqsəd Məhəmmədəli oğlu Səttarov
Doğum tarixi 13 may 1924(1924-05-13)
Doğum yeri
  • Qazax rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 2000(2000) (75–76 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elm sahəsi fəlsəfə
Elmi dərəcələri
  • fəlsəfə elmləri doktoru,
  • professor
İş yeri
  • Azərbaycan Milli Elmlər Akademiyası
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyası
Heydər Hüseynov Fəlsəfə şöbəsinin tələbələri arasında akademik Aslan Aslanov, AMEA-nın müxbir üzvü Məqsəd Səttarov (ikinci sırada soldan dördüncü) və b.

Mündəricat

Həyatı

Məqsəd Məhəmmədəli oğlu Səttarov 13 may 1924-cü ildə Qazax rayonunda kəndli ailəsində anadan olub. O, 1945-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olub, 1950-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Məqsəd Səttarov professor Tofiq Məmmədovun əmisi oğludur.

Əmək fəaliyyəti

Məqsəd Səttarov Azərbaycan Milli Elmlər Aka­de­­miyası Fəlsəfə və Hüquq İnsti­tutunda şö­bə müdiri və Azərbaycan EA Fəlsəfə ka­fed­ra­sının müdiri vəzi­fələrində çalışıb.

Elmi fəaliyyəti

Məqsəd Səttarov 1954-cü ildə fəlsəfə dokto­ru, 1964-cü il­də elmlər doktoru disser­tasiyası müdafiə edib. 1968-ci ildə isə professor elmi adını alıb. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akade­mi­ya­sının müxbir üzvü seçilib.

Məqsəd Səttarovun elmi fəaliyyəti əsasən, din və ateizm tarixi, nəzəriyyəsi, həm­çinin ictimai şüu­run inkişaf qanunauyğunluqları isti­qa­mət­lərini əhatə edib. Azərbaycanın mə­nə­vi-mədəni həyatında islamın yeri və rolu, Azər­­baycanda ateist fikir kimi məsələləri, ic­timai şüurun strukturu və onun ün­sür­lə­ri­nin qarşı­lıq­lı təsiri, ictimai şüurun yeni­ləş­di­ril­məsi və sağlamlaş­dırıl­ması yollarını araş­dırıb.

Məqsəd Səttarov 10 monoqrafiya, 4 ki­tab, 21 kitabça və 60-a yaxın məqa­lənin mü­əl­­lifidir. Həmçinin bir sıra elmi nəşrlərin re­daksiya heyətinin üzvü olub. Alimin fəlsəfə üzrə yüksək ixtisaslı kadr­­ların hazırlanmasında böyük xidmətləri olub. Onun rəh­bərliyi altında 30-dan çox elmlər namizədi və elm­lər doktoru dis­ser­tasiya müdafiə edib.

Kitabları

  • N. Nərimanov və din. Bakı, 1995
  • İnsan və cəmiyyət haqqında düşüncələr. Bakı , 2000

Ölümü

Məqsəd Səttarov 2000-ci ildə Bakı şəhərində vəfat edib.

Təltif və mükafatları

Məqsəd Səttarov Müharibə və əmək veteranı kimi medallarla və fəxri fərmanlarla təltif edilmişdir.

Ədəbiyyat

  • Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı. II cild. Bakı, Elm, 2005. səh. 291

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məqsəd Səttarov haqqında məlumat. Məqsəd Səttarov nədir? Məqsəd Səttarov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Prusslar

  • Fevral 27, 2026

    Nuakşot

  • Fevral 27, 2026

    Lili-Rouz Depp

  • Fevral 27, 2026

    Radioaktiv elementlər

  • Fevral 27, 2026

    Bipolyar pozuntu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst