Mücəddid (ərəb. مجدد) — İslamda zamanla köhnəlmiş şeylərin dinlə əlaqəsini yenidən bərpa edən, gücləndirən şəxslər üçün istifadə olunan termin.
Etimologiyası
Lüğətdə "yeniləmək, yeni bir yol açmaq" mənalarındakı təcdid (ərəb. تجديد), bir işi yaxud bir şeyi qətiyyətlə və metodiki olaraq yenidən və əslinə, mənşəyinə uyğun formada yeniləməyi bildirir. Təcdidi həyata keçirən şəxsə "mücəddid" deyilir. İhya (ərəb. إحياء) kəlməsi oxşar mənada istifadə olunsa da təcdid qədər rəğbət görməmişdir.
Mənası
Təcdidi, "dində dəyişiklik edilərək bəzi şeylərin çıxarılıb, yerinə yeni şeylərin əlavə edilməsi" mənasında olmayıb, "zamanla zəifləmiş şeylərin dinlə əlaqəsini yenidən gücləndirilməsi" mənasındadır. Təcdid sözünün bugünkü mənasını qazanmasında Məhəmməd peyğəmbərin aşağıdakı hədisinin mühüm rolu olmuşdur:
| Allah bu ümmətə hər yüz illiyin əvvəlində dində yenilənmə edəcək bir nəfər göndərər." |
Digər məsələlərdə istifadəsi
Təcdid, İslam dinində şübhəli və ya təzələnmə ehtiyacı duyulan dəstəmaz, nikah və əqidə üçün də istifadə olunur.
Mücəddid adlandırılan alimlər
Mücəddid adlandırılan alimlərin bəziləri aşağıdakılardır:
- Əbu Hənifə
- Fəxrəddin Razi
- Şah Vəliyullah Dəhləvi
- Əbu Həmid əl-Qəzali
- İmam Rəbbani
- Şəvkani
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mücəddid haqqında məlumat. Mücəddid nədir? Mücəddid nə deməkdir?