Şamo Arif (tam adı: Rəhimov Şamo Arif Süleyman oğlu; 9 iyul 1936, Əyin, Qubadlı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan yazıçısı, publisist, geoloq. Yazıçı Süleyman Rəhimovun oğlu.
| Şamo Arif | |
|---|---|
| Şamo Arif Süleyman oğlu Rəhimov | |
| Doğum adı | Arif Süleyman oğlu Rəhimov |
| Təxəllüsü | Şamo Arif |
| Doğum tarixi | |
| Doğum yeri | Əyin, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vətəndaşlığı | |
| Milliyyəti | kürd |
| Atası | Süleyman Rəhimov |
| Fəaliyyəti | yazıçı, publisist, geoloq |
Həyatı
Arif Rəhimov 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub. Mənşəcə kürddür.
1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən qardaşı Şamonun vaxtsız vəfatından bir müddət sonra atası və anasının razılığı ilə qardaşının adını yaşatmaqdan ötrü adının qarşısına Şamo adını qəbul edib, Şamo Arif olub.
Elmi fəaliyyəti
O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutunda çalışmışdır.
Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı bu gün qədər öz aktuallığını saxlayır.
Ədəbi fəaliyyəti
Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb. Az sonra 1964-cü ildə "Göz dağı" povesti və "Anamın yuxusuna girməsin" romanını çap etdirib. Ən nəhayət sonuncu romanı "Qınamayın məni" olub. Bundan başqa dövrü mətbuatda tez-tez publisistik və elmi məqalələr ilə çıxış edir.
Ölümü
Şamo Arif 16 iyun 2012-ci ildə vəfat etmişdir.
Filmoqrafiya
- "Ayrıldıq ki, qovuşaq"
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şamo Arif haqqında məlumat. Şamo Arif nədir? Şamo Arif nə deməkdir?