Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lobnor gölü (uyğ. لوپنۇر, çin. 罗布泊) (Monqol dilindən "Lob Gölü" mənasını verən) — Çin Xalq Respublikasında Sintszyan Uyğur Muxtar Rayonunun cənub-şərq hissəsind

Lobnor gölü

  • Ana Səhifə
  • Vikipediya
  • Lobnor gölü

Lobnor gölü (uyğ. لوپنۇر, çin. 罗布泊) (Monqol dilindən "Lob Gölü" mənasını verən) — Çin Xalq Respublikasında Sintszyan Uyğur Muxtar Rayonunun cənub-şərq hissəsində Təklə-məkan və Qumdağ səhraları arasında yerləşən duzlu göl. 780 metr dəniz səviyyəsindən yuxarıdadır.

Lobnor gölü
uyğ. لوپنۇر, çin. 罗布泊
Ümumi məlumatlar
Mütləq hündürlüyü 780 m
Uzunluğu
  • 85 km
Sahəsi 3100 km²
Dərin yeri 1 m
Yerləşməsi
40°30′ şm. e. 90°30′ ş. u.HGYO
Ölkə  ÇXR
Lobnor gölü xəritədə
Lobnor gölü
Lobnor gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Lobnor gölünün peyk şəkli
Lobnor gölünün peykdən görüntüsü

Bir zamanlar Aral dənizi kimi iri bir göl olmuşdur. Sonradan insan fəaliyyəti nəticəsində sahəsi kiçilmiş, suyu daha da şorlaşmışdır.

Mündəricat

Tarixi

Tarim çayı və Şule çayının da daxil olduğu göl sistemi tarixi keçmişdə 10,000 km2-i keçən qədim buzlu Tarim gölünün qalığıdır. Hidroloji cəhətdən qapalı hövzədir. 1928-ci ildə gölün sahəsi 3,100 km2 olmuşdur. Ancaq, göl ona tökülən axına maneə törətmiş barajların tikintisi nəticəsində qurumuşdur və yalnız kiçik mövsümi göllər və bataqlıqlar yarana bilir. Qurumuş Lobnor gölü hövzəsi qalınlığı 30 sm-dən 1 m-ə qədər olan bir duz qatı ilə örtülmüşdür. Lobnor nüvə sınaq sahəsi olaraq istifadə edilmiş və 1990-cı illərin ortalarından potaş kəşf edildikdən bu yana, eyni zamanda ərazidə genişmiqyaslı mədən əməliyyatı da aparılır.

Araşdırma

1860-ci ildə Lobnor gölünü tapmaq məqsədi Sun imperiyasının qərb sərhədlərini alman coğrafiyaçısı Ferdinand fon Rixthofen keçir. O ancaq şoranlaşmış sahəni aşkarlaya bilir. Ondan sonra Nikolay Prejivalski Tarim çayı hövzəsini tətqiq edir. 1876-ci ildə Prejivalski İli çayı ilə gedərək Tyan-Şan dağlarına və Tarim çayına keçir və nəhayət Lobnor gölünə çatır. Göldən cənubda isə Altın-Dağ silsiləsini aşkarlayır.

Nüvə sınaqları

  • 1964-ci ildə Lobnor gölündə ilk nüvə sınağı çeçirilmişdir. Bu layihə «596» gizli adla həyata keçirilmişdir. Elə həmin ildən gölün dibi nüvə poliqoni kimi istifadə edilmişdir.
  • 1967-ci ildə Çin göldə ikinci nüvə sınağını həyata keçirmişdir. Sınaq səmada həyata keçirilmişdir.
  • 1996-cı ildə göldə 45-ci nüvə sınağı keçirilmişdir.

Həmçinin bax

  • Sintszyan-Uyğur Muxtar Rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lobnor gölü haqqında məlumat. Lobnor gölü nədir? Lobnor gölü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Satyacit Ray

  • Mart 01, 2026

    Viktoriya (dəqiqləşdirmə)

  • Fevral 27, 2026

    Argiya (okeanida)

  • Fevral 27, 2026

    Majino xətti

  • Fevral 27, 2026

    Cənubi ABŞ

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst