Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Majino xətti — 1929–1932-ci illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində tikilən fransız uzunm

Majino xətti

  • Ana Səhifə
  • Vikipediya
  • Majino xətti

Majino xətti — 1929–1932-ci illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində tikilən fransız uzunmüddətli fortifikasiya qurğuları sistemi.

top qülləsi

Majino xətti 1929-1936-cı illərdə tikilib 1940-cı ilə qədər təkmilləşdirilib. Lonqüyondan(Lonqvi yaxınlığında) Belfora qədər keçən əsas müdafiə zolağına, uzunmüddətli qurğular daxil idi və cəbhə boyu 400 km yaxın, dərinliyə isə 6–8 km idi. Onun qarşısında 4–14 km dərinlikdə təchizat zolağı yerləşirdi. Qoşunların idarəsinin asanlığı və müdafiənin yüksək dayanıqlığı üçün Majino xətti istehkam rayonlara və sektorlara bölünmüşdü.

Ən güclü müdafiə istehkamları Şyer və Reyn çayları arasında yerləşirdi. Burada Mets (Lotarinq) və Lauters(Elzas) istehkam rayonları, onların arasında uzunmüddətli atəş qurğularından(UAQ) ibarət Saar istehkam sektoru və ərazidə sünyi sel sistemi yerləşirdi. Strasburqdan Belfora qədər olan müdafiə zolağı təbii əngəllərə -Reyn çayı və Rona-Reyn kanalına dayanırdı və xüsusi ilə güclü istehkamlara malik deyildi. Xəttin sol cinahında (qərbi Arlon) istehkam sektoru vardı. Belçika ilə sərhədində Majino xəttindən şimal-qərbə sarı müdafiə istehkamlarının tikintisi ancaq 1936-cı ildə və ikinci dünya müharibəsinin əvvəlinə yaxın başlandı. Ümumiyətlə Majino xəttində 5600 , o cümlədən 520 artelleriya, 3200 gülləbaran qurğusu üçün və 1800 başqa UAQ tikilmişdi.

Majino xətti

Ən təhlükəli istiqamətlərdə 22 iri UAQ qrupu(ansamblı) yaradılmışdı. Bu qurğular bir biriləri ilə yeraltı qalereyalarla birləşirdi və içəriyə yığıla bilən 135 mm top qüllələri eləcə də arteleriya və gülləbaran qurğusu qazamatları, şəxsi heyət otaqları, üç aylıq qida və sursat, havanın filtrasiyası üçün qurğularla, muxtar elektrostansiya, su kəməri və kanalizasiya ilə təchiz edilmişdilər. 3 metrlik beton divar iki 420 mm mərminin birbaşa hədəfə dəyməsinə dözə bilirdi. Ən böyük qurğuların qarnizonları 1200 nəfər idi. Xəttin xidməti üçün, 1940-cı ilin mayında sayı 224 minlik xüsusi qala qoşunu yaradılmışdı. İkinci dünya müharibəsinin başlamasına Majino xəttində iki ordular qrupu (50 diviziya) vardı.

Fransız hərbi doktrininə uyğun olaraq Majino xətti alman qoşunları üçün keçilməz sədd olmalıydı. Bu əhəmiyyətli dərəcədə fransız passiv strateqiyasını müəyyənləşdirdi. Xüsusi ilə zirehli-tank və aviasiya qoşunlarının inkişafının zərərinə Fransa hökuməti Majino xəttinin inşasına nəhəng xərc çəkmişdi. Hələ ikinci dünya müharibəsinin başlamasına qalmış xəttin tikintisində ciddi nöqsanlar üzə çıxdı. O yetərincə dərin deyildi, zəif tank əleyhinə və havadan müdafiəsinə malik deyildi, qoşunların manevri üçün zəif hazırlanmışdı.

Həm də fransız-Belçika sərhədində istehkamların olmaması rəqibə Majino xəttini şimaldan yandan keçmək imkanı verirdi. 1940-cı ilin may-iyununda alman qoşunları fransız qoşunlarının müdafiəsini onların sol cinahda yardılar Şimali Fransanı tutdular, və Somma və Enna hüdudundan hücum edərək, Majino xəttini müdafiə edən fransız qoşunlarının arxasına çıxdılar. Almanların "Z" ordular qrupunun Seyn-Avalddan Saarbrükenə qədər cəbhədən Xətti almaq dəhci baş tutmadı. Ancaq fransızların səhra qoşunlarının Xəttdən geriyə çəkilməsindən sonra almanlar dar sahədə istehkamları yara bildilər. UAQ bir çox qarnizonları müqaviməti davam edirdilər və ancaq Fransanın kapitulyasiyasından sonra silahı yerə qoydular. Müharibədən sonra Majino xəttinin qurğularından çoxusu hərbi əmlak üçün və təsərrüfat məqədləri üçün yararlandılar.

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Majino xətti haqqında məlumat. Majino xətti nədir? Majino xətti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dmanisi

  • Fevral 27, 2026

    Orasio Kiroqa

  • Fevral 27, 2026

    Tulium

  • Fevral 27, 2026

    Qney Pompey

  • Fevral 27, 2026

    Cinsi çoxalma

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst