Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lemmi Kilmister (ing. Lemmy, əsl adı Ian Fraser Kilmister — İen Freyzer Kilmister; 24 dekabr 1945, Berslem — 28 dekabr 2015, Los-Anceles) — İngilis musiqiçi, bə

Lemmi Kilmister

  • Ana Səhifə
  • Vikipediya
  • Lemmi Kilmister

Lemmi Kilmister (ing. Lemmy, əsl adı Ian Fraser Kilmister — İen Freyzer Kilmister; 24 dekabr 1945, Berslem — 28 dekabr 2015, Los-Anceles) — İngilis musiqiçi, bəstəkar və bass gitaraçı, Motorhead qrupunun yaradıcısı.

Lemmi Kilmister
ing. Lemmy Kilmister
Lemmi konsertdə, 2005
Lemmi konsertdə, 2005
Ümumi məlumatlar
Doğum adı Ian Fraser Kilmister
Ləqəbi Ian Fraser Willis
Doğum tarixi 24 dekabr 1945
Doğum yeri Börslem, Stok-on-Trent,  Böyük Britaniya
Vəfat tarixi 28 dekabr 2015 (70 yaşında)
Vəfat yeri Los-Anceles, ABŞ
Vəfat səbəbi prostat xərçəngi, ürək çatışmazlığı
Dəfn yeri
  • Hollivud-Hillz qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti Musiqiçi, bəstəkar
Fəaliyyət illəri 1965-2015
Janrlar Rok-n-roll, Metal musiqi, Spid-metal
Musiqi aləti Rickenbacker bass
Səs tembri bariton
Əlaqəsi Motorhead
Üzvlüyü
  • Motörhead (1975–2015)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İlk dövrləri

1945-ci ildə Stok-on-Trentdə doğulmuşdur. Atası və anasının ayrılığından sonra ögey atası ilə Uelsin Anqlsi adasına köçən Kilmister ilk dəfə burada Lemmi kimi tanınmağa başlamışdı. Daha sonra orta məktəbi tərk etmiş və yenə Uelsin Konui şəhərində Hotpoint elektrik şirkətində çalışmağa başlamış, yerli qruplarda gitarist kimi fəaliyyətə başlamışdır. 16 yaşında Beatles konsertinə gedən Lemmi bu konsertdən sonra albomları dinləməyə başlayıb və peşəkar musiqiçiliyə qədəm qoyub. 17 yaşında Keti adlı sevgilisi ilə Stokporta köçən Lemmi burda ata olsa da oğlunu övladlıq kimi verib.

Musiqi fəaliyyəti

1960-1970

Stokportda Rainmakers və Motown Sect kimi qruplarda ifa edən Lemmi, 1965-ci ildə The Rockin' Vickers qrupuna qoşularaq ilk Avropa turuna getdi. Qrupla birlikdə Mançesterə köçən Lemmi burda da Treysi adlı bir qız ilə münasibətində Paul İnder adlı oğlu oldu. 1967-ci ildə Rockin' Vickers qrupundan çıxan Lemmi Londona köçdü və Cimi Hendriksin yol qrupunda işləməyə başladı. 1968-ci ildə Sem Qopal psixodelik rok qrupuna qoşuldu və bir albomun yazılmasında iştirak etdi. 1969-cu ildə Opal Butterfly qrupuna qoşulsa da daha sonra qrup dağıldı.

1971-1975

1971-ci ilin avqustunda Hawkwind qrupuna qoşuldu və ilk dəfə bass gitarist kimi fəaliyyətə başladı. 1975-ci ildə ABŞ-Kanada sərhədini keçərkən üzərində narkotik maddə tapılaraq ilə həbs olunan Lemmi buna görə də qrupdan ixrac edildi.

1975-2015

1975-ci ildə Hawkwinddən qovulmasından sonra Lerri Uollis ilə Bastard adlı qrup yaratsa da çox keçmədən bu adı dəyişərək Motörhead qrupunun əsasını qoydu. 1980-1981-ci illərdə məşhurluğun zirvəsinə çıxan Motörhead son konsertini 11 dekabr 2015-ci ildə Berlində vermişdir.

Filmoqrafiya

Lemmi musiqi karierasından əlavə 1990-cı ildə fantastika filmi olan Hardware və 1987-ci ildə Eat the Rich adlı komediya filmində çəkilmişdir. 1994-cü ildə Airheads (Boş başlar) filmində də rol almışdır. Haqqında çəkilən Lemmy sənədli filmində Joy Division, Metallica, Megadeth, Anthrax və Hawkwind kimi qrupların musiqiçiləri də rol almışdı.

Oyunlar

1992-ci ildə Amiqa və Atari sistemləri üçün yayımlanan Motörhead adlı 16 bitlik oyunda əsas personajdır. Guitar Hero: Metallica oyununda səviyyələrdən birində yer alır və Brütal Legend oyunu üçün Kill Master personajını səsləndirmişdir.

Şəxsi həyatı

Lemmi alkoqolizm və seks həyatı ilə məşhur musiqiçilərdəndir. 30 yaşından bəri hər gün bir Jack Daniel's viski butulkası bitirirdi. Maxim jurnalının siyahısına görə "10 Yaşayan Seks Əfsanəsi"ndən biri olub, 1200 qadınla yatmışdı. LSD-ni mütəmadi olaraq istifadə edirdi. 2005-ci ildə Uels Milli Məclisində çıxış etmiş və heroin istifadə etməyinə baxmayaraq onun leqallaşdırılmasını təklif etmişdi. Özünü anarxist və ya libertarian kimi təqdim edirdi və aqnostik idi.

Sonrakı həyatı və ölümü

1990-cı ildən bəri Los-Ancelesdə yaşamışdır. 2013-cü ildə implantat kardioverzion-defibrilyator istifadəsinə başlamışdı. 26 dekabr 2015-ci ildə xərçəng diaqnozu qoyulmuş, 2 gün sonra vəfat etmişdir.

Diskoqrafiya

The Rockin' Vickers

  • 1965 – "Zing! Went the Strings of My Heart" / "Stella" (7'' sinql)
  • 1965 – "It's Alright" / "Stay By Me" (7'' sinql)
  • 1966 – "Dandy" / "I Don't Need Your Kind" (7'' sinql)
  • 2000 – The Complete: It's Alright

Sem Qopal

  • 1969 – Escalator
  • 1969 – "Horse" / "Back Door Man" (7'' sinql)

Hawkwind

  • 1972 – "Silver Machine" / "Seven by Seven" (7'' sinql)
  • 1972 – Glastonbury Fayre – contains "Silver Machine" and "Welcome to the Future"
  • 1972 – Greasy Truckers Party – contains "Born to Go" and "Master of the Universe"
  • 1972 – Doremi Fasol Latido
  • 1973 – "Lord of Light" / "Born to Go" (7'' sinql)
  • 1973 – "Urban Guerrilla" / "Brainbox Pollution" (7'' sinql)
  • 1973 – Space Ritual
  • 1974 – Hall of the Mountain Grill
  • 1974 – "Psychedelic Warlords" / "It's So Easy" (7'' sinql)
  • 1975 – "Kings of Speed" / "Motorhead" (7'' sinql)
  • 1975 – Warrior on the Edge of Time
  • 1983 – The Weird Tapes (canlı, 1967–1982)
  • 1984 – The Earth Ritual Preview EP
  • 1985 – Bring Me the Head of Yuri Gagarin (canlı 1973)
  • 1985 – Space Ritual#Volume 2 (canlı 1972)
  • 1986 – Hawkwind Anthology (canlı, 1967–1982)
  • 1991 – BBC Radio 1 canlı in Concert (canlı 1972)
  • 1992 – The Friday Rock Show Sessions (canlı 1986)
  • 1997 – The 1999 Party (canlı 1974)

Robert Calvert's band

  • 1974 – "Ejection" / "Catch a Falling Starfighter" (7'' sinql)
  • 1974 – Captain Lockheed and the Starfighters
  • 1980 – "Lord of the Hornets" / "The Greenfly and the Rose" (7'' sinql)

Digər proyektlər

1990 – Lemmy & The Upsetters – Blue Suede Shoes

2000 – Lemmy, Slim Jim & Danny B – Lemmy, Slim Jim & Danny B

2006 – The Head Cat – Fool's Paradise

2006 – The Head Cat – Rockin' the Cat Club: canlı from the Sunset Strip

2006 – Lemmy – Damage Case

2007 – Keli Raven & Lemmy Kilmister "Bad Boyz 4 Life" (sinql).

2011 – The Head Cat – Walk The Walk… Talk The Talk

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, lemmi kilmister sözünün mənası, lemmi kilmister haqqında məlumat. lemmi kilmister nədir? lemmi kilmister nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 04, 2026

    The Wall

  • Fevral 28, 2026

    Qidalanma

  • Mart 06, 2026

    Ələkbər Əliyev

  • Fevral 27, 2026

    Aeroflot

  • Fevral 27, 2026

    Ştutqart Universiteti

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst