Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kəmaləddin Fəttah oğlu Heydərov (15 iyul 1961, Çeşməbasar, Naxçıvan rayonu) — Azərbaycan Respublikasının fövqəladə hallar naziri (2006-cı ildən), general-polkov

Kəmaləddin Heydərov

  • Ana Səhifə
  • Vikipediya
  • Kəmaləddin Heydərov

Kəmaləddin Fəttah oğlu Heydərov (15 iyul 1961, Çeşməbasar, Naxçıvan rayonu) — Azərbaycan Respublikasının fövqəladə hallar naziri (2006-cı ildən), general-polkovnik, Azərbaycan Taekvondo federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti.

Kəmaləddin Heydərov
Azərbaycan Respublikasının 1-ci fövqəladə hallar naziri
Vəzifədədir
6 fevral 2006-cı ildən
  1. i. e. 14–16 fevral 2024
Əvvəlkivəzifə təsis edilib
Azərbaycan Taekvondo Federasiyasının prezidenti
Vəzifədədir
1999-cu ildən
    ƏvvəlkiAzər Həsənsoy
    Azərbaycan Boks Federasiyasının prezidenti
    23 yanvar 2009 – 9 fevral 2022
    ƏvvəlkiAğacan Abıyev
    SonrakıSahil Babayev
    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
    17 yanvar 1995 – 6 fevral 2006
    ƏvvəlkiTahir Əliyev
    SonrakıAydın Əliyev
    Şəxsi məlumatlar
    Doğum tarixi 15 iyul 1961(1961-07-15) (64 yaş)
    Doğum yeri
    • Çeşməbasar, Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
    Təhsili
    • Naxçıvan şəhər 1 saylı orta məktəbi[d],
    • Bakı Dövlət Universiteti,
    • Azərbaycan Universiteti
    Fəaliyyəti siyasətçi, bəstəkar
    Atası Fəttah Heydərov
    Uşağı
    • Tale Heydərov
    Rütbəsi
    General-polkovnik

    Gömrük xidməti general-polkovniki

    Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 20082008 "Şöhrət" ordeni — 20112011 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20152015 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20212021
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Kəmaləddin Fəttah oğlu Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

    Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışmışdır. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilmişdir.

    Ailəsi

    Ailəlidir. 2 övladı var. Sabiq deputat, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun oğludur. "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" Futbol Klubunun keçmiş prezidenti Tale Heydərovun atasıdır.

    Bəstəkarlığı

    Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. Mahnılarını "Kamal" imzası ilə bəstələyir. Bir neçə hit mahnının müəllifidir. Bunlardan ən məşhuru Aygün Kazımova üçün bəstələdiyi Səndən Nigaranam mahnısıdır. Özbək müğənnisi Nəsibə Abdullayeva da mahnını ifa etmişdir. 2009-cu ildə bəstəkar Kamalın "Sənə güvəndiyim dağlar" adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Müəlliflərin birgə ərsəyə gətirdikləri mahnılar və onların ekran görüntüləri CD və DVD şəklində yerləşdirilib. Disklərin üz qabığında "Səndən Nigaranam", "Yenə yaz gələcək", "Xalq Heydər söyləyəcək", "Ayrılığa dözmərəm" mahnılarının adları yazılıb. Disklərdəki mahnılar xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova, İlqar Muradov, Röya və Zülfiyyə Xanbabayevanın, əməkdar artist Aygün Bəylərin və başqalarının ifasında yazılıb.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kəmaləddin Heydərov haqqında məlumat. Kəmaləddin Heydərov nədir? Kəmaləddin Heydərov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Anadır

    • Fevral 27, 2026

      İrredentizm

    • Fevral 27, 2026

      Virciniya maqnoliyası

    • Fevral 27, 2026

      Manisales

    • Fevral 27, 2026

      Hakob Hakobyan

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst