Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hakob Hakobyan (erm. Հակոբյան Հակոբ; 1951, Mosul – 28 aprel 1988, Afina) — erməni terrorçusu ASALA terror təşkilatının qurucusu. Həmçinin Miqran Miqranyan və Ha

Hakob Hakobyan

  • Ana Səhifə
  • Vikipediya
  • Hakob Hakobyan

Hakob Hakobyan (erm. Հակոբյան Հակոբ; 1951, Mosul – 28 aprel 1988, Afina) — erməni terrorçusu ASALA terror təşkilatının qurucusu. Həmçinin Miqran Miqranyan və Harutyun Takoşyan adları ilə də tanınır.

Hakob Hakobyan
erm. Հակոբյան Հակոբ
Şəxsi məlumatlar
Doğum tarixi 1951(1951)
Doğum yeri
  • Mosul, Neynəvə mühafəzəsi, İraq krallığı
Vəfat tarixi 28 aprel 1988(1988-04-28) (36–37 yaşında)
Vəfat yeri
  • Afina, Afina bələdiyyəsi[d], Mərkəzi Afina[d], Attika, Yunanıstan
Vətəndaşlığı
  •  İraq krallığı

Mündəricat

Həyatı

Hakob Hakobyan 1951-ci ildə İraqın şimalındakı Mosul şəhərində anadan olmuşdur. Gənc yaşlarında Livana köçmüş və burada "Fələstin azadlıq cəbhəsi"nin sıralarına qatılmışdır. Bəzi erməni fəallarının təhriki və "Fələstin azadlıq cəbhəsi"nin yaxından iştirakı ilə Hakobyan ASALA terror təşkilatını qurur və onun başçısı olur. Lakin Hakobyanın təşkilatın idarəsində tətbiq etdiyi sərt metodlar təşkilat üzvlərinin bir hissəsinin narazılığına səbəb olur və bu narazılıq 1983-cü ildə təşkilatın parçalanması ilə nəticələnir. Fransa polisi Hakobyanı Orli hava limanındakı partlayışda və ASALA-nın digər aksiyalarında günahkar bilərək beynəlxalq axtarışa verir. Lakin Hakobyanı ələ keçirə bilmir.

ASALA-dan qopmuş terrorçular digər terrorçu Monte Melkonyanın ətrafında cəmləşir. Bu zaman Hakobyanla Melkonyan arasında münaqişə başlayır, onlar bir-birlərinin adamlarını öldürtdürürlər. Bəzi məlumatlara görə, Hakobyan 1972-ci ildə Münhen Olimpiya oyunları zamanı, israilli idmaçılara qarşı keçirilmiş terror aksiyasının təşkilində iştrak etmişdir.

Ölümü

Hakobyan 28 aprel 1988-ci ildə Afinada küçədə taksi gözləyərkən qətlə yetirilmişdir. Yunan polisinin verdiyi məlumata görə gətli küçədə park olunmuş maşından çıxan iki nəfər maskalı şəxs törədib. Onlardan biri Hakobyana bir neçə dəfə atəş açmış və o yerindəcə keçinmişdir. Hakobyanın üzərində Yəmən Xalq Demokratik Respublikasının vətəndaşı Əbdül Məhəmməd Qassimin adına verilmiş diplomatik pasport aşkar edilmişdi. O ömrünün son illərini Yunanıstanda Henri Tisian adı altında keçirmişdi. Xaricə səfərləri zamanı isə Yəmən pasportundan istifadə edirdi.

Hakobyanın qətlində Türkiyə xüsusi xidmət orqanları və ASALA-nın qopmuş qanadından olan terrorçular şübhəli bilinir. Monte Melkonyanın qardaşı Markar Melkonyan hesab edir ki, Hakobyanı onun keçmiş əlaltıları qətlə yetiriblər.

Digər versiyaya görə Hakobyanı "Boz qurd" təşkilatının üzvləri qətlə yetirib. Qətldən sonra Hakobyanın meyiti İraqa aparılaraq, doğulduğu Mosul şəhərində dəfn olunmuşdur. Hakob Hakobyanın əsl adı barədə bir neçə versiya mövcuddur. ASALA-nın verdiyi məlumata görə terrorçunun əsl adı Harutyun Takoşyandır, Fransa polisi isə terrorçunun əsl adının Bedros Hovanisyan olduğunu iddia edir.

Həmçinin bax

  • Erməni terrorizmi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hakob Hakobyan haqqında məlumat. Hakob Hakobyan nədir? Hakob Hakobyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Karəsi bəyliyi

  • Fevral 27, 2026

    Tabasaran rayonu

  • Fevral 27, 2026

    Hüseyn Musayev

  • Fevral 27, 2026

    Kəngərli süvariləri

  • Fevral 21, 2026

    Ethnologue

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst