Çeşməbasar — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kənd inzibati ərazi dairəsində kənd.
| Çeşməbasar | |
|---|---|
| 39°07′44″ şm. e. 45°31′00″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Babək rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Çeşməbasar | |
Toponimikası
XIX əsrin əvvəllərinə qədər kəndin ərazisi Güznüt kəndinin əkin sahəsi olmuşdur. Çeşməbasar "su basarı yer" deməkdir. Kəndin yuxarısında Çeşmə yerləşdiyi üçün yaz aylarında bu çeşmə daşarmış, sel kəndin əkin sahələrini yuyub apararmış.Kəndin bir məhəlləsi hətta Selbasar adlanırmış. Yerli sakinlər kəndin əsl adının Çeşməsara olduğunu söyləyirlər. Çeşmə (bulaq) və sara (xalis, saf) sözlərindən düzəlmiş bu coğrafi ad isə "saf su" kimi izah olunur və vaxtilə ətraf zonada karbonat bulaqların çox olması ilə əlaqələndirilir.
Tarixi
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənddə yaşayış 19 cu əsrin ortalarından etibarən formalaşmışdır, “Hətəm kişi tərəfindən təməli qoyulduğu da əhali tərəfindən iddia edilir”
Coğrafiyası və iqlimi
Kənd Arazboyu düzənlikdə yerləşir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | 870 | 422 | 448 |
| 2009 | ↗973 | ↗465 | ↗508 |
Tanınmış şəxsləri
- Fəttah Heydərov — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini.
- Kəmaləddin Heydərov — Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti, Azərbaycan bəstəkarı.
- Tale Heydərov — "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, Qəbələ futbol klubunun prezidenti.
- Elbrus Əliyev - “Azərbaycan Respublilasının şəhidi”, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
10 il ərzində Çeşməbasar kənd məktəbi Elbrus Əliyevin adın daşıyıb.
İqtisadiyyatı
Mədəniyyəti
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
Kənddə Çeşməbasar kənd tam orta məktəbi fəaliyyət göstərir.
[Kənddən 10 a yaxın həkim, 70 ə yaxın müəllim, mühəndis, aqronom və.s bu qəbildən cəmiyyət üçün faydalı ixtisaslı insanlar yetişib.”Kənd haqqında ilk şe’ri Rzayev Əli Hüseyn oğlu yazıb”
Kənddə 1998-ci ildə "Heydər" məscidi inşa edilmiş və yerli əhalinin ibadət yeri üçün istifadəyə verilmişdir
Səhiyyə
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çeşməbasar haqqında məlumat. Çeşməbasar nədir? Çeşməbasar nə deməkdir?
