Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kristalloqrafiya — kristallar və kristallik maddə haqqında elm. Həndəsi, fiziki və kimyəvi  kristalloqrafiyaya bölünür. Həndəsi kristalloqrafiya simmetriya və k

Kristalloqrafiya

  • Ana Səhifə
  • Vikipediya
  • Kristalloqrafiya

Kristalloqrafiya — kristallar və kristallik maddə haqqında elm. Həndəsi, fiziki və kimyəvi  kristalloqrafiyaya bölünür. Həndəsi kristalloqrafiya simmetriya və kristallik cisimlərin formaları, fəza qəfəsləri quruluşların həndəsi qanunları haqqında təlimləri birləşdirir. Fiziki kristalloqrafiya kristalların fiziki xassələrini tədqiq edir və kristalların rentgenometriyası və optikası kimi müstəqil sahələrə ayrılır. Kimyəvi kristalloqrafiya kristallik cismlərin kimyəvi quruluşunun kompleks məsələlərini tədqiq edir. Kristalların forma və həndəsi quruluşunun, onların fiziki xassələri və kimyəvi tərkibi ilə əlaqədar məsələlər kristalloqrafiya müstəqil sahəsi olan kristallokimyanın tədqiqat obyektidir.

Kristalloqrafiya mineralogiyanın bir qoludur, mineralların forma və daxili quruluşlarını araşdırır. X-şüaları ilə həyata keçirilən quruluş tədqiqatlarında, atom və ya molekulların üç ölçülü tənzimlənməsi araşdırılır. Mineral kristallarında fiziki-kimyəvi olaraq atom və molekulları müəyyən bir qaydada olurlar.

Amorf (formasız) kristallarda və ya minerallarda, atomlar və ya molekullar ixtiyari bir sıralanma nümayiş etdirirlər. Minerallar formalaşma zamanı möhkəmlənirlər, həmçinin uyğun şəraitdə nizamlı və hamar səthlərə malik həndəsi formalara malik olurlar.

"Kristal" termini ilə normal daxili quruluşa malik olan, hamar xarici səthlərə sahib olub-olmamasından asılı olmayaraq bütün bərk maddələr başa düşülür. Xarici səthlər dəyişsə belə, daxili quruluş və əsas xüsusiyyətləri dəyişmir və xüsusən fiziki xüsusiyyətləri daxili quruluşun bir funksiyası olaraq xaricdə əks olunur. Fizika, kimya, metallurgiya və keramika ilə əlaqəli bir çox problemin həllində kristalloqrafiya mühüm rol oynayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kristalloqrafiya haqqında məlumat. Kristalloqrafiya nədir? Kristalloqrafiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    1910-cu il

  • Fevral 27, 2026

    Şəkər çuğunduru

  • Fevral 27, 2026

    Flektiv dillər

  • Fevral 27, 2026

    Bömit

  • Fevral 27, 2026

    Antisfen

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst