Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Molekul (lat. molecula; "moles" — kiçik, "kula" — kütlə "kiçik kütlə") deməkdir. Maddənin bütün xassələrini özündə cəmləyən və atomlardan ibarət mikrohissəcik.

Molekul

  • Ana Səhifə
  • Vikipediya
  • Molekul

Molekul (lat. molecula; "moles" — kiçik, "kula" — kütlə "kiçik kütlə") deməkdir. Maddənin bütün xassələrini özündə cəmləyən və atomlardan ibarət mikrohissəcik. Bəzi maddələr yalnız bir molekuldan ibarət olurlar (O2, N2, P4 və s.).

Molekul

Molekulları təşkil edən atomların quruluşunu xüsusi formula ilə ifadə edirlər. Süni yolla alınmış maddələrin molekulları minlərlə atomdan ibarət ola bilər. Polimerlərdə ayrıca olaraq mikromolekullardan söhbət açılır. Ancaq kimyəvi maddələrin heç də hamısı molekullardan təşkil olunmamışdırlar. Atom -müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət elektroneytral hissəcikdir.

Atom-molekul təliminin əsas müddəaları

Atom-molekul təliminin əsas müddəaları aşağıdakılardır:

  1. Maddələr molekul və atomlardan təşkil olunmuşdur;
  2. Molekullar daim hərəkətdədir, molekulların hərəkət sürəti temperaturla düz mütənasibdir;
  3. Molekulların arasında qarşılıqlı cazibə və itələmə qüvvələri mövcuddur;
  4. Molekullar fiziki hadisələr zamanı dəyişmir, lakin kimyəvi reaksiyalarda müəyyən dəyişikliyə məruz qalır;
  5. Molekullar atomlardan təşkil olunmuşdur. Atomlar da molekullar kimi daim hərəkətdədir. Atomların hərəkət formalarından biri — kimyəvi reaksiyalardır. Atomlar kimyəvi çevrilmələr zamanı dəyişməz qalır.
  6. Bir atom növü digərindən öz kütləsinə, ölçüsünə, elementar zərrəciklərin sayına və xassələrinə görə fərqlənir;
  7. Molekulyar quruluşlu maddələrin kristal qəfəsinin düyünlərində molekullar yerləşir;
  8. Qeyri-molekulyar quruluşlu maddələrin kristal qəfəsinin düyünlərində atomlar və ya yüklü hissəciklər olurlar.

Molekullar:molekulların quruluşu nəzəriyyəsində, kvant fizikasına əsaslanan kvant kimyasında tədqiq edilirlər. Bütün cisimlər ən xırda hissəciklərdən – atomlardan ibarətdir. Daha dəqiq desək, təkcə atomlardan deyil, atom qruplarından. Belə atom qruplarını molekul adlandırırlar. Axı, təbiətdə atom tikintidə inşaat materialı kimi bir şeydir. İnşaat materialının bir neçə növündən: kərpicdən, taxtadan, tirdən, şalbandan yüzlərlə müxtəlif evlər tikirlər. Təbiət və insan isə təxminən 90 növ atomdan yüz minlərlə müxtəlif maddələr düzəltmişlər. Hər bir maddədə atomlar müxtəlif qruplarda birləşərək, müxtəlif molekullar əmələ gətirir. Hər maddənin öz molekulları vardır. Onlardan bəziləri çox bəsitdir. Məsələn,oksigenin molekulu iki oksigen atomundan, hidrogenin molekulu isə iki hidrogen atomundan ibarətdir. Bunlar bəsit maddələrdir. Lakin hidrogeni oksigenlə qarışdırıb qızdırsaq hidrogenin və oksigenin molekulları əvvəlcə atomlara parçalanacaq, sonra isə birləşərək suyun molekullarını əmələ gətirəcək. Su isə mürəkkəb maddədir. Karbon və hidrogen atomlarından ibarət olan molekullar daha maraqlı xassələrə malikdir. Hal-hazırda üç milyona qədər belə molekul olsa da alimlər daim yenilərini kəşf edir və ya onları süni surətdə alırlar. Bəs nə üçün yalnız iki növ atom bu qədər maddə, coxlu müxtəlif molekul əmələ gətirir? Ona görə ki, belə molekullar karbon və hidrogenin müxtəlif sayda atomlarından təşkil oluna bilər. Əgər dörd hidrogen atomu bir karbon atomu ilə birləşsə metan qazı əmələ gələr. Bu qazdan qaz plitələrindən istifadə olunur. Altı karbon atomu altı hidrogen atomu ilə birləşdikdə isə benzol alınır. Molekullarda təkcə atomların sayı deyil, həm də onlarin necə yerləşməsi vacibdir. Məsələn, butan və izobutan kimi iki müxtəlif maddə mövcuddur. Onlar molekullarla eyni sayda atomlardan – dörd karbon və on hidrogen atomundan təşkil olunmuşdur. Lakin bu atomlar butanda zəncirvarı düzülmüşdür, izobutanda isə sanki üçbucaq şəkilli ulduzlar kimi yerləşir. Daha mürəkkəb molekullar mövcuddur. Zülal, kauçuk, ağac və bir çox sintetik materialların molekulları yüzlərlə, hətta minlərlə atomdan ibarətdir. Maddələrin xassələri, ilk növbədə, onların molekullarının xassələrindən asılıdır. Əgər molekullar arasındakı rabitə zəifdirsə, onlardan ibarət maddə qaz halında olacaqdır (məsələn, su buxarı). Onun molekulları sürətlə və sərbəst hərəkət edir və yalnız təsadüfən bir – biri ilə toqquşur. Su buxarını soyutduqda suyun molekulları yavaş hərəkət edəcək, bir –biri ilə birləşəcək və buxar mayeyə çevriləcəkdir. Mayedə molekullar daha sıx yerləşir, lakin hər halda onlar müəyyən qədər sərbəst hərəkət edə bilir. Əgər temperaturu 0°-dək azaltsaq, su donar və bərk kristal maddə -buz əmələ gələr. Buzda isə suyun molekulları, demək olar ki, ancaq öz yerində rəqs edə bilər. Molekullarda çoxlu çevrilmələr baş verə bilir. Bu çevrilmələrə kimyəvi reaksiyalar deyirlər. Onların vasitəsilə yeni maddələr və materiallar almaq mümkundür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Molekul haqqında məlumat. Molekul nədir? Molekul nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Fikrət Əmirov

  • Fevral 25, 2026

    Əyalət

  • Fevral 24, 2026

    Salman Rüşdi

  • Fevral 24, 2026

    Qaraçay-Çərkəz bayrağı

  • Fevral 24, 2026

    Koreya tarixi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst